Fransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını ifşa etdi
Siyaset
Oxunub: 262
26 fev 2022 | 11:12
Fransalı deputat ermənilərin Xocalı ilə bağlı yalanlarını ifşa etdi


“Xocalı hadisələri Azərbaycanın tarixində silinməz faciə olaraq qalır”.

Bunu Modern.az-a açıqlamasında Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Jerom Lamber bildirib.

Onun sözlərinə görə, 30 il öncə Xocalı şəhərində baş vermiş cinayət insanlığa qarşı törədilmiş qətliamdır.

Fransız deputat, həmçinin bildirib ki, artıq Avropada erməni lobbisinin yaratdığı saxta mənzərədən əsər-əlamət qalmayıb.

“Əslində iki il bundan əvvələ qədər Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi qırğın Avropanın diqqətində deyildi. Amma Azərbaycanın qələbəsindən sonra Avropa iki ölkə arasında münaqişələri, tarixi araşdırmağa başlayıb. 1992-ci il fevralın 26-da Xocalıda törədilən qırğın Qərbi Avropada əhaliyə məlum deyildi. Ümumiyyətlə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin tarixi Avropa əhalisi tərəfindən diqqətdən kənarda qalırdı. Neçə illər ərzində Avropa əhalisinə erməni diasporunun beyinlərə yeritdiyi saxta məlumatlar verilib. Ermənipərəst lobbinin başlatdığı təbliğat erməni qoşunlarının törətdiyi cinayətlərin bütün izlərini silmək məqsədi daşıyırdı. Bunun üçün erməni lobbisi milyonlarla vəsait xərcləyib”, - Jerom Lamber Fransadakı erməni diasporunu ifşa edib.

Fransız deputat qeyd edib ki, Xocalı faciəsi və eləcə də Azərbaycanla bağlı həqiqətlər Avropa əhalisinə erməni lobbisi tərəfindən təhrif olunmuş formada çatdırılıb:

“Düzünü desəm, mən özüm də həqiqətləri, soyqırımı haqqında gec öyrənmişəm. Mən öz növbəmdə münaqişənin tarixini yalnız Fransa ilə Azərbaycan arasında əlaqələrlə maraqlanandan sonra öyrənə bildim. Sonradan mənə məlum oldu ki, Azərbaycan həqiqətləri erməni lobbisi tərəfindən gizlədilib və ya maskalanıb. Azərbaycanın qanlı faciəsi bizə Fransanın tarixini xatırladır. Bu soyqırımı 1944-cü ildə Fransanın Oradour-sur-Glane şəhərində kəndlilərin yaşadığı dramın bir növ təkrarıdır.

10 iyun 1944-cü ildə “SS Das Reich” diviziyası 643 kəndlinin qırğınına səbəb olub və bu, Fransanın qan yaddaşına çevrildi. Ona görə də mən başa düşürəm ki, Xocalı qətliamı Azərbaycan tarixində silinməz faciə olaraq qalır. Bu gün Xocalı faciəsi haqqında həqiqətləri Fransada çatdırmağa çalışırıq. Nitsa şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir təşkil olunacaq. Tədbirdə Azərbaycanlı dostlarla birgə dinc əhaliyə qarşı törədilmiş faciənin qurbanlarını anacağıq. Təbii ki, mən özüm də orada olacağam”.

Qeyd edək ki, ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımından 30 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə qarşı soyqırımı törədib.

Xocalı soyqırımı ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ən böyük vəhşilikdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
Dünən, 14:22
Minsk qrupunun fəaliyyətini dayandırması öz yanlışlıqlarına görə baş tutdu - FAKT BUDUR!
Dünən, 14:01
Azərbaycan məktəblərində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ
Dünən, 14:00
Paşinyana daxili təzyiqləri dəstəkləyən Rusiyadır - NƏ BAŞ VERİR?
Dünən, 13:44
Natiq Mehdinin qətlinə görə saxlanılan direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 12:48
Blinkenin Kiyevdəki istirahəti: gecə klubu, musiqi əyləncəsi... - VİDEO
Dünən, 12:41
Baxçalı gündəmi silkələdi: Türkiydə gecə yarısı toplantı - TƏCİLİ
Dünən, 11:42
Bakıya gəlmiş Qarabağ ermənisi də tutuldu - VİDEO
Dünən, 11:17
Bakıda qəbiristanlığa kameralar quraşdırılacaq - VİDEO
Dünən, 11:05
Çin avtomobillərindən 100% rüsum tutulacaq - ABŞ-dən yeni qərar
Dünən, 10:56
Bu gün İrəvanın Bakıya verdiyi sözün son günüdür - Nələr ola bilər?!...
Dünən, 10:15
Bu gün Əfv Komissiyasının növbəti iclası keçiriləcək
Dünən, 10:10
Biləsuvarda ağır qəza, ölən və yaralılar var
Dünən, 10:06
Müəmma: Ermənistan "görüntüləri yaymayın" çağırışı edir - VİDEO
Dünən, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Dünən, 09:20
Diqqət: bu yollarda tıxac var
Dünən, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Dünən, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Dünən, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
14-05-2024, 19:08
Bakcell-in yeni məhsulu – “F1 Star” artıq satışda
14-05-2024, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
14-05-2024, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ