Ruslar Qarabağdan NƏ ZAMAN ÇIXACAQ? - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 271
25 fev 2022 | 19:19
Ruslar Qarabağdan NƏ ZAMAN ÇIXACAQ? - İNCƏLƏMƏ...


Fevralın 22-də Moskvada Vladimir Putin və İlham Əliyev arasında imzalanmış sənəd “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamə 40-dan artıq sahə və istiqamət üzrə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsini və koordinasiyalı fəaliyyəti nəzərdə tutur. Ekspertlərin iddiasına görə, Rusiya prezidenti Putin görüşdə Azərbaycan üçün ən həssas məsələ - sülhməramlıların hansı şəkildə Qarabağdan çıxarılacağına işarələr edib. Bu zaman Qazaxıstan nümunəsini misal gətirib: “İndicə, Sizinlə görüşdən əvvəl Qazaxıstan Prezidenti ilə söhbət edirdim.

Fikrimcə, bu, Rusiyanın qonşularımızın suverenliyini yalnız dəstəklədiyini, onu hər vasitə ilə möhkəmləndirdiyini göstərən ikinci çox yaxşı nümunədir. Qazaxıstan nümunəsi də bizim məhz bu cür siyasətimizə dəlalət edir, onu təsdiq edir. Qazaxıstanda problem aradan qalxan kimi Qazaxıstan rəhbərliyinin xahişi ilə biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kontingenti çərçivəsində özümüzün bütün silahlı qüvvələrimizi oradan çıxartdıq və bütün istiqamətlər üzrə Qazaxıstanla əməkdaşlığı davam etdiririk. Şübhəsiz, bu iş həm Rusiyanın, həm də Qazaxıstanın xeyrinədir və Qazaxıstanın suverenliyini möhkəmlədir. Biz bundan sonra da bütün qonşularımızla münasibətdə bu cür hərəkət etmək niyyətindəyik”.

Ekspertlərin şərhinə görə, Kreml sahibi demək istəyir ki, Azərbaycan da özünü Qazaxıstan kimi aparmalıdır, Rusiyanın orbitində olan KTMT, Avrasiya İttifaqına üzv olsa, sülhməramlıları qısa müddətdə Qarabağdan çıxara bilər. DİA.AZ-ın məlumatına görə, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla müttəfiqlik müqaviləsinin imzalanması Rusiyanın guya digər qonşu ölkələrlə əməkdaşlıq etdiyi görüntüsü verməkdir: “Putinin Qazaxıstan örnəyini dilə gətirməsi də digər qonşu keçmiş SSRİ-yə daxil olan ölkələrə xəbərdarlıqdır, o deməkdir ki, Rusiya bu ölkələrlə bağlı istədiyini edə bilər. Əlbəttə, Rusiya demək istəyir ki, Qarabağda yerləşmiş sülhməramlı qüvvələr o zaman missiyasını sona çatdıra bilər ki, burada münaqişə olmasın. Amma eyni zamanda hesab edir ki, Qarabağda hələ ruslara ehtiyac var və Rusiya bölgədən çıxmamaq üçün bu durumun davam etməsinə maraqlıdır”. Q.Çaxmaqlı qeyd etdi ki, rusların Qarabağdan çıxarılmasının Azərbaycanın iradəsindən asılı olmadığı işarəsi Moskva bəyannaməsində də dolayısı ilə öz əksini tapıb: “Bu fikir də daha öncələrdə də bilinirdi ki, Rusiya Azərbaycanı özünün rəhbərlik etdiyi ittifaqlara cəlb etmək istəyir. KTMT və Avrasiya İttifaqına Azərbaycanı çəkə bilsə o zaman hansısa şərtlər daxilində Rusiya sülhməramlıları çıxarıla bilər. Bu isə 5 ilin tamam olmasından sonra gündəmə gələ bilər. Həmin ittifaqlara üzvlük isə Azərbaycanın siyasi müstəqilliyini məhdudlaşdıra və Türkiyənin bölgədə roluna zərbə vura bilər. Sülhməramlıların çıxarılması özü Azərbaycanın geniş mənada zərərinə işləməsin deyə erməni işğalından azad edilməmiş Qarabağın ərazilərində suveren dövlət hüquqları bərpa edilməlidir. Rusiya buna imkan verəcəkmi? Hesab edirəm ki, ruslar buradan çıxmaq deyil, qalmaq siyasətini tətbiq etməkdədirlər. Onun bu siyasətini dəyişdirmək üçün Moskva bəyannaməsini 1-ci maddəsi doğrultusunda manevrlər etmək olar və imkanlardan yararlanmaq diplomatiyası işə düşməlidir”.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı