Azərbaycan Rusiyanın ardınca İranla bəyannamə imzalayacaq? - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 251
24 fev 2022 | 19:19
Azərbaycan Rusiyanın ardınca İranla bəyannamə imzalayacaq? - NƏ BAŞ VERİR?


Azərbaycanla Rusiya arasında bağlanan qarışıqlı müttəfiqlik haqqında bəyannamə İran məsələsini də gündəmə gətirib. Bunun ardınca cənub qonşumuzla da Azərbaycan arasında belə bir müqavilənin imzalanmasının mümkünlüyündən söz açılmaqdadır.

Eyni zamanda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdiyi “3+3" formatı da gündəmə gəlib. Artıq bu formatın sürətlə reallaşdığı qeyd olunur. DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov məsələni daha çox Rusiya kontekstindən şərh etdi: “Müstəqillik dövründə Azərbaycan Rusiya ilə çoxlu sayda sənədlər imzalayıb. İndiyə qədər əldə olunan razılıqlar, anlaşmalar bəyanatda qeyd olunur. Cənab Prezident də əslində bunu söylədi. Müttəfiqlik baxımından gələcək üçün istiqamətlər söylənilir. 1997-ci ildə Azərbaycan-Rusiya Dostluq və Əməkdaşlıq barəsində saziş bağlanıb. Orada 4-cü bənddə göstərilir ki, əgər tərəflərin işğal təhlükəsi yaranarsa, hərbi münaqişə təhlükəsi olsa, tərəflər qısa müddətdə məsləhətləşmələr təşkil edirlər və bu təhlükəni aradan götürmək üçün atılacaq addımlar barəsində razılıqlar əldə edirlər. Yəni bu öhdəlik 1997-ci ildən var. Həmin öhdəlik Ermənistanla da var. Bir dəfə bir məqalə yazdım və orada göstərdim ki, bəzən Ermənistanın Rusiyanın müttəfiqi olduğunu deyirlər, amma bizdə də müttəfiqlik barəsində öhdəliklər var. Yəni burada yeni bir şey yoxdur. Amma biz başa düşməliyik ki, bu müttəfiqlik fərqlidir. NATO-nun öhdəliklərini götürsək, yəni ikinci bəndi nəzərdə tuturam, məsləhətləşmələr nəzərdə tutulmur və dərhal 28 ölkə müharibə vəziyyətində olur. Üzv ölkənin hansına müharibə təhlükəsi, yaxud işğal məsələsi ortaya çıxarsa, bu addım atılır. Biz, sadəcə, fərqləri görməliyik. Bizdəki Şuşa Bəyannaməsi ilə hansı fərqlər var? Orada da dərhal məsləhətləşmələrə başlamaq kimi öhdəliklər mövcuddur. Bizdə təhlükəsizliyi təmin edən qurumlar daimi təhlükəsizlik mövzusunun monitorinqini aparırlar. Yəni bizdə əlavə mexanizmlər var. Təhlükələr onlayn şəkildə qiymətləndirilir və bir yerdə addımlar atılır. Şuşa Bəyannaməsi bu baxımdan fərqlənir”.

Sabiq nazir fikirlərini bu cür davam etdirdi: “Rusiya ilə bağlanan bəyannaməni tam görməmişəm. Amma hesab edirəm ki, bu fərq mövcuddur. Biz indiki mərhələni, dünyada baş verən prosesləri götürsək, görəcəyik ki, postsovet məkanında bir neçə növ Rusiya ilə olan münasibətlər mövcuddur. Baltikyanı ölkələr birmənalı NATO üzvü olurlar. Digər ölkələr isə KTMT-nin üzvləri olublar. Yəni Rusiyaya tam yaxındırlar. İkinci növ ölkələr, yəni Ukrayna və Gürcüstan kimilər bəyan ediblər ki, NATO üzvü olmağı qarşılarına hədəf qoyublar. Azərbaycan isə öz növbəsində yeni bir model ortaya qoyub. NATO ölkəsi ilə hərbi müttəfiq olub. Rusiya tərəfindən isə bu qəbul olunub. Putin bəyanatında qeyd edib ki, müstəqil ölkə kimi bu, Azərbaycanın hüququdur, biz buna hörmətlə yanaşırıq. Moskva bəyannaməsinə diqqət edin, orada da Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmət ifadə olunur və bu öhdəlik kimi götürülüb. Bu, çox mühüm addımdır. Azərbaycan ətrafında çox nadir hallarda mümkün olan bir təhlükəsizlik sistemi yaranıb. Biz II Dünya müharibəsi təcrübəsinə baxsaq, görəcəyik ki, o zaman Türkiyənin tutduğu yolu Azərbaycan indi açıq-aşkar göstərməkdədir”.

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov sənədi üç meyarla izah etdi: “Bu suala cavab verməzdən öncə Rusiya-Azərbaycan bəyannaməsini ilkin olaraq təhlil etmək lazımdır. Təhlil baxımından bir sənəd üç meyarla ələ alınar:

İmzalandığı zaman etibarilə

Mətni etibarilə

Təqdimatı etibarilə.

Birinci bənddən başlayaq. Sənəd Qərbin daxilindəki çatlar fonunda imzalandı. Türkiyədə müxaliflərin hərəkətlənməsi fonunda bu reallaşdı. Sənəd Rusiyanın geosiyasi masada Amerikanı və Avropanı pat etdiyi dövrə təsadüf edir. Buna görə Azərbaycan bu sənədə imza atmağa təhlükəsizlik baxımından getmişdir, deyə düşünürəm. Bizim sevgilərimiz və ya nifrətlərimiz deyil, real politik situasiya nəzərə alınmağa çalışılıb.

Gələk 2-yə. Sənədin dili standart diplomatik ifadə formatıdır.

Üçüncüyə gəlincə, əsas olan budur: təqdimat. Azərbaycanın dövlət başçısı birinci bəndə, yəni qarşılıqlı müstəqillik və ərazi bütövlüyünə vurğu etdi. “3+3" formatından danışdı. Göründüyü kimi, ortada bir sənəd var.

Amma Azərbaycan və Rusiya bunu özünəməxsus oxuyacaq. Bir də Qərblə üz-üzə gələn Rusiyanın və Qərbdən təzyiq görən Türkiyənin bir-birinə ehtiyacı olacaq. Burada əlaqələndirici nöqtə Azərbaycandır.

Azərbaycan nə etməlidir? Ölkəmiz Türkiyə ilə birgə regional tərəfdaşlıq və təhlükəsizlik konfiqurasiyalarının sayını artırmalıdır.

Çox yaxında İranla da intensiv ünsiyyətin başlayacağını istisna etmirəm. Allah ən doğrusunu bilir, ancaq regionda İran bir reallıqdır. Rusiya, İran və Türkiyə Qərbin təhdidləri ilə üz-üzədir, hər nə qədər ideoloji olaraq fərqli olsalar da. Amma bu gün konyuktur onların bir araya gəlməsini labüd edir. Azərbaycan isə burada önəmli bağlayıcı məqamdır. Regional konfiqurasiya torunu şaxələndirmək lazımdır".
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı