Qarabağdakı separatçılar nəyə ümid bəsləyirlər? – Rusiya və Azərbaycan seçimi
Siyaset
Oxunub: 360
24 fev 2022 | 17:47
Qarabağdakı separatçılar nəyə ümid bəsləyirlər? – Rusiya və Azərbaycan seçimi


44 günlük müharibədən sonra Qarabağda yaşayan ermənilərin durumu daha acınacaqlı şəkil almağa başlayıb. Bir tərəfdən məğlubiyyətin yaratdığı psixoloji problemlər, digər tərəfdən isə sosial-iqtisadi vəziyyətin dözülməzliyi ermənilərin bölgəni tərk etməsinə səbəb olur. JAMAZ.İNFO xəbər verir ki, erməni mediası belə açıq şəkildə etiraf edir ki, Xankəndi və əıtraf ərazilərdə yaşayanlar kütləvi şəkildə Qarabağdan imtina edərək, başqa ölkələrə üz tuturlar. Hətta bölgədə müvəqqəti yerləşmiş rus sülhməramlıları belə baş verənlərdən təəccübləniblər. “Rus sülhməramlıları ermənilərin Qarabağdan imtina etdiyini bilirlər. Təəccübləndikləri isə odur ki, həmin ermənilər xaricə daşındıqdan sonra vətən haqqında pafoslu çıxışlar edir, mahnılar oxuyurlar”.

Qarabağdakı erməni separatçıları isə ümidlərini bölgədə baş verən son proseslərə bağlayıblar. “Hraparak” nəşri yazır ki, hal hazırda Qarabağdakı erməni separatçılarının ən böyük ümidi yaradılması nəzərdə tutulan İttifaq Dövlətidir. “Onlar Rusiya-Ukrayna müharibəsini tənginəfəsliklə gözləyir və izləyirlər. Qarabağda deyirlər ki, Rusiya müharibədə qalib gəlsə və Qərb geri çəkilsə, 2022-ci ildə SSRİ-nin yaranmasının 100-cü ildönümündə Vladimir Putinin tarixdə Sovet İttifaqı kimi qalaraq, yeni Sovet İttifaqı yaratmağa çalışacağı daha aydın olacaq”.

Ermənilər qəzetə bildiriblər ki, yeni birliyə qoşulmaq onların xilasıdır və bu, onların Azərbaycanın “boyunduruğundan qaçmaq üçün” yeganə şansdır. “Qarabağdakı idarəçilər və siyasətçilər əmindirlər ki, Nikol Paşinyan ürəkdən bu birliyə qarşıdır və ən kiçik şansda Rusiyanı rədd edərək, Qərbə üz tutacaq. Deyilənə görə, Nikol Paşinyan özü də Rusiya-Ukrayna həllini gözləyir və dua edir ki, ruslar məğlub olsunlar. Amma əgər ruslar Ukraynada uduzsalar, Qarabağla Ermənistan bir birindən tamamilə ayrılacaq”.

Gülməli məqam odur ki, Qarabağdakı ermənilər Ukrayna müharibəsindən sonra dərhal Rusiyaya birləşmək üçün müraciət etməyi düşünürlər. “Bizim iki seçimimiz var. Birincisi, Rusiyaya birləşməkdir. Bunun üçün bütün şərtlərə razıyıq. Bu məqsədlə müraciət edəcəyik. İkincisi isə Azərbaycanın tərkibdən qalmaqdır ki, bununla heç vaxt razı olmayacağıq”.

P.S. Bu onların son ümidləridir. Həmin ümidləri isə heç vaxt reallaşmayacaq.
Bu gün, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Bu gün, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Bu gün, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Bu gün, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Bu gün, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Bu gün, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Bu gün, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Bu gün, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Bu gün, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Bu gün, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Bu gün, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü
Bu gün, 10:33
Könülün nəşini səhəri gün dostu ilə birgə basdırdığı məlum olub - Rəsmi
Bu gün, 10:26
Sərhədçilərimiz alınan kəndlərimizə yerləşdirilir - prosesinin DETALLARI
Bu gün, 10:12
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin Cenevrədə görüşü gözlənilir
Bu gün, 10:00
"TikTok"da "fal bazarı": Polis necə izləyir?
Bu gün, 09:57
Hərbçimiz vəfat etdi
Bu gün, 09:52
ABŞ-də “bomj”lara pulsuz araq paylanılır
Bu gün, 09:47
Vaşinqtondan Qəzza ilə bağlı ərəb ölkələrinə ÇAĞIRIŞ
Bu gün, 09:44
İcra başçısı "Ağ çiçəyim”in yanmasının səbəbini açıqladı - VİDEO
Bu gün, 09:39
Paşinyan yenə qalib oldu: aksiyalar işə yaramadı - SORĞU
Bu gün, 09:21
Baydenlə Trampın debatının yeri və vaxtı açıqlandı
Bu gün, 09:17
Yanğına görə bağlanan yollar açılıb - YENİLƏNİB
Bu gün, 09:17
Ermənistanda “ya dövlət, ya kilsə” savaşı: Paşinyan əsas erməni terror mərkəzini dağıdır
Bu gün, 09:00
İlham Əliyevdən güllələnən baş nazirlə bağlı PAYLAŞIM - FOTO
Dünən, 16:00
Fars-molla rejiminin növbəti QARINAĞRISI... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:30
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı