5 karatlıq brilyant şüşə qaşla əvəzlənib — MTN-də cinayət (Video)
MTN çetesinin soyduğu iş adamı musavat.com-a danışdı
İş adamı Maqsud Mahmudov “Azəriqazbank”a 2009-cu ildə qızıl-brilyantları girov qoymaqla bankdan 1 milyon manata yaxın kredit götürüb. 2 illik kredit müddətinin bitməsinə bir neçə ay qalmış “Azəriqazbank”a çağırılıb: “Pulu vaxtında ödəyirdim, gecikmə olmurdu. Mən sizin qəzetin saytında bankın zərgər-qiymətləndiricisinə qulaq asdım. O, düz deyir. 2011-ci ildə mənə xəbər verirlər ki, sizin malları (banka girov qoyulmuş qızıl-brilyantları nəzərdə tutur- E.M) baş ofisə aparıblar. Səbəbini mənə izah etmirlər. Dedilər ki, MTN apardı. Bankın işçisi mənə zəng edir, deyir ki, malları ora aparıblar. Bir müddət sonra məni bankın zərgəri yığdı. Dedi ki, orada malları açıblar. Mənim nümayəndəm İlham Əsədov ora gedəndə artıq malları açıb töküblər ortalığa. Ona görə orada iştirakdan imtina edir. Arif Piriyev bankın zərgəridir. O, görür ki, malları açırlar, yaxın durmur. Arifi aparırlar MTN-ə. Ona deyirlər ki, de ki, bu qaşlar şüşədir. O da deyir ki, mən necə deyə bilərəm ki, o qaşlar şüşədir? Arif bunu demir. Sürücümü MTN-ə aparıb döyürlər. Mən bankın baş ofisinə gedib məsələni aydınlaşdırmaq istədim. Oradan çıxandan sonra tutub MTN-ə apardılar. Orada Fizuli adlı işçi deyir ki, ticarətçisən. Məni soyub buraxırlar”.
M.Mahmudov deyir ki, 2009-cu ildə banka girov kimi təqdim etdiyi brilyantlar şüşə ilə əvəzlənərək özünə qaytarılıb. Özünə isə hədə-qorxu gəlinib. Buna görə də Eldar Mahmudov vəzifədə olduğu illərdə şikayət etməyib. Bu il noyabrın 13-də “Azəriqazbank”ın idarə heyətinin sədrinə teleqram vurub və ona şüşə ilə əvəzlənən brilyantların geri qaytarılmasını tələb edib: “Arif Piriyev də dediklərimi təsdiqləyir. Hamı bilir ki, Çingiz Əsədullayev Eldar Mahmudovla şərikdir. Tək mən deyiləm, mənim kimi yüzlərlə adam var. Mənim itirəcəyim bir şey qalmayıb, hər şeyim əlimdən gedib. “Azəriqazbank”dan Rizvan adlı şəxs zəng edib deyir ki, qaşların qiyməti nə qədərdir. Dedim, mənə pul lazım deyil. Mənim brilyant qaşlarım niyə Eldar Mahmudovun balonundan çıxmalıdır? Mətbuatda gedir ki, Eldar Mahmudovun evindən balonlarla brilyant çıxıb. Həmin o daş-qaşlar, mənim kimilərin əlindən alınan insanlarınkıdır. Şər atırıq? 2012-ci ildə Çingiz Əsədullayevə müraciət etmişəm. Teleqram vurmuşam. İndinin söhbəti deyil. Mən haqqımı tələb edirəm”.
1 ay əvvəl vəzifəsindən uzaqlaşdırılan milli təhlükəsizlik naziri Eldar Mahmudovun ölkəyə idxal olunan digər mallarla yanaşı, qızıl və brilyantın inhisarçısı olması haqda illərdir ki, məlumatlar dolaşırdı. O, tutduğu postdan uzaqlaşdırılandan sonra mətbuatda bu məlumatları təsdiqləyən ifadələr yayıldı. Qızıl və brilyant biznesi ilə məşğul olan iş adamları Milli Təhlükəsizlik Nazirliyinə aparılaraq başlarına açılan oyunları dilə gətirməyə başladılar. Məlum oldu ki, nazirin razılığı ilə qaş-daş sektoruna bu və ya digər formada aidiyyatı olan hər kəs “mahmudovçu”ların diqqət mərkəzində olub. İş adamları ən müxtəlif adlar altında MTN-ə aparılıb, onlardan şantaj yolu ilə böyük məbləğdə pullar alınıb. Belə şəxslərdən biri də iş adamı Maqsud Mahmudov olub. MTN-ə dəvət edilən iş adamından “mahmudovçu”lar şantaj yolu ilə 250 min dollar aldıqları haqda məlumat vermişdik. İndi məlum olur ki, M.Mahmudovdan alınan təkcə bu məbləğ olmayıb. Onu Eldar Mahmudovun yaxını Çingiz Əsədullayevə məxsus “Azəriqazbank”a girov qoyduğu qızıl-zinət əşyalarına görə də MTN-ə aparıb başına oyun açıblar. M.Mahmudovun banka girov kimi qoyduğu 5 karatlıq brilyant qaş şüşə qaşla əvəzlənib. Bu əməldən şikayətçi olan iş adamı “mahmudovçu”lar tərəfindən saxlanıb, ondan 30 min manat alıblar, özünü də şikayətçi olmamasını “tövsiyə” etməklə azad buraxıblar. “Azəriqazbank”ın qiymətləndirici-zərgəri Arif Piriyev “Yeni Müsavat”a müsahibəsində M.Mahmudovun girov qoyduğu brilyantların həqiqi olduğunu söyləyib. O, bankda baş verənlərdən sonra oradan uzaqşalaşdığını da videomüsahibəsində deyib.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi