Moskva Bəyannaməsi daha çox erməniləri narahat edir - Ekspertlər danışır
Siyaset
Oxunub: 272
22 fev 2022 | 13:03
Moskva Bəyannaməsi daha çox erməniləri narahat edir - Ekspertlər danışır


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uzun müddətdir ki, planlaşdırılan Moskva səfəri dünən baş tutub. Səfər çərçivəsində Azərbaycan və Rusiya liderləri bir sıra məsələləri müzakirə edəcək, eyni zamanda Müttəfiqlik haqqında sənəd imzalayacaqlar. Məlumata görə, sözügedən sənədin hazırlanması və tərəflər arasında razılaşdırılması uzun sürən prosesin nəticəsidir. Çünki belə sənədləri qısa zaman ərzində ortaya çıxarmaq mümkünsüzdür.

Xatırladaq ki, hələ Yeni ildə xalqa müraciəti zamanı Azərbaycan prezidenti Rusiya ilə əlaqələrin keyfiyyətcə yeni səviyyəyə qalxacağını deyərək, əlaqələrin inkişaf etdiyini açıqlamışdı. Bu kontekstdə Moskva Bəyannaməsi yeni məsələ deyil.

Qeyd edək ki, prezident İlham Əliyevin indiyə qədər Rusiya, Avropa İttifaqı, qardaş Türkiyə və digər ölkələrlə imzaladığı sazişlərdə əsas diqqət Azərbaycan dövlətinin gücləndirilməsi, onun müstəqilliyinin möhkəmləndirilməsi, müttəfiqlərinin və dostlarının çoxalmasına hesablanıb.

İndiyə qədər Azərbaycan ilə Rusiya arasında onlarla sənəd imzalanıb, tərəflər strateji müttəfiq olduqlarını bəyan ediblər. Son nəticədə bu sənədlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə maneə yaratmayıb, əksinə, mövqelərimizi daha da gücləndirib. Bu baxımdan Moskvada imzalanacaq Müttəfiqlik haqqında sənəddən daha çox narahat olan Ermənistan tərəfidir. Erməni ekspertlər belə bir sənədin imzalanmasını Ermənistan üçün böyük zərbə hesab edirlər. Artıq erməni mediası da Əliyevin Moskva səfərindən narahatlığını gizlətmir. Bundan öncə isə hərbi cinayətkar Robert Köçəryan keçirdiyi mətbuat konfransında Azərbaycanın Rusiya ilə daha yaxşı əlaqələr qurmasına işarə etmişdi. İndi Rusiya ilə əlaqələrin daha da inkişaf etdirilməsi rəsmi İrəvanın üçüncü tərəfləri mübahisələrə cəlb etməsini neytrallaşdıra, həmçinin Rusiyanı məcbur edə bilər ki, daha ədalətli mövqedən çıxış etsin. Diqqətlə baxdıqda da aydın olur ki, bu gün regionda əsas iqtisadi-siyasi güc mərkəzi Azərbaycandır. Bu gerçəkliyi həm Moskvada, həm də İrəvanda çox gözəl anlayırlar.

Digər mühüm məqam odur ki, Rusiya Azərbaycanın əsas müttəfiqi olan qardaş Türkiyə ilə yüksək əlaqələrə malikdir, tərəflər münasibətlərini durmadan inkişaf etdirirlər. Bu əlaqələrə ən yaxşı töhvə verən üçüncü ölkə Azərbaycandır. Bu baxımdan Azərbaycan-Rusiya münasibətlərinin inkişafı həm də Türkiyə-Rusiya əlaqələrinin perspektivi üçün müsbət hadisədir. Məsələyə münasibət bildirən Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə Reyting.az-a deyib ki, Azərbaycan ilk növbədə öz müstəqilliyini və ərazi bütövlüyünü qorumaq üçün bütün qonşuları ilə normal tərəfdaşlıq və müttəfiqlik münasibətləri qurmağa çalışır.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya arasında Müttəfiqlik sazişinin imzalanması daha çox İrəvanı narahat edir: “Onlar Azərbaycanın ərazi bütövlüyünü tanımırlar. Digər qonşulara qarşı da ərazi iddiaları var. Azərbaycanın Rusiya ilə əlaqələrinin normal müstəvidə inkişafı o deməkdir ki, emənilər öz iddialarını heç vaxt əldə edə bilməyəcəklər”.

A. Mollazadə xatırladıb ki, Azərbaycan buna qədər də Rusiya ilə strateji tərəfdaş olub: “İndi bu sənədin adı dəyişdirilir. Rusiya indiki hadisələr fonunda tək qalıb. Məncə, bütün qonşulara müraciət edəcək ki, onunla dost olsunlar”.

Deputat qeyd edib ki, Azərbaycan bütün qonşularla qarşılıqlı maraqlar üzərində əməldaşlığı və tərəfdaşlığı təbliğ edir:

“Azərbayan məhz ticari, nəqliyyat, enerji sahəsində əməkdaşlığı həyata keçirərək qarşılıqlı maraqları təmin etməyə çalışıb. Bu, bizim strateji siyasətimizidir. Üstəlik, Azərbaycanın siyasəti ilk növbədə dövlət müstəqilliyini, ərazi bütövlüyünü qorumağa və dövlətin inkişafına yönəlib”.

Daha mühüm məqam odur ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard dollardan artıqdır. Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiya əsas bazarlardan biridir və bu baxımdan da əlaqələrin inkişafı məqsədəuyğun sayılır. Nəzərə alsaq ki, rus bazarı hələ uzun illər ərzində dünyanın əsas bazarı funksiyasını qoruyacaq, bu halda Azərbaycanın daha çox qeyri-neft məhsulları satdığı Rusiya bazarında güclənmək xətti başa düşüləndir.

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, tanınmış iqtisadçı Natiq Cəfərli hesab edir ki, Moskvada məlum sənədin imzalanması Azərbayan iqtisadiyyatı üçün müəyyən səhifələr aça bilər: “Amma iqtisadi tərəfinə gəldikdə, burada qarşılıqlı münasibətlərdən bəhs edilir. Aydındır ki, bu sənəddə iqtisadi amillər də yer tutacaq. Ehtimal edirəm ki, gömrük-keçid məntəqələrinin sadələşdirilməsi, qarşılıqlı vergitutmadan azad olunma, rüsumların qarşılıqlı ləğvi, yatırımların qarşılıqlı qorunması kimi məqamları sənəddə görmək mümkün ola bilər”.

N. Cəfərli qeyd edib ki, əsas məsələ sənədin hansı formada imzalanması və hansı maddələrin olmasındadır: “Çox güman ki, qarşılıqlı ikitərəfli əlaqələrin dərinləşdirilməsinə dair müddəalar olacaq. Bu da Azərbaycanla Rusiya arasında iqtisadi münasibətlərin güclənmə amilinə çevrilə bilər. Çünki Rusiya Azərbaycanın qeyri-neft ixracatında böyük yer tutur. Başqa sözlə, Azərbaycanın qeyri-neft ixracatının 70 faizi Rusiya istiqamətindədir”.

İqtsadçı bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarıdır: “Hesab edirəm ki, saziş ticarət dövriyyəsinin artmasına əlavə təsir göstərə bilər. Burada müsbət saldo Rusiya tərəfindədir. Yəni biz Rusiyadan daha çox mal alırıq. Bizim də əsas hədəflərimizdən biri Rusiyaya daha çox mal satmaq və ticarət dövriyyəsinin təqribən yaxın illərdə 1,5 milyarda qədər artırmaqdır. Haradasa 2025-ci ilə qədər bu məbləğin 4 milyard dollara çatdırılması mümkündür”.

N. Cəfərli diqqətə çatdırıb ki, Moskva görüşündə regional məsələlər də diqqət mərkəzində olacaq: “Çünki Azərbaycan və Türkiyənin regionda altılıq ölkələrinin qarşılıqlı əlaqələrinin qurulması və ticarət dövriyyəsinin yüksəlməsi, iqtisadi münasibətlərin yaxşılaşdırılması ilə bağlı təklifləri var. Mümkündür ki, bu istiqamətdə də Azərbaycan-Rusiya imkanlarından, xüsusilə logistika baxımından istifadə vurğulansın”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib