“Ermənistan 1500 kv.km ərazini Azərbaycana verməli olacaq” - Erməni kartoqraf
Siyaset
Oxunub: 287
19 fev 2022 | 14:19
“Ermənistan 1500 kv.km ərazini Azərbaycana verməli olacaq” - Erməni kartoqraf



Məlum olduğu kimi, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi məqsədi ilə delmitasiya və demarkasiya prosesi gündəmdədir. Hələ ötən ilin sonlarına Moskvada əldə olunmuş razılaşmaya əsasən hər iki tərəf Birgə Komissiya yaratmaq barədə razılıq əldə edib. Lakin həmin müddətdən bəri Ermənistan tərəfi müxtəlif bəhanələr gətirərək, komissiyanı yaratmaqdan imtina etməyə çalışır. Bəzi məlumatlara görə isə may ayından etibarən prosesə start veriləcək. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, Ermənistanda təkcə hakimiyyət deyil, həmçinin müxalifət və yerli kartoqraflar da delmitasiya və demarkasiya prosesinə qarşı çıxırlar. Müxaliflərdən fərqli olaraq, kartoqraflar əsas diqqəti sərhədlərin neçənci ilə xəritəsinə əsasən aparılacağına yönəldirlər. Erməni kartoqraf Ruben Qalçyan bununla bağlı bir sıra açıqlamalar verib. O bildirib ki, Ermənistan hakimiyyəti hələ 2010-cu ildə sərhədləri inzibati daxili bölgülər adı altında ratifikasiya edib. “Hazırda bu bölgü əsasında sərhədyanı rayonların və həmin inzibati rayonların xəritələri də var. Ona görə də, həmin xəritələrə istinad edərsək, ciddi problemlə üzləşməli olacağıq. Çünki həmin xəritlərə əsasən Ermənistanın 1500 kvadrat kilometrdən çox ərazisi Azərbaycana verilməlidir”.

Qalçyan daha sonra qeyd edib ki, onlarda 1926-cı ilin xəritəsi də mövcuddur. “Onlar hərbi xəritələrə əsaslanır. Həmin xəritədə Ermənistanda heç bir anklav yoxdur. Qaragöl və daha bir neçə su mənbəyi də sonradan Azərbaycana verilib”.

O deyib ki, Rusiya prosesdə iştirak etmək istəyir və bu da onların əlində Azərbaycan və Ermənistanda olmayan xəritələrlə bağlıdır. “Bizdə 1929-cu ildən bu günə qədər bütün xəritələr var. Əlimizdə olmayan yeganə xəritə 1920-ci illərin birinci yarısında hazırlanmış xəritələrdir. Biz tələb etməliyik ki, danışıqlar məhz 1920-ci illərin xəritəsi ilə aparılsın”.

Qalçyan 1920-ci il xəritələri ilə sərhədlərin müəyyən edilməsinin Ermənistan üçün əlverişli olduğunu bildirib. Onun iddiasına görə, həmin vaxt Kəlbəcərdəki Alagöllər guya, Ermənistanın olub. Bundan başqa, Kərki kəndinin də “tarixi erməni torpaqğı” olduğunu sərsəmləyib. Hətta iddia edib ki, guya, Kərkidə 1938-ci ilə kimi azərbaycanlı yaşamayıb. “Əgər biz Kərki kəndini Azərbaycana verərəsək, o zaman İrəvanla Sünikin əlaqəsi tamamilə kəsiləcək. Eyni zamanda, İran sərhəddinə çıxışımız da kəsiləcək. Qarabağa gedən yoldan isə tamamilə imtina etməliyik”.

Erməni karetoqraf Ermənistan üçün ən “təhlükəli” xəritə olaraq 1970-ci illərin xəritəsini göstərib. O deyib ki, həmin xəritələrə əsasən danışıqlar aparılarsa, Tavuş bölgəsindəki anklavların hamısı Azərbaycana verilməlidir. “Bu xəritələr əsasında Ermənistan daha çox ərazi itirməli olacaq”.
Dünən, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
Dünən, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
Dünən, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
Dünən, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib