“Ramiz Mehdiyevi Rusiyanın ölkəmizdəki emissarı kimi tanıyıram” - İTTİHAM
Siyaset
Oxunub: 250
9 fev 2022 | 20:25
“Ramiz Mehdiyevi Rusiyanın ölkəmizdəki emissarı kimi tanıyıram” - İTTİHAM


“İndi çoxları Ramiz Mehdiyevə qarşı çıxışlara başlayıb. Amma mən onunla Prezident Aparatının rəhbəri olan zaman vuruşmuşam. Akademiyanın prezidenti olduqdan sonra onunla mübarizə aparmamışam. Zamanında Mehdiyevi Azərbaycanın müstəqilliyinə əngəl olan, demokratik qüvvələrə və Qərbə qarşı kəskin mövqe tutan, Rusiyanın Azərbaycanda maraqlarını müdafiə edən emissar kimi tanıyırdım. Bunu zamanında demişəm və həmin fikrimdə qalıram”. DİA.AZ xəbər verir ki, bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu AMEA prezidenti Ramiz Mehdiyevin cəmiyyətdə tənqid hədəfinə çevrilməsindən danışarkən deyib.

Onun sözlərinə görə, hazırda R. Mehdiyevi tənqid etməyi özünə rəva bilmir: “Bu gün də Ramiz Mehdiyev kimi adamlar var. Mən “Beşinci kolon”u nəzərdə tuturam. Amma mənim Mehdiyevlə bağlı fikrim dəyişməyib”.

S. Cəlaloğlu əlavə edib ki, R. Mehdiyev zamanında ona çox pisliklər edib: “Əgər mənim dövlətimə, xalqıma, millətimə pislik edibsə, deməli, mənə də edib. Əlbəttə, şəxsi mənada da Mehdiyev mənə pislik edib, özü də fərqli qaydada. Məsələn, mənim deputat seçilməyimə heç vaxt imkan verməyib. Sonuncu dəfə mənə vəzifə də təklif etdi. Amma mən imtina etdim. O vaxt Azad Mirzəcanzadə mənə elmlər doktoru dərəcəsi vermək istəsə də, Ramiz Mehdiyev buna imkan vermədi. Demişdi ki, Anar və Elçinə ver, sonra... Buna da mən razılıq verməmişdim. Yəni şəxsi kontekstdə də bizə pisliyi olub”.

S. Cəlaloğlu iddia edir ki, rəhbəri olduğu partiyaya və özünə qarşı anormal proseslərin başında da Mehdiyev durub: “Amma onun mənə münasibətindən asılı olmayaraq, mənim ona münasibətim siyasi olub. Onun ölkəmizə, millətimizə, xalqımıza qarşı apardığı siyasətə müxalifətçilik edirdim”.

Partiya sədri fikrini belə yekunlaşdırıb:

“Ramiz Mehdiyev hakimiyyətdə olan dövrdə onun əleyhinə 500 səhifəlik kitab yazmışdım. Onun Azərbaycanın strategiyası haqqında yazısı çıxmışdı. Mən də bu strategiyanı tənqid edərək belə nəticəyə gəlmişdim ki, məqsəd Azərbaycan dövlətini zəiflətmək, Azərbaycanı Qərbdən uzaqlaşdıraraq Rusiyanın qoltuğuna salmaqdır. Yəni Mehdiyevin hər bir fikrinin arxasında nəyin durduğunu şərh etmişdim. Ramiz Mehdiyev siyasi işdən gedəndən sonra onunla maraqlanmıram. Amma o, indi də AMEA-da intriqa yaradır, hansısa idarəçilik sistemi qurur”.
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Dünən, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Dünən, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Dünən, 10:10
ADNA terrorundan 15 il ötür
Dünən, 10:04
Daha bir qrup sakin Laçına gedir
Dünən, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Dünən, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
29-04-2024, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
29-04-2024, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
29-04-2024, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
29-04-2024, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
29-04-2024, 13:25
İlham Əliyev fərman imzaladı