Kremllə Paris arasındakı QARABAĞ SÖHBƏTİ... - HEÇ DƏXLİ VAR?..
Siyaset
Oxunub: 208
9 fev 2022 | 20:48
Kremllə Paris arasındakı QARABAĞ SÖHBƏTİ... - HEÇ DƏXLİ VAR?..


Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında görüş 5 saatdan bir qədər çox davam edib. Liderlər öncə Kremlin birinci binasının nümayəndəliyində təkbətək görüşüblər. Putin ölkələr arasında təmasların heç vaxt dayanmadığını, lakin şəxsi görüş formatında müzakirə edilməli olan bir çox məsələlərin yığılıb qaldığını bildirib. O qeyd edib ki, ötən ilin 11 ayı ərzində ölkələr arasında ticarət dövriyyəsinin həcmi 70 faizdən çox artaraq pandemiyadan əvvəlki səviyyəyə çatıb:

“Bu, təbii ki, ümumilikdə iki ölkə arasında münasibətlərin yaxşılaşması üçün belə xoş ab-hava yaradır”. Putin Moskvanı narahat edən təhlükəsizlik məsələlərinin həllində iştirakına görə Parisə təşəkkür edib: “Deməliyəm ki, bütün bu illər ərzində Fransa Avropa təhlükəsizliyinin fundamental məsələlərinin həllində ən fəal iştirak edib”. Fransa Prezidenti Emmanuel Makron da Putinlə apardığı danışıqları mənalı adlandırıb və təhlükəsizlik təminatları üzərində birgə işləmək barədə razılığa gəldiyini açıqlayıb: “Avropada sabitliyin və təhlükəsizliyin yeni nizamını təmin etmək üçün birgə işləmək arzusundayıq”. Makron hesab edir ki, Avropada sabitlik və təhlükəsizliklə bağlı sazişlərə yenidən baxılması Avropa ölkələrinin ziyanına olmamalıdır: “Düşünmürəm ki, yeni şərtlərin formalaşması sazişlərə və ya fundamental prinsiplərimizə qismən yenidən baxılması və ya Avropa dövlətlərinin hüquqlarının pozulması yolu ilə baş verməlidir. Rusiya 30 ildir qüvvədə olan müqavilələrə yenidən baxmaq istəyir. Qitəmizin təhlükəsizliyi bizdən keçmişin səhvlərindən qaçmağı tələb edir. Ötən illər ərzində Rusiya ilə qurulan strateji və tarixi dialoq irəliləyişə kömək edə bilər”.
O, həmçinin vəziyyəti yumşaltmaq üçün yaxın həftələrdə ortaq mövqelər tapmağın zəruriliyini bəyan edib.

Liderlərin bir araya gəlməsi zamanı çəkilən görüntülər də dünya mətbuatında müzakirə predmetinə çevrilib. Putin Makronu əli cibində qarşılayıb, dövlət başçıları uzun masa arxasında əyləşiblər. Qəribəlik bununla da bitməyib. Beş saatdan çox davam edən görüşdən sonra mətbuat konfransı keçirilib. Ardınca isə Rusiya lideri zaldan çıxıb, sanki onu çağırırmış kimi əli ilə Emmanuel Makrona işarə edib. Lakin Putin fransalı həmkarını gözləmədən qapıya doğru yönəlib və zalı tərk edib. Makron otaqda tək qalıb və Kreml rəhbərinin arxasınca getməli olub. Putinin Makronla danışdığı zalda 1-ci Nikolayın heykəli də olub. Nikolayın dövründə Rusiyaya "Avropanın jandarmı" deyirdilər. O, başını qaldıran dövlətə qoşun yeridir, cəzalandırırdı. Rus maarifçiləri və ziyalıları buna görə çox utanırdılar... DİA.AZ-ın məlumatına görə, siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, Fransa Qərbin Rusiyaya qarşı hədələyici orbitindən kənara çıxaraq Moskva ilə isti münasibətlərin qorunub-saxlanılmasına önəm verən ölkədir. Analitikə görə, Putin-Makron görüşündə liderlərin müzakirə predmetinə gətirdiyi mövzuların hamısını bir yazıya sığışdırmaq çətindir:

“Liderlər 5 saat davam edən görüşdən sonra media önünə çıxıblar. Vladimir Putin Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının rolundan danışarkən yenidən arxaik ifadəyə müraciət edib. Mövcud situasiya ətrafındakı müzakirələri “Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nəzərdən keçirilməsi” kimi dəyərləndirib. Olsun, ümid edirik ki, Vladimir Putin sadəcə leksikonunda möhkəm qərar tutduğuna görə “Dağlıq Qarabağ” ifadəsini lüğət fondundan silə bilmir. Amma nə olursa-olsun, reallıqda Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi yoxdur. Fransa liderinin fevralın 4-də keçirdiyi görüşün yekununa dair bəyanatda ATƏT-in Minsk qrupu həmsədrlərinin adları çəkilməsə də, Putin yenidən həmsədrlərin regionda humanitar və sosial-iqtisadi problemlərin həllindəki əhəmiyyətini qabardıb. Azərbaycan həmsədrlərin mövcudluğuna etiraz etmir, bu, Bakı üçün bəlkə də üçüncü dərəcəli məsələdir. Lakin madam ki, bu institut varsa, o zaman effektiv nəticələr hasil edən praktiki fəaliyyətlə məşğul olmalıdır. Bakı tələb edir ki, həmsədrlər regional sülh və təhlükəsizliyə təhdid yaradan elementləri, o cümlədən erməni revanşizminin boğulmasında əməli fəaliyyət sərgiləsin və qızışdırıcı, qıcıq yaradan, Ermənistanı şirnikləndirən ifadələrdən çəkinsin. Putinin həmsədrlərə vurğu etməsini formal etik diplomatik jest kimi qiymətləndirmək olar. Çünki elə Rusiyanın özünün təşəbbüsü ilə qəbul edilən 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarında həmsədrlərə postmünaqişə dövrü üçün hər hansı rol tanınmayıb. Rusiya Azərbaycanla Ermənistan arasında açıq qalan məsələləri özünün monopoliyasında tənzimləmək istəyir, amma Azərbaycanın qətiyyəti, Türkiyənin Bakıya dəstəyi bu məsələdə Kremlin önünə baryer çəkir. Bakı bu məsələdə Qərbə də təkəlçilik vermir, əgər sülh və etimad quruculuğundan söhbət gedirsə, burada bərabərsəviyyəli iştirak mexanizminin qurulmasını israrla təklif edir və nəticəyə nail olur. Makron Putinlə mətbuat konfransında münaqişədən sonrakı periodda Azərbaycan-Ermənistan liderlərini bir araya gətirməsindən, bunun erməni hərbçilərin mübadiləsi ilə nəticələnməsindən sevinc hissi keçirərək “axır ki, Fransanın da bir rolu var” mesajını verdi”.

Ekspert vurğulayıb ki, Makron ya bilərəkdən, ya da bilməyərəkdən Rusiya sülhməramlılarının fəaliyyətini Azərbaycan-Ermənistan sərhədinə proyeksiya edib:

“Onun Putinə “sizin hərbçilərin Azərbaycan və Ermənistan sərhədində çətin dövrlərdə oynadığı rolu alqışlayıram” deməsi ikibaşlı məna yükünə malikdir. Çünki Rusiya hərbçiləri sərhədə dislokasiya edilməyiblər, onlar yalnız Laçın dəhlizində xidmət keçirlər. Makron bunu bilməyərəkdən deyibsə, o deməkdir ki, hələ də mövcud vəziyyətə dair beynində aydın təsvirlər cıza bilməyib.

Bilərəkdən deyibsə, o zaman, ya Rusiya hərbçilərinin sərhədə gəlməsində maraqlıdır.

Ya Ermənistanda xidmət edən və Azərbaycanla sərhəddə dislokasiya olunan Rusiya hərbçilərini nəzərdə tutur. İstənilən halda Putin-Makron görüşü Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində pozitiv impuls ötürcülüyünə malikdir”.
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Dünən, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Dünən, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Dünən, 10:10
ADNA terrorundan 15 il ötür
Dünən, 10:04
Daha bir qrup sakin Laçına gedir
Dünən, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Dünən, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
29-04-2024, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
29-04-2024, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
29-04-2024, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
29-04-2024, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
29-04-2024, 13:25
İlham Əliyev fərman imzaladı