Rəsmi Bakı Qarabağdakı RUS HOQQABAZLARDA HESABAT TƏLƏB ETMƏLİDİR - ÇAĞIRIŞ
Siyaset
Oxunub: 266
5 fev 2022 | 17:47
Rəsmi Bakı Qarabağdakı RUS HOQQABAZLARDA HESABAT TƏLƏB ETMƏLİDİR - ÇAĞIRIŞ


Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin daha bir qanunsuzluğu faktı üzə çıxıb. Belə ki, Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobillərini Rusiya sülhməramlıları ilə yanaşı, polis uniformasında olan erməni terrorçu-separatçısının yoxlaması barədə videogörüntülər üzə çıxıb.

Rusiya Müdafiə Nazirliyinin yaydığı videoda sülhməramlıların Azərbaycana məxsus avtomaşın karvanını müşayiət etdiyi görünür. Rəsmi açıqlamada deyilir ki, sülhməramlılar Suqovuşan-Vəng marşrutu üzrə gedən 20 yük maşınını aparıblar.

Videokadrlarda qəribə və diqqətçəkən məqam var: Avtomobilləri Rusiya sülhməramlıları ilə bərabər polis uniforması geyinmiş erməni separatçısı da yoxlayır. Müdafiə Nazirliyinin açıqlamasında “hərbi polis”in də adı keçir. Amma bu polis uniformasında olanlar kimi təmsil edir? Ümumiyyətlə, o "hərbi polis" hansı sazişlə orada dayanır?

İkinci Qarabağ müharibəsində döyüş əməliyyatlarını dayandıran 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Birgə Bəyanatda Azərbaycanın Qarabağ bölgəsinə müvəqqəti yerləşdirilmiş sülhməramlıların müvəqqəti məsuliyyət zonasında terrorçuların "polis" qiyafəsində yoxlanış aparmaq səlahiyyətinə dair heç bir müddəa yoxdur. Sənəddə belə bir bənd yoxdursa, o zaman Azərbaycan avtomobilini yoxlayan sülhməramlı əsgərinin yanında qondarma separatçı qurumun "polisi" hansı əsasla dayanıb?

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən və Müdafiə Nazirliyindən rəsmi cavab ala bilmədik. Aramsız zənglərimizə nə XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva, nə də Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov cavab verdi.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, Xocalıdan olan deputat Elman Məmmədov isə AYNA-ya deyib ki, sülhməramlıların komandanlığı bu məsələyə aydınlıq gətirməlidir: "Sülhməramlılar hər zaman olduğu kimi ermənilərdən yana addımlar atırlar. Azərbaycan avtomobillərini sülhməramlılarla yanaşı, terrorçu-separatçıların yoxlaması absurddur. Buna sülhməramlılar niyə icazə verirlər? Erməni terrorçusu hansı əsasla Azərbaycan maşınlarını Azərbaycan ərazisində yoxlaya bilər?! Buna sülhməramlıların komandanlığı aydınlıq gətirməlidir".

"Ümumiyyətlə, sülhməramlılar Qarabağa yerləşdikdən bu yana səlahiyyətlərində olan yox, olmayan işlərlə daha çox məşğuldurlar. Sülhməramlısan, funksiyan nədirsə, onunla məşğul ol. O rus əsgəri polis paltarı geyinib yanında dayanan erməni separatçısına niyə demir ki, "sən burda neynirsən?!". Demir, əksinə, icazə verir. Bu, separatizmi diriltmək cəhdi, münaqişəni daha da körükləməkdir. Görünür, sülhməramlılar münaqişənin bitməsində maraqlı deyillər", - deyə deputat bildirib

Məmmədov qeyd edib ki, Birgə Bəyanatda nəzərdə tutulanlar həyata keçmiş olsaydı, bu gün həmin separatçı "polis" sülhməramlının yanında olmazdı: "Birgə Bəyanatda erməni terrorçularının tərksilah edilməsi, Qarabağdan çıxarılması qeyd edilib. İndi o "polis" ordadırsa, demək ki, bənd yerinə yetirilməyib. Bunu yerinə yetirmək Rusiya sülhməramlılarının işidir. Əgər sülhməramlılar terrorçuları ərazilərimizdən çıxarmırlarsa, onları oradan çıxarmağa Azərbaycan Ordusunun gücü, qüdrəti çatar. Bunun üçün beynəlxalq hüquqla Azərbaycanın haqqı var".

DİA.AZ-ın məlumatına görə, politoloq İlyas Hüseynov da AYNA-ya söyləyib ki, sülhməramlılar missiyalarını düzgün yerinə yetirmirlər: "Üçtərəfli Birgə Bəyanatın müddəaları yerinə yetirilməməkdədir: "Əsasən də Bəyanatın 4-cü maddəsinin icra olunmaması faktı var. Digər tərəfdən, sülhməramlıların fəaliyyəti qənaətbəxş sayıla bilməz. Suqovuşandan Kəlbəcərə gedən avtomobil karvanını sülhməramlılarla yanaşı, Azərbaycan ərazisindəki separatçıların "polisi" müşayiət edir. Hesab edirəm ki, sülhməramlıların komandanlığının sözügedən videogörüntülərə aydınlıq gətirməsinə böyük zərurət var. Terrorçuların Azərbaycanın maşın karvanına nəzarət etməsi tamamilə yolverilməzdir. Bunun qarşısı təcili şəkildə alınmalıdır".

"Belə mənfi hallar sülh prosesinə ciddi zərbə vurur. Bu gün Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədlərin qarşılıqlı şəkildə tanınmasından, regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasından, yekun sülh müqaviləsinin imzalanmasından danışılır. Xoşagəlməz hallar isə regionun inkişafını, sülhün əldə olunmasını ləngidir. Belə hallar nə qədər çox olacaqsa, sülhməramlıların fəaliyyəti bir o qədər kölgə altında olacaq", - deyə analitik vurğulayıb.

O xatırladıb ki, sülhməramlıların bölgədə qalmaq müddəti ilkin olaraq 5 illik dövrdür: "Beş ilin sonunda tərəflərdən birinin narazılığı olarsa, sülhməramlılar bölgəni tərk etməlidirlər. Əgər sülhməramlılarla yanaşı, terrorçular hansısa monitorinq həyata keçirəcəklərsə, avtomobillərə baxış icra edəcəklərsə, Azərbaycan sülhməramlıların ərazini tərk etməsi barədə yekun qərar verəcək. Bu baxımdan, sülhməramlılar üzərlərinə düşən vəzifələri laiqincə icra etməlidirlər".

"Hesab edirəm ki, sülhməramlı missiyanın fəaliyyəti ciddi təftiş edilməlidir, onların davranışına etiraz bildirilməlidir. Əgər bu cür neqativ hallar təkrarlanacaqsa, o zaman kəskin addım atıla bilər. Rəsmi Bakı diplomatik kanallar vasitəsilə etirazını ucadan səsləndirməli, neqativ halların aradan qaldırılmasını tələb kimi qoymalıdır. Sülhməramlıların komandanlığına bildirilməlidir ki, belə hallar neqativlərin daha da çoxalmasına gətirib çıxarır. Birgəyaşayış haqqında bu gün hansısa ehtimallar varsa da, belə hallar həmin ehtimalları da sıfıra endirir", - deyə Hüseynov fikrini yekunlaşdırıb.

Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib
Dünən, 10:40
Vilayət Eyvazov onu DYP-yə rəis təyin etdi
Dünən, 10:22
Bu həftə 6 gün işləyəcəyik?
Dünən, 10:10
ADNA terrorundan 15 il ötür
Dünən, 10:04
Daha bir qrup sakin Laçına gedir
Dünən, 09:55
Paşinyan Putinin andiçməsinə getmək istəmir, çünki... - Erməni mediası
Dünən, 09:00
“Qafqaz qambiti”ni Ağ Ev başlatdı, Bakı bitirdi: Ermənistan isə yeganə məğlub tərəf durumuna düşdü
29-04-2024, 22:11
Azərbaycanlı “Universal Döyüş”çülər Avropa çempionatından Vətənə 10 qızıl medalla döndülər -Fotolar
29-04-2024, 16:00
Evə ölməyə göndərilən xərçəng xəstəsi özünü necə sağaltdı: 1975-ci ilin resepti...
29-04-2024, 15:30
Bakıda daşınmaz əmlakın qiyməti ARTDI
29-04-2024, 14:22
Dövlət Komissiyası: Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq
29-04-2024, 13:25
İlham Əliyev fərman imzaladı