Sülhə məram yoxsa sülhməram? - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 228
4 fev 2022 | 17:25
Sülhə məram yoxsa sülhməram? - İNCƏLƏMƏ...


Fevral 2-də Qarabağda dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri tərəfindən Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən, Azərbaycana məxsus avtomobil karvanı ciddi surətdə yoxlanılmışdır. İlk baxışdan bu, sıradan bir yoxlama olsa da, proses zamanı diqqətçəkən bəzi məqamlar ortaya çıxmışdır.

İlk öncə qeyd olunmalıdır ki, maşın karvanı Azərbaycan ərazisində, sülhməramlıların təhlükəsizliyə cavabdeh olmadıqları bölgə üzrə hərəkət edib. Maşın karvanının Kəlbəcərə məhz Suqovuşandan hərəkət etməsi sırf hava şəraiti illə bağlı olan bir məsələdir. Bildiyimiz kimi, qış aylarında bu istiqamətdə hərəkət məhdudluğu mövcud olur. Hazırda Ömər aşırımı üzrə tunelin və müvafiq yolun tikintisi üzrə işlər həyata keçirilir. İşlər başa çatdıqdan sonra isə bu marşrut üzrə hərəkətə o qədər də ehtiyac qalmayacaqdır. Bununla yanaşı, həmin bölgədə sülhməramlılara məxsus olan postlar da yoxdur. Bu fakt Rusiyanın Müdafiə nazirliyi tərəfindən bölgə üzrə xidməti ərazilərə dair təqdim olunmuş xəritədə də öz əksini tapmamışdır.

10 noyabr Bəyanatına əsasən sülhməramlılar yerləşdiyi bölgədə sülhün qorunması və təmin edilməsi işini təşkil etməlidirlər. Məlum olduğu kimi, hazırda bölgənin müəyyən ərazilərində olan nəqliyyat yollarından orada yaşayan ermənilərin istifadə etməsi zərurəti vardır. Məhz bu səbəbdən sülhməramlılar həmin yollarda ermənilərə məxsus nəqliyyat karvanlarının təhlükəsizliyini təmin etmək üçün onları müşayiət etməlidirlər. Bəzi hallarda isə Azərbaycana məxsus olan nəqliyyat vasitələri ermənilərin yaşadıqları ərazidən keçdikdə bu proses eyni ilə təkrar olunmalıdır. Avtomobil karvanlarının ciddi şəkildə yoxlanılması isə əsasən Laçın dəhlizi üzrə nəzərdə tutulmuşdur. Çünki bu dəhliz Azərbaycan tərəfindən ermənilərə sırf humanitar məqsədlər üçün açılmışdır. Buna görə də həmin dəhliz üzrə Xankəndi və digər ərazilərə hərəkət edən və geri qayıdan nəqliyyat vasitələri ciddi şəkildə yoxlanılmalıdır. Bu, sülhməramlıların əsas funksiyalarından biridir ki, onlar tərəfindən mütəmadi olaraq bu qaydalar heç də tam şəkildə icra olunmur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəfələrlə sülhməramlıların bölgədəki xidmətinin məhz bu cəhəti ilə bağlı tənqidi fikirlərini bildirmişdir. Sonuncu dəfə bu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən KİV-ə verdiyi müsahibə zamanı ölkə başçısı bir daha qey edərək bildirmişdir: “Bir şeyi də izləyirik ki, gedən maşınların 91 faizi, - bax, 91 faiz deməklə, o cümlədən mən bildirirəm ki, biz bunu nə dərəcədə dəqiqliklə bilirik, - yoxlanılmır. Oradan çıxan maşınların cəmi 46 faizi yoxlanılmır. Yəni bu, nəyi göstərir? Onu göstərir ki, Rusiya sülhməramlı qüvvələri çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun”. Göründüyü kimi, Azərbaycan dövləti tərəfindən bölgədə bütün hərəkətlər izlənilir. Bu, sülhməramlıların öz xidmətlərini ikili standartlar əsasında həyata keçirməsi fikrini ortaya qoyur. Keçən ilin 15 noyabr tarixində Laçın dəhlizinin Şuşa şəhəri yaxınlığından keçən hissəsində erməni millətçisi tərəfindən terror aktının törədilməsi və sülhməramlıların bu hadisə zamanı açıq-aşkar tərəf nümayiş etdirməsi buna bariz nümunədir.

Bəs birdən-birə sülhməramlıların Azərbaycana məxsus olan maşın karvanını ciddi şəkildə yoxlamasının pərdəarxasında nələr dayanır? Bu, hansı zərurətdən irəli gəldi? Birincisi, onu bildirmək lazımdır ki, 1 fevral tarixində Azərbaycan Respublikasının Milli Məclisi “Şuşa” Bəyannaməsini ratifikasiya etdi. Bu günlərdə isə bu işi Türkiyə Böyük Millət Məclisi icra edir. Belə olan halda, Rusiya sülhməramlılarının bu yoxlanışı məhz bu tarixdə həyata keçirməsi heç də təsadüfi sayıla bilməz. Bu, Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi də qiymətləndirilə bilər. Azərbaycana qarşı bu primitiv vasitələrdən istifadə edərək hər hansı bir təzyiqin göstərilməsi olduqca məntiqsizidir. Çünki Azərbaycan əldə edilmiş sülhün qorunması və 10 noyabr Bəyanatının icra edilməsi istiqamətində ciddi səylər ortaya qoyur. Bu vəziyyətdə aparılan yoxlamalar sadəcə boş vaxt itkisi və ermənilərə tərəfkeş şousu kimi qiymətləndirilə bilər. İkincisi, Rusiya sülhməramlılarının bölgədəki xidmətlərinin mandatı ilə bağlıdır. Rəsmi və qeyri-rəsmi məlumdur ki, bununla bağlı Rusiya Azərbaycana dəfələrlə mətnaltı mesajlar vermişdir. Azərbaycan tərəfinin isə bu məsələdə mövqeyi dəyişməz olaraq qalır. Belə ki, əgər söhbət mandatdan gedirsə, bu mandatı sülhməramlılara Azərbaycan dövləti təqdim etməli və müvafiq hüquqi sənədlə rəsmiləşdirilməlidir. Lakin bu məsələdə də Rusiya tərəfi Ermənistanı masadan kənarda saxlamaq istəmir və Ermənistanın da bu mandata sahiblənməsini istəyir. Bu halda Ermənistanın Azərbaycanın suveren ərazisində üçüncü dövlətin sülhməramlılarına dair hansısa mandat verməsi beynəlxalq hüquqa və prinsiplərə ziddir.

Ən azından ona görə ki, Qarabağ Azərbaycanın tarixi, hüquqi və siyasi cəhətdən ərazisidir və burada bütün imperativ Azərbaycan dövlətinə məxsusdur. Paradoksal olsa da, ermənilər özləri də bunu belə qəbul edirlər. Üçüncüsü isə sülhməramlıların ünvanına Azərbaycan tərəfindən edilmiş rəsmi tənqidlərə cavab olaraq keçirilmiş yoxlamanı təxribat kimi də qiymətləndirmək olar. Belə ki, yayılmış videomaterialdan açıq-aşkar müşahidə olunur ki, sülhməramlılarla yanaşı, “separatçı rejimin” polis nəfəri və hərbçisi də Azərbaycan nəqliyyat vasitələrinin yoxlanışında iştirak edir, özü də böyük həvəslə. Bu yerdə 10 noyabr Bəyanatının 4-cü bəndini bir daha sülhməramlılara xatırlatmaq pis olmazdı. Həmin maddənin icrası bu günə qədər tam şəkildə icra edilməmişdir. Mütəmadi olaraq “separatçı rejimin” rəhbərləri qanunsuz erməni silahlıları ilə görüşlər keçirir, təltiflər verir, yeni səngərlərin qazıntısı və postların qurulması təqdim olunur. Bütün bunlar sülhməramlıların xidmət etdiyi ərazidə baş verir. Qanunsuz erməni silahlılarının bölgədə olması əldə edilmiş sülhə ən böyük təhdidlərdən biridir. Məhz onların hələ də bölgədən çıxarılmaması, azərbaycanlıların həmin bölgələrə yerləşdirilməsinin qarşısını almaq və ümumən bu prosesi gecikdirmək məqsədini güdür. Bu hal həm də “separatçı rejimin” cinayətkar rəhbərlərini Azərbaycana qarşı daha da motivasiya edən element kimi çıxış edir.

Bütün bunlar onu deməyə əsas verir ki, bölgədə xidmət edən rus sülhməramlıları sülhə məramdan çox sülhməramlıdırlar. Orfoqrafik və orfoepik cəhətdən eyni olsa da, birinci halda fel, ikinci halda isə isimdir. İndi bölgədə felən aktiv olmaq lazımdır, ismən passiv yox.

Amid Əliyev
Politoloq //report.az//
Bu gün, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Bu gün, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Bu gün, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Bu gün, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Bu gün, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Bu gün, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"
Bu gün, 13:09
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizdə işlərə başladı
Bu gün, 13:05
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edib
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək