Ağ Ev Bakının çağırışlarına yenə də KAR OLACAQ? - TƏFƏRRÜAT
Siyaset
Oxunub: 226
3 fev 2022 | 17:25
Ağ Ev Bakının çağırışlarına yenə də KAR OLACAQ? - TƏFƏRRÜAT


Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Caspian Policy Center”in təşkil etdiyi “ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili” adlı vebinarda Ermənistanla bağlanacaq sülh sazişinin bəzi məqamlarını və şərtlərini açıqlayıb.

Hikmət Hacıyevin sözlərinə görə, hərbi işğal faktı sona çatıb və Azərbaycan güc tətbiq etməklə dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə dair yanlış nümunəyə son verib.

Bildirib ki, Azərbaycan tərəfdaş və qonşu ölkələrlə birlikdə Cənubi Qafqazın münaqişə və müharibələrdən azad regiona çevrilməsi istiqamətində fəaliyyət göstərir və regionun parçalanmadan inteqrasiyaya, qarşılıqlı faydalı əlaqələrə əsaslanan regional əməkdaşlığa yönəlməsinə çalışır.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüquqa uyğun aparılmalıdır: “Bu saziş beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır. Regionun yeni brendinq strategiyasına ehtiyacı var. Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazırdır. Biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük”.

H.Hacıyevin “biz burada ABŞ-ı vacib tərəfdaş kimi görürük” deməsi də maraqlı və mühüm detaldır. Azərbaycan Güney Qafqazda sülh və əmin-amanlıq yaradılmasında Birləşmiş Ştatları özünün ən yaxın müttəfiqi kimi görməkdə maraqlı olduğunu gizlətmir. Bəs buna Rusiyanın mövqeyi necə olacaq? Ukraynada Vaşinqtonla müharibə vəziyyətində olan rəsmi Moskva ABŞ-ın Güney Qafqazda sülh və əmin-amanlıq yaradılması prosesinə rol almasını qısqanclıqla qarşılamayacaq ki?

Prezidentin köməkçisi regionda açılacaq yeni dəhlizlər, xüsusilə də Zəngəzur dəhlizi barədə də söz edib. O deyib ki, Zəngəzur dəhlizi Ermənistanı blokadadan çıxara və geniş quru əlaqələri olan ölkəyə çevrilə bilər. H.Hacıyev Azərbaycanın Mərkəzi Asiyadan olan tərəfdaşlarının da Zəngəzur dəhlizindən faydalana biləcəklərini deyib. O, “Zəngəzur dəhlizi qonşu Gürcüstanla regionda yaratdığımız digər potensial dəhlizləri istisna etmir” - deyə sözlərinə əlavə edib.

Hacıyev deyib ki, Ermənistan regional əməkdaşlığın rol modeli olan və hörmətə əsaslanan qarşılıqlı faydalı Gürcüstan-Azərbaycan əməkdaşlığından öyrənə və bu əməkdaşlıq əlaqələrinə qoşularaq fayda əldə edə bilər.

Bəs Azərbaycan Güney Qafqazı sülh, əməkdaşlıq bölgəsinə çevirə biləcəkmi? “Qafqaz evi” ideyası Azərbaycana məxsusdur. 1918-20-ci illərdə bu ideyanın baş tutmasını Rusiya və Ermənistan əngəllədi. 100 il sonra qurucu babaların ideyasını qalib prezident İlham Əliyev reallaşdıra bilər. DİA.AZ-ın məlumatına görə, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, artıq bəzi məsələlərdə Rusiya amilini nəzərə almaqla hərəkət etmək həm Cənubi Qafqazda sülhyaratma proseslərinə, həm də bütövlükdə bu prosesin ədalətli həyata keçməsinə ciddi əngəllər yaratmağa başlayıb: “Azərbaycan Rusiyanın son davranışlarını ciddi surətdə izləyir. Xüsusilə rus sülhməramlılarının bölgədəki bir sıra Azərbaycanın suverenliyinə xələl gətirən hərəkətlərinə diqqət gətirərək indi ABŞ-la münasibətlərin daha da yaxınlaşdırılması istiqamətində səylər göstərməyə başlayıb. Tamamilə düzgün olaraq bunu edirik. Azərbaycanı Avropa Birliyinin qazla təchizatında fəal rol oynamağa çağıran Amerika, eləcə də Mərkəzi Asiyanın qaz ehtiyatlarının Transxəzər boru kəməri vasitəsilə TANAP layihəsinə birləşdirilməsinə ciddi dəstək verməyə başlayıb. ABŞ Azərbaycanı bölgədə həm həlledici güclərdən biri kimi qəbul edir, eyni zamanda ciddi enerji və nəqliyyat dəhlizi kimi oynadığı rolu diqqətlə öyrənərək Azərbaycanın bu istiqamətdəki siyasətinə, hər halda, dəstək verməyə başladığını söyləyə bilərik. Cənab Hikmət Hacıyevin ABŞ-la əməkdaşlığın perspektivlərinə toxunması və bunu xüsusilə vurğulaması belə qənaətə gəlməyə əsas verir ki, bu istiqamətdə artıq müəyyən addımlar atılmağa başlayıb. Məsələn, Avropa Birliyinin enerji məsələləri üzrə məsul şəxsinin bugünlərdə Bakıya gələcəyi və Azərbaycandan Avropaya qaz nəqlinin miqdarının artırılması barədə danışıqlar aparacağı gözlənilir. Bu məsələ ABŞ və Avropa Birliyi səviyyəsində ciddi surətdə himayə edilir. Bu nöqteyi-nəzərdən Azərbaycanın atacağı addımlar kimi qıcıqlandırırsa qıcıqlandırsın, həm Azərbaycanın özünün, həm də Avropanın xeyrinə olan addımlardır. Bu addımlarda da Azərbaycan başda ABŞ olmaqla, Qərb tərəfindən ciddi surətdə müdafiə ediləcək. Azərbaycan həm də nəqliyyat, logistika dəhlizi rolunu uğurla oynayacaq imkanlara malik ölkədir”.

Politoloq qeyd etdi ki, bu kontekstdə Zəngəzur dəhlizinin işə salınmasının zəruriliyinin qeyd edilməsi onu göstərir ki, gələcəkdə Azərbaycan bu proseslərin daha maneəsiz inkişaf etməsi üçün və eləcə də daha çox dövlətlər, o cümlədən Qərb dövlətləri tərəfindən dəstəklənməsi üçün cəsarətli və prinsipial siyasət həyata keçirməyə başlayıb: “Bu kontekstdə həm Bakı-Tiflis-Qars dəmir yolunun, eləcə də Zəngəzur dəhlizinin işə düşməsi ilə həyata keçiriləcək digər bir nəqliyyat qovşağının yaradılması “Qafqaz evi”nin qurulmasına təkan verə bilər, bu qovşaq həmçinin Rusiyanın da maraqlarına uyğundur. Ona görə də bu, Rusiya tərəfindən də etirazla qarşılanmamalıdır. Azərbaycan “Qafqaz evi” ideyası ətrafında ciddi surətdə işlər həyata keçirir. Azərbaycanın Gürcüstanla uzun müddətdir həyata keçirdiyi birgə iqtisadi proqramlar buna nümunədir. Məhz Gürcüstanla əməkdaşlıq nəticəsində Avropa ilə Asiya arasında qədimdən həyata keçirilmiş Böyük İpək Yolu ideyasının müasir variantını hazırlamaqla həyata keçirmək mümkün olub. Gələcəkdə Ermənistan ərazisindən keçən Zəngəzur dəmir yolu xəttinin işə düşməsi nəticəsində bu İpək Yolu ideyası daha müasir variantda özünün praktiki ifadəsini tapmış olacaq. Bu amillər zəminində Qafqaz Evi-Qafqaz Birliyi ideyası da reallaşa bilər. Necə ki, Azərbaycanın reallaşdırdığı iqtisadi layihələrdən Gürcüstan böyük mənfəət əldə edir, Ermənistan da bu məsələlərdə konstruktiv mövqe tutsa, o da bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən mənfəət götürər”.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin - “Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasına dair danışıqlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü və ölkələrin suverenliyi prinsiplərinə əsaslanmalıdır”- bəyanatı mövcud reallıqları əks etdirir və erməni tərəfinin bu şərtləri qəbul etməsi tamamilə mümkündür: “Ancaq bu prinsiplərin qəbulu Azərbaycan üçün mövcud olan təhlükələri azaltmır və ermənilərin öz məkrli niyyətlərindən əl çəkəcəyinə təminat vermir. Çünki Ermənistan sülh sazişini Qarabağın statusu ilə əlaqələndirir və yalnız bu halda danışıqlarda iştirak edəcəyini və müqaviləyə qol çəkəcəyini bəyan edir. “Baş nazir Paşinyanın dəfələrlə səsləndirdiyi növbəti erməni şərti sülh danışıqlarının ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə aparılması tələbidir. Bu şərt Azərbaycan üçün qətiyyən məqbul deyil və Azərbaycan Prezidenti 12 yanvar 2022-ci il tarixdə, yerli telekanallara verdiyi müsahibədə qəti şəkildə bəyan etmişdi ki, Minsk Qrupunun həmsədrləri ”Dağlıq Qarabağ münaqişəsi ilə məşğul olmamalıdırlar, çünki bu münaqişə həll olunub".

Çox təəssüf ki, bu həqiqəti təkcə ermənilər deyil, həm də bəzi dünya gücləri də hələ anlamaq və qəbul etmək istəmirlər. Bir tərəfdən ermənilər sülh sazişi üzrə danışıqları Qarabağın statusu ilə əlaqələndirir, digər tərəfdən, Azərbaycanın israrı ilə Minsk Qrupuna həmsədr təyin olunan ABŞ onlarla eyni mövqedən çıxış edir. Bu baxımdan ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin bu günlərdə baş nazirin müavini Matevosyanla görüşdə bir daha - "Qarabağın statusu məsələsi həll olunmayıb" - bəyanatını verməsi təəssüf və etiraz doğurur.

Təəssüf ki, Azərbaycan inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun inşası üçün öz rolunu oynamağa hazır olsa da, nə Ermənistan, nə də onun əsas havadarına çevrilmiş ABŞ buna hazır deyil".

A.Səmədovun sözlərinə görə, etiraf etməliyik ki, Azərbaycan Güney Qafqazda sülh və əmin-amanlıq yaradılmasında ABŞ-ı özünün yaxın müttəfiqi kimi görməkdə nə qədər maraqlı olsa da, dünyanın supergücü hələ bu missiyadan xeyli uzaq durmaqda davam edir və Ermənistanın maraqlarına xidmət etməyi özünün vəzifəsi sayır: “Nə qədər qəribə olsa da hələlik Rusiyanın digər güclərə qısqanc yanaşması və ilk növbədə, ABŞ-ı regiona buraxmamaq israrı həm də Azərbaycanın maraqlarına cavab verir.

Məhz Ermənistanın və havadarlarının tutduğu qeyri-konstuktiv yanaşma hələlik Azərbaycanın Güney Qafqazı sülh, əməkdaşlıq bölgəsinə çevirmək planlarını reallaşdırmağa mane olur. Lakin bu, qətiyyən o demək deyil ki, Azərbaycana məxsus olan, 100 il əvvəl Rusiya və Ermənistanın əngəllədiyi “Qafqaz evi” ideyası bu dəfə də eyni taleyi yaşayacaq. Şübhə yoxdur ki, qurucu babaların böyük ideyasını reallaşdırmaq üçün prezident İlham Əliyev əlindən gələni edəcək və bu mübarizədə hamımız onun yanında olmalıyıq".
Bu gün, 11:53
Ankara Azərbaycan-Ermənistan sərhədində olanlar diqqətlə izləyir - Çelik
Bu gün, 11:36
Çində yol çökdü: onlarla ölü və yaralı
Bu gün, 11:30
İrəvanla Bakı arasında sülhə inanırıq - Ağ Ev
Bu gün, 11:10
İlham Əliyev: “Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub”
Bu gün, 11:05
Hadisələr Paşinyanın xeyrinə dəyişir: müxalifət özünü ələ verdi - Cinayət işi başlandı
Bu gün, 10:45
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Bu gün, 10:38
Prezident onları təltif etdi - FOTO
Bu gün, 10:33
İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu iştirak edir
Bu gün, 10:03
İran Rusiyaya silah tədarükünü azaldır, yeni toqquşma olacaq - KİV
Bu gün, 09:59
Bu gündən Azərbaycanda bu qadağa qüvvəyə minir
Bu gün, 09:00
Bakı Fransanı çarəsiz duruma salıb: Qafqazda "fransız xoruzu" banlamaz
Dünən, 16:00
“Azərbaycan 10 noyabr Bəyanatını ardıcıllıqla həyata keçirir” - Erməni general
Dünən, 15:46
Azərbaycanda media azadlığı təmin edilir
Dünən, 15:30
Ermənistan: Təlatüm uzun çəkəcək... - NƏ ETMƏLİ?
Dünən, 14:22
ABŞ Azərbaycanla bağlı son qərarını verdi – Noyabra qədər...
Dünən, 14:00
Çərçivə sülh sazişinin imzalanacağı tarix açıqlandı: Geri sayım başladı - "...ilk addım atılıb"
Dünən, 13:35
Erməni kilsəsi müharibə və qan istəyir... - Paşinyan indi nə edəcək?
Dünən, 12:13
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - DETALLAR
Dünən, 12:05
Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunan konsert keçiriləcək
Dünən, 12:01
9 maşının əzildiyi qəza anı - Video
Dünən, 11:47
“Kim istəyir, nə istəyir yozsun”
Dünən, 11:41
Avropa İttifaqı TikTok-u bloklayır
Dünən, 11:29
Ankaradan Qərbə və İrana gözlənilməz həmlə - Ciddi dəyişiklik başlayıb
Dünən, 11:20
Balaxanıda baş verən kütləvi ZƏHƏRLƏNMƏ
Dünən, 10:54
Naxçıvanda Zəfər və Anım parkı salınacaq
Dünən, 10:49
İrəvan Tehranla hərbi əməkdaşlıq sazişi imzalamalıdır - Anna Qriqoryan
Dünən, 10:44
Prezident Sahibzadə Sultan Əhməd Əlini qəbul edib