Azərbaycan xalqının fransız bayrağı
“Xocalıda baş verən faciəyə heç bir fransız belə yanmır”
Parisin sahilində törədilən terror aktından sonra Azərbaycan cəmiyyəti bir neçə qrupa bölünüb:
1) terror aktını qınayanlar;
2) terror aktını qınayaraq başsağlığı verənlər;
3) terror aktını qınayıb və sosial şəbəkələrdə profil şəkillərini Fransanın bayrağı rənginə boyayanlar;
4) terror aktını dəstəkləyənlər;
5) terror aktını qınayanları və sosial şəbəkələrdə profil şəklini Fransanın bayrağı rənginə boyayanları qınayanlar.
Mən beş qrupdan üçünü qeyd etməyi təklif edirəm. Daha dəqiq birinci, ikinci və dördüncü qrupu. Əslində dördüncü qrup haqqında ayrıca danışmaq lazımdır: əgər ölkədə digər dövlətdə törədilən terror aktını dəstəkləyən insanlar varsa, onların öz ölkələrində terroru dəstəkləyəcəkləri istisna edilmir. Terrorizm sərhəd tanımır, ona görə də bəla sabah bizim də qapımızı döyə bilər, həm də axı bu bəla qapımızı da döyüb, evimizə də girib, özünü bütün çirkinliyi ilə göstərib də.
Amma ilk olaraq fransız bayrağının rənglərinə boyanandan və həmvətənlərinin bu boyanmasından narazı qalanlardan danışaq.
Birincilərin arqumentlərini misal çəkim: terrorizm şərdir, biz sivil dünyanın bir hissəsiyik, biz hamımız bəla ilə üzləşmiş ölkənin dəstəklənməsini nəzərdə tutan öz dəyərlərimizi müdafiə etməliyik. Bu insanların əksəriyyəti daha öncə “Jesuis Hebdo” şüarı altında fransız jurnalının terrora mübtəla olmuş müəlliflərinə dəstək olaraq qlobal fleş-mobda iştirak edib. Amma sentyabrda fransız karikaturaçıları həlak olan Aylan Kurdi adlı kiçik oğlan mövzusuna toxunanda çoxları bu “Mən də...” anlayışından yan keçdi. İndi hamı eyni fikirdədir. Axı söhbət problemə can atan kariakturaçılardan deyil, “müqəddəs cümə” günü vəhşicəsinə güllələnən günahsız adamlardan gedir.
İkincilərin arqumentləri... Çoxdur... Prioritet ilə getməyəcəm, sadəcə əsasları sadalayacam. Birincisi: fransızlar Yaxın Şərqdə və Afrikada günahsız insanları qətlə yetirirlər, bunun isə mütləq bir cavabı olacaqdı. İkincisi: Nəyə görə Türkiyədə, Liviyada, Livanda, İraqda (Keniya, Nigeriyada və i.a.) terror aktları baş verəndə heç kim adıçəkilən dövlətlərin bayraqlarına boyanmadı. Üçüncüsü: Fransa erməniləri dəstəkləyir, ona görə də bu ölkədə baş verən bütün pisliklər bizim anlamımızda yaxşıdır. Dördüncüsü: biz müsəlmanları dəstəkləməliyik, kosmopolitlərə bənzəməməliyik. Beşincisi: rəngini dəyişənlər adi ikiüzlülərdir – onlar avropalıların gözündə yaxşı görünmək istəyirlər ki, viza almaq asan olsun (!). və altıncısı: Xocalıda baş verən faciəyə heç bir fransız belə yanmır.
Bu, iki-üç gün ərzində qarşıma daha tez-tez çıxan arqumentlərdir. Başqaları da var, amma bağışlayın, mən məhz bunları seçdim.
Bizim insanların hər şeydən başı çıxır. Əsasən də geosiyasətdən. Və bizim adamlar əmindirlər ki, bütün dünya bizim ətrafımızda fırlanır. Facebook sosial şəbəkəsinin Azərbaycan seqmenti isə dünya oxudur. Və bizim cənab Zukerberqin resursunun ənginliklərində necə aparmağımızdan planetin gələcəyi asılıdır...
Bu, belə deyil. Ona görə də bizim xalqın nümayəndələrinin iki düşərgəyə ayrılaraq bir-birini qəddarcasına məhv etməyə çalışmaları simptomatikdir.
Cəmiyyət sosial şəbəkələrdə şəkillərin fransız bayrağının rənglərinə boyanmasına görə bölünməyib. Bölünmə kimin özünü dünyanın hansı tərəfində hiss etməsinə görə gedib.
Kim isə özünü dünyanın qlobal hissəsində görür, kim isə öz dar məkanında qapanır.
Mən misal çəkilənlərin, kimin isə pis, kimin isə yaxşı olmasını demirəm.
Əlbəttə, Qarabağ münaqişəsi mövcud olduğu və hələ də Xocalı faciəsinin miqyaslı pislənməsinə nail olmadığımız halda, həm də Fransanın ATƏT-in Minsk qrupunun həmsədri qismində səmərəsiz fəaliyyətini dərk edərkən, bizim insanlarımızın çoxu bizə yardım etməyənlərə qarşı mənfi hisslərə sahibdir.
Sözsüz ki, sivil dünyanın bir hissəsi olaraq, biz indi Fransa xalqının yanındayıq.
Amma bu o demək deyil ki, biz bir-birimizin üzərinə getməliyik. Hər kəsin seçim haqqı var. Mənim seçimim belədir - bu günlərdə Fransa bayrağının rənglərinə boyanmıram, təəssüfümü bildirirəm, islamofobiyanı qınayıram, terrora nifrət edirəm, Vətənimi sevirəm.
Bir-birimizə qarşı tolerant olaq. Bu günlərdə aqressiv formada sağçıların və solçuların bölünməsinin aqressiv şəkildə nümayiş olunduğu sosial şəbəkələrə daxil olmaq xoş deyil.
Dünən, 12:11
ABŞ və Ukraynadan TARİXİ SAZİŞ: 30 MİLYON DOLLAR yatırılır
Dünən, 11:40
“Onların hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır” - Video
Dünən, 11:15
Qubanın Xınalıq kəndinə qar yağıb
Dünən, 11:10
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul etdi
Dünən, 11:04
Rəsmi Bakı Almaniya, Koreya və İraqı Milli Gün münasibətilə təbrik etdi
Dünən, 10:48
ADY-dən yağışlı və küləkli hava ilə bağlı sərnişinlərə ÇAĞIRIŞ
Dünən, 10:41
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Dünən, 10:02
Serbiyanın xilas planı Azərbaycandan gəldi – Dövlət şirkətimiz hərəkətə keçir
Dünən, 09:34
Fransadan Azərbaycana qarşı NATO həmləsi – Türkiyə dərhal hərəkətə keçdi
Dünən, 09:15
Paşinyan 44 günlük müharibədən sonra yaşananları açdı – “Məni Allah qorudu”
Dünən, 09:00
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
2-10-2026, 16:00
Zəngəzur dəhlizində böyük qarşıdurmanın anonsu – Rusiya ilk "tonqal"ı yandırdı
2-10-2026, 15:30
Xəzərdə 48 ilin ən qorxulu göstəricisi – Dəniz sürətlə geri çəkilir
2-10-2026, 14:25
DSX: Ötən ay sərhəddə 593 kq narkotik tutulub
2-10-2026, 14:20
Naməlum şəxs şagirdlərə konfet paylayır? - DİN-dən AÇIQLAMA
2-10-2026, 14:15
Maaş, pensiya və sosial müavinətlər qaldırılacaq - Prezident elan etdi
2-10-2026, 12:26
Qaxda 7 kq narkotik vasitə aşkarlandı
2-10-2026, 12:20
Prezident xoş xəbəri ELAN ETDİ
2-10-2026, 12:01
Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir
2-10-2026, 11:57
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
2-10-2026, 11:53
Prezident: Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir
2-10-2026, 11:49
İlham Əliyev: İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq
2-10-2026, 11:44
İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin
2-10-2026, 11:37
Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik
2-10-2026, 11:21
Azərbaycan Prezidenti: Bir gün belə ara vermədik
2-10-2026, 11:13
Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı
2-10-2026, 11:07
Prezident: Heydər Əliyev buna imkan verməzdi