İrəvanın ayaqaltı edilən “qırmızı xətlər”i - Xocalı canisi belə sındırıldı
Siyaset
Oxunub: 228
2 fev 2022 | 17:24
İrəvanın ayaqaltı edilən “qırmızı xətlər”i - Xocalı canisi belə sındırıldı


Qarabağ klanının odioz simaları başda olmaqla, revanşist qüvvələr hələ də Ermənistanda “bəlkə də qaytardılar” ümidi ilə yaşayırlar. Təkcə yaşamırlar, eyni zamanda acınacaqlı gündə olan və qonşularla barışmaqdan başqa yolu qalmayan zavallı erməni xalqını buna inandırmağa çalışırlar. Eks-prezident, Xocalı hərbi canisi Serjik Sərkisyanın yerli mediaya növbəti geniş müsahibəsi bu xüsusda istisna olmadı. Hərçənd Serjik dolayasıyla etiraf edir ki, “qatar” artıq gedib.

Müsahibədə Sərkisyan yenə köhnə və xam xəyallara dalaraq iddia edir ki, “artsax” heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Ardınca da deyir ki, bunun üçün imkanlar qalır. Yəni heç özü də öz dediyinə inanmır. Çünki “heç vaxt”la “imkanlar qalır” ifadələri bir-biri ilə uzlaşmır və əslində total ümidsizlikdən xəbər verir.

“İmkanlar” deyəndə isə təbii ki, o, ATƏT-in ermənipərəst Minsk Qrupunun təzədən dirilməsini və həmsədrlərin 44 günlük müharibədən sonra ara-sıra dilə gətirdikləri “həll prinsiplərini”, o cümlədən “öz müqəddəratı təyinetmə hüququ”nu nəzərdə tutduğunu söyləyib. Bu üzdəniraq, 30 il ərzində konflikti çözmək əvəzinə, işğalı legitimləşdirməklə məşğul olmuş qurumu isə Azərbaycan Ordusu “status”la, uydurma “həll prinsipləri” və separatçıların “müstəqillik” xülyaları ilə birgə həmişəlik tarixin zibilliyinə göndərib.

*****

Diqqətçəkicidir ki, müsahibədə erməni jurnalistin “Axı xeyli vaxtdır həmsədrlər həmin prinsiplər barədə danışmırlar” iradına Sərkisyan buna görə baş nazir Nikol Paşinyanın hökumətini passiv olmaqda suçlamaqla cavab verib. İddia edib ki, Paşinyan doğru olmayan yolla gedir, “erməni lideri kimi yox, Azərbaycan Prezidenti kimi danışır”.

Hərçənd, Paşinyan hökumətinin təmsilçiləri “status” və “həll prinsipləri” barədə heç də Sərkisyandan az dəm vurmurlar. Sadəcə, faydası yoxdur, ona görə ki, bölgədə yeni reallıq var, status-kvo ikinci ildir bambaşqadır. Artıq işğalçı erməni ordusu yoxdur və qondarma “dqr” bir yana, Ermənistanın öz mövcudluğu böyük sual altındadır.

“Biz kapitulyasiya imzalamağa məcbur olduq, sındırıldıq”. Serjikin son müsahibədə etdiyi etirafdır. “Mənim dövrümdə Minsk Qrupunun təklifləri heç vaxt bizim ”qırmızı xətləri" keçməyib". Bu da onun sözləridir.

İrəvanın “qırmızı xətləri” deyəndə isə Sərkisyan utanıb-eləmədən bunları sıralayıb: 1. “Qarabağ ermənilərinə öz müqəddəratını təyinetmə hüququnun tanınması; 2. Ermənistanla Dağlıq Qarabağ arasında quru əlaqənin mövcudluğu; 3.Dağlıq Qarabağın ”müstəqilliyi"nin beynəlxalq birlik tərəfindın tanınması" (Baxmayaraq ki, heç Ermənistanın özü oyuncaq qurumu indiyədək tanımayıb! - red.)

Göründüyü kimi, Bakı arxasında Minsk Qrupunun dayandığı İrəvanın “qırmızı xətləri”ni də gorbagorluq edib. Bircə Laçın dəhlizi qalır ki, o da 10 noyabr üçtərəfli kapitulyasiya aktına əsasən müvəqqəti xarakter daşıyır. Bir də erməni radikal-revanşist qüvvələr ara-sıra Fransa və ABŞ-ın İrəvandakı səfirlərinin “status”la bağlı verdikləri növbətçi açıqlamalarla özlərinə təsəlli verməkdədirlər.

*****

Yeri gəlmişkən, Birləşmiş Ştatların Ermənistandakı səfiri Linn Treysi srağagün baş nazirin müavini ilə görüşdə uzun fasilədən sonra növbəti dəfə bəyan edib ki, “Dağlıq Qarabağın statusu həll olunmamış qalır”.

Lakin xanım Treysi də gözəl bilir ki, belə bəyanatlar artıq heç nəyi dəyişmir. O, ABŞ kimi fövqəldövlətin səfiri olsa belə. Ona görə ki, regionda indi şərtləri Azərbaycan-Türkiyə tandemi diktə edir. Dünən Azərbaycan parlamentində tarixi Şuşa Bəyannaməsinin ratifikasiya edilməsi bu xüsusda Ermənistanın havadarlarına da növbəti mesajdır.

Bu səbəbə sərkisyanların Ermənistanda təzədən köhnə, radikal ab-havanı, revanşist anti-Türk ovqatını bərpa eləmək, Paşinyan iqtidarının Türkiyə və Azərbaycanla barışığa yönəlik kövrək cəhdlərini sabotaj eləmək cəhdləri çətin ki, nəticə versin. Hər necə olmasa, erməni xalqı ötən il iyunun 20-də növbədənkənar parlament seçkilərində Sərkisyanın təmsil olunduğu bloka cəmi 5.6% səs verməklə, Paşinyanın partiyasını isə qalib eləməklə öz sözünü deyib, Qarabağ və “dənizdən-dənizə Ermənistan” nağıllarından, müharibələrdən bezdiyini oraya qoyub.

Odur ki, Sərkisyanın daldan atdığı daşlar yalnız özününkülərə - revanşistlərə dəyə bilər.

Revanşistlər demiş, Sərkisyan son müsahibəsində Qarabağ, “imkanlar”la bağlı söylədiklərini revanşizm kimi qəbul edilməməsini istəyib. Yəni özü də qorxur. Məntiqlidir. Bölgədəki qüvvələr nisbətini yaxşı bilən, Azərbaycan Prezidentinin Gəncədə çıxışı zamanı vurğuladığı kimi, müharibə vaxtı Köçəryanla birgə Xankəndindən dovşan kimi qaçan Sərkisyan artıq anlayır İrəvanın heç bir “qırmızı xətti”-zadı qalmayıb. Həmin “xətlər” çoxdan ayaqaltı edilib. Özü də təkcə Azərbaycan tərəfindən yox...
“Yeni Müsavat”
Bu gün, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Bu gün, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Bu gün, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Bu gün, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Bu gün, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Bu gün, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Bu gün, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Bu gün, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Bu gün, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Bu gün, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Bu gün, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Bu gün, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Bu gün, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Bu gün, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Bu gün, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Bu gün, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Bu gün, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Bu gün, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Bu gün, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Bu gün, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Bu gün, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Bu gün, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
Dünən, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
Dünən, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Dünən, 15:06
Xankəndiyə prokuror təyin edilib
Dünən, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Dünən, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO