Sülhməramlılar terrorçuların yolunu kəsəcəkmi? - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 248
2 fev 2022 | 17:44
Sülhməramlılar terrorçuların yolunu kəsəcəkmi? - NƏ BAŞ VERİR?


Erməni faşizmi və terrorizmi yenidən dirçəlməyə başlayır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev də Gəncədə olarkən bu barədə geniş danışdı. “Yeni Müsavat” xatırladır ki, dövlət başçısı müsahibəsində erməni faşizminin yaşadığını açıqladı. Əslində biz faşizmin elementlərini müxtəlif prizmalardan müşahidə edirik: istər erməni tərəfindən revanşist çağırışlar olsun, istər sərhəddə atəşkəsin pozulması, istərsə Moskvada faşist Qaregin Njde üçün nümayiş, istərsə katolikos I Aramın müharibə çağırışları...

Hətta keçmiş cinayətkar prezident Serjik Sərkisyan da “Qarabağla bağlı danışıqları” bərpa etmək üçün hələ də imkanlar olduğunu, Minsk Qrupunu diriltməyin lazım gəldiyini iddia edib. Sərkisyan sözlərinin revanşizm kimi qəbul edilməməsini də istəyib. Yəni erməni tərəfinin fərqli rakurslardan faşizmi dirçəltdiyini görmək olar. O baxımdan İ.Əliyev də çıxışında faşizmin baş qaldırdığını vurğuladı. Sitat: “Bəli, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsində biz erməni faşizmini məğlub etmişik. Deyə bilərəm ki, erməni faşistlər indi əvvəlki illərdəki qədər fəal deyillər. Ancaq biz görürük ki, faşizm Ermənistanda baş qaldırır”.

Eyni zamanda deyə bilərik k, erməni terror təşkilatı “VoMA” yenidən aktivləşməyə başlayıb. Vətən müharibəsindən sonra səsi batan terror təşkilatının sorağı son vaxtlar sosial şəbəkələrdən gəlir. “Teleqram” kanallarında “KarabakhBulletin”ə istinadən yayılan məlumata görə, Ermənistanın “VoMA” terror təşkilatı terrorçular hazırlamaq məqsədi ilə filiallarından daha birini Xankəndində açmağa hazırlaşır. Hətta bu barədə “VoMA”-nın sosial mediada açıqlaması da yayılıb və bəzi fikirlərə görə, onların könlündən Ağdərədə də filial açmaq keçir.

Ermənistan vətəndaşı Vladimir Vartanov və qeyrilərinin “VoMA” (“Voxj Mnalu Arvest” - sağ qalmaq sənəti) adı altında işğal dövründə Azərbaycan ərazilərində terrorçuluq əməllərini törətmələri barədə xəbərlər vardı. “VoMA” internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “ASALA”, “PKK” və digər terror təşkilatlarının üzvlərini “VoMA”-nın üzvlüyünə cəlb edib. Onlar Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi və işğal altında olan digər yaşayış məntəqələrində dəfələrlə olublar.

Həmçinin “VoMA” ötən ilin sonunda da “Telegram”da olan kanalları vasitəsilə açıq-aşkar xalqı, bütün silahlı qüvvələri və “artsax”lılar adlandırdıqları saxta erməniləri öz “əzəli torpaqları” uğrunda döyüşməyə çağırış etmişdilər.

Bu mənada təşkilatın yenidən “xortlaması” Qarabağdakı ermənilərə yeni revanş ümidi verə bilər. Bu nə dərəcədə mümkündür, yenidən orada terrorçu qruplar sığına bilərmi? Onların Qarabağ ərazisinə keçidinin qarşısını almaq vəzifəsi əlbəttə ki, Laçın dəhlizinə nəzarət edən Rusiya hərbi kontingentinin üzərinə düşür. Lakin rus sülhməramlıları bu işlə istənilən səviyyədə məşğul olmadıqları üçün yenidən Azərbaycanın Laçın dəhlizinə nəzarəti gündəmə gəlir.

DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas “Yeni Müsavat” bildirdi ki, terrorizm dünya üçün bir bəladır və buna qarşı mübarizə aparılır. Onun sözlərinə görə, erməni terrorçular Qarabağda var və sülhməramlılar onları çıxarmalıydı: “Ancaq işin öhdəsindən gəlmirlər. Azərbaycan antiterror əməliyyatı apara bilər və bu hüququ özündə saxlayır. Bizim buna gücümüz də çatır və dediyiniz terrorçu təşkilatın üzvlərinin Qarabağa ayaq açmasının qarşısı alınmalıdır”. Deputat hesab edir ki, erməni faşizminin yenidən xortlamasının səbəbləri var: “Çünki başlarını axıracan əzmədik, ona görə yenə revanşist çağırışlar səslənir. Ümumiyyətlə, bu millətdə revanşizm xasiyyəti var. Amma təkrar müharibə olarsa, Ermənistanın mövcudluğu sual altına düşə bilər. Odur ki, Azərbaycan ərazisində terror təşkilatı ola bilməz və hüquq-mühafizə orqanlarının da buna gücü çatar”.

Polkovnik Üzeyir Cəfərov “Yeni Müsavat”a qeyd etdi ki, bu işlə ciddi məşğul olmaq lazımdır. Onun sözlərinə görə, həmin terror təşkilatı tərəfindən azyaşlılar hazırlanır və erməni uşaqlarda türklərə nifrət aşılanır: “Videokadrlara da baxanda görə bilərsiniz ki, təlimlər həyata keçirilir, uşaqlara döyüş qabiliyyəti öyrədilir. Bunun bizim ərazimizdə yerləşmək cəhdinin qarşısı alınmalıdır. Qarabağda separatçı tör-töküntüləri azmış, bir də ”VoMA" gəlib yerləşmək istəyir".

Ü.Cəfərov onların təlimlərinə baxdığını, hər bir təchizatla təmin edildiklərini söylədi: “Bu, bizi narahat etməlidir. Çünki fəsadları olacaq və təşkilatın arealı genişlənə bilər. Ona görə sülhməramlılar qarşısında ciddi tələb irəli sürülməlidir. Düzdür, bizim rəsmilərin sözlərinə görə, diplomatik kanallarla hər zaman narahatlıqlar çatdırılır, amma bu dəfə konkret məsələ qaldırılmalıdır. Bütün bunlar ermənilərin çirkin niyyətinin bariz nümunəsidir, çünki ”VoMA" özündə terrorçu mahiyyət daşıyır".

Həmsöhbətimizin sözlərinə görə, terror təşkilatının saytında missiyaları barədə faşist Qaregin Njdedən sitat gətirilib: “Erməni faşistini özünə ideal seçən təşkilatdan daha nə gözləmək olar? Onlar Ermənistan Müdafiə Nazirliyinin vasitəçiliyi ilə yaradılıb. Rəhbəri Qarabağ müharibəsi iştirakçısı, kəşfiyyatçı Vova Vartanovdur. Bir müddət öncə dünya ermənilərini Qarabağdakı savaşa səsləmiş və müxtəlif ölkələrdən gələn ermənilərə təlimləri pulsuz keçəcəyini də açıqlamışdı. Vartanov özü təsdiqləyir ki, birləşmiş könüllü dəstələr zərurət halında yardım nümayiş etdirərək Ermənistanın təhlükəsizlik qüvvələrinə qoşulacaq. Ona görə diqqətli olmalıyıq, peyklə Laçın dəhlizinə nəzarət etdiyimizi bildiririksə, o zaman koridorda kontrol güclənməlidir. Prezident müsahibəsində də demişdi ki, sülhməramlılar Xankəndinə gələnlərin 91 faizini yoxlamır. O halda kim zəmanət verə bilər ki, onların içərisində ”VoMA" fəalları yoxdur? Yəni biz postmüharibə dövründə də ayıq-sayıqlığımızı artırmalıyıq, düşmən ordusu darmadağın edilsə də, yenə də bu cür faşist meyllərin hərəkətləndiyini görürük". Polkovnik onu da xatırlatdı ki, dünyada erməni terror təşkilatları 100 ildən çoxdur mövcuddur.

Qeyd edək ki, “Böyük Ermənistan” xülyasının arxasınca düşən bu terror təşkilatlarının bəziləri: “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” , “ASALA”, “Erməni gizli azadlıq ordusu”, “Orli qrupu, ”Gənc ermənilər ittifaqı" indi də fəaliyyət göstərir. Ermənilərin yeni terror təşkilatlarından biri isə “Hərbi Vətənpərvərlər Məktəbi” (“Poga”) adı altında fəaliyyət göstərir.

Qarabağı yenidən geri almaq xəyalları ilə qurulan “Hərbi Vətənpərvərlər Məktəbi” adlı bu terror təşkilatı 2021-ci il martın 29-dan etibarən fəaliyyətə başlayıb və məktəb adı altında bu təşkilata fərqli yaş qruplarından erməniləri toplayaraq onlara hərbi təlim keçirlər. Təşkilatın fəaliyyəti radikal erməni millətçiliyinə və türk düşmənçiliyinə söykənir. Və hər fürsətdə erməniləri yeni müharibəyə çağırır. “Türklər hər zaman düşməndir”, “Zəif olmağa haqqımız yoxdur”, “Böyük güc olaq və məğlub olmayacağımızı dünyaya sübut edək”, “Bir daha güclü olmağa və xalq-orduya çevrilməyə məhkumuq” kimi şüarlar irəli sürür".
Dünən, 16:00
“Paşinyan yalnız bu halda istefa verə bilər…” - Ermənistan KİV
Dünən, 15:30
Lukaşenkonun Bakıda dediyi sözlər İrəvanı narahat etdi - ƏNDİŞƏ VAR...
Dünən, 14:22
Sülh sənədi üçün yeganə problem: Bakı son şərtini təqdim etdi – Kritik gəlişmə
Dünən, 14:00
Zəngəzur dəhlizinə doğru ADDIM-ADDIM... - NƏ BAŞ VERİR?
Dünən, 14:00
İlham Əliyev: Bunu əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar
Dünən, 13:26
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib - YENİLƏNİB (FOTO)
Dünən, 13:00
Bakıda silahlı şəxslər saxlanıldı - VİDEO
Dünən, 12:54
Rəisini ölümə aparan şərtlər əvvəldən hazılanıb - Ekspertdən şok
Dünən, 11:01
Cavanşir körpüsü söküldü - FOTO
Dünən, 10:56
Prezident Qüdrətovu qəbul etdi - FOTO
Dünən, 10:51
İlham Əliyev İran səfirliyində olub, başsağlığı verib
Dünən, 10:23
Bitkoinin qiyməti yenidən 71 min dolları ötdü
Dünən, 10:19
“EFES - 2024”: Azərbaycan hərbçiləri praktiki atışlar icra ediblər - VİDEO
Dünən, 10:13
Rusiyada niqab taxmaq qadağan olunacaq
Dünən, 10:09
Ətdən hazırlandığı deyilir, ətdən ucuz satılır - VİDEO
Dünən, 10:04
Məktəb və bağçalarda virus yayılıb - Tanınmış professordan xəbərdarlıq - VİDEO
Dünən, 09:57
Rəisinin helikopteri niyə dağla uçub? – Detallar şok edir
Dünən, 09:51
Ermənistanda Azərbaycanla sərhədin demarkasiyası çərçivəsində yeni yol çəkiləcək
Dünən, 09:47
"“Avroviziya” ailə dəyərlərinə təhlükə yaradır" - Ərdoğan
Dünən, 09:39
Rəisinin ölümündə günahkarsınız, üzr istəməyəcəyik - ABŞ
Dünən, 09:17
Əhməd Vahşiteh: "Azərbaycanla İran arasında münasibətlər pozulmayacaq"
Dünən, 09:00
Türkiyəli nazir: "Rəisinin helikopteri heç bir qəza siqnalı verməyib"
20-05-2024, 16:00
Dünyanın sonu gələndə yalnız bu 5 ölkə salamat qalacaq
20-05-2024, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
20-05-2024, 15:06
Xankəndiyə prokuror təyin edilib
20-05-2024, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
20-05-2024, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO