Yolumuz PUTİN YOLUDUR? - “Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik”
Siyaset
Oxunub: 258
28 yan 2022 | 17:46
Yolumuz PUTİN YOLUDUR? - “Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik”


“Bu və ya digər təşkilata qoşulmaq qərarı, xüsusilə Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulmaq qərarı dövlətin suveren haqqıdır”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov 2021-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“Biz görürük ki, ölkələrin Aİİ-yə inteqrasiyası iqtisadi baxımdan faydalı olub. Aİİ ölkələrinin toplam ümumi daxili məhsulu dörd faizdən çox, qarşılıqlı ticarət 30 faiz, xarici bazarlara ixrac 41 faiz artıb. Hazırda Aİİ ölkələri rəqəmsal texnologiyaların tətbiqi üzrə əməkdaşlıqda, kiçik və orta biznesə dəstək göstərilməsində təcrübəyə malikdir. Bundan başqa, bir sıra ölkələr bu təşkilata üzv olmağa maraq göstərir”, - deyə səfir bildirib.

Qeyd edək ki, ötən il dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Azərbaycanla Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.

“Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq”.

Bunu isə Ermənistanın baş naziri Nikol Paşinyan TASS-ın sualını cavablandırarkən deyib: “Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”.

Azərbaycanın, qeyri-rəsmi olaraq “Putin ittifaqı” adlandırılan bu quruma, üzvlüyü və ya hansısa statusla təmsilçiliyi haqda çağırışlar niyə artıb? Azərbaycanın Aİİ-yə üzvlüyü yalnız Ermənistana görəmi baş tutmayıb? Bakının hər hansı statusla bu qurumda təmsilçiliyi lazımdırmı?

DİA.AZ "Yeni Müsavat"a istinadla xəbər verir ki, beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev məsələyə geniş rakurslardan yanaşır: “Ölkələr arasında yumşaldımış iqtisadi əlaqələr bütün dövlətlər üçün mühüm əhəmiyyət daşıyır. Hamı bu əlaqələrdən öz xeyrinə nələrisə əldə etməyə çalışır. Böyük dövlətlər bundan, eyni zamanda həm də bəzi siyasi maraqlarını təmin etmək üçün istifadə etməyə çalışsalar da, ciddi iqtisadi ittifaq olarsa nəticə etibarı ilə hamı bu əlaqələrdən qazanar. Təbii ki, Azərbaycan da belə bir ittifaqlarda təmsil olunmaq və bununla iqtisadi gücünü və gəlirlərini artırmaq istəyir. O səbəbdən uzun illərdir ki, Avropa İttifaqı ilə assosiativ sazişlə bağlı müzakirələr aparır. Saziş layihəsində tərəflərin razılaşmadığı bir neçə bənd olmasaydı, bu sənəd çoxdan imzalanmışdı və bu gün artıq həmin sazişin iqtisadi dividentlərini götürürdük. Ümid edək ki, Avropa İttifaqı ilə sazişin imzalanması reallaşsın. Rusiyanın yaratdığı Avrasiya İqtisadi İttifaqı isə əslində siyasi birlik mahiyyətini daşıyır. Bunun da təhlükəli tərəfi odur ki, ora üzv olan ölkələr siyasi müstəqilliklərinin əhəmiyyətli hissəsindən qeyri-rəsmi olaraq məhrum olurlar. Bu qurum yaranan gündən bəlli idi ki, ortada iqtisadi inkişafdan heç bir söhbət getmir. Birlikdə olan dövlətlər arasında iqtisadi göstəricilərin müsbətə doğru inkişaf etməsi ilə bağlı göstərilən rəqəmlər də real iqtisadi vəziyyəti əks etdirmir. Orta səviyyəli bir iqtisadçı rahat şəkildə birliyin mövcud olmaması səbəbindən ölkələrin güclənməsinə xidmət edəcək hər hansı iqtisadi inkişafın olmadığını isbatlaya bilər. Əvəzində bu dövlətlərin içində baş verən iqtisadi gərginlikləri, milli valyutalarının dəyər itirməsini və s. görürük. Enerjidaşıyıcıları, pambıq, taxıl və bir sıra təbii sərvətlər istisna olmaqla, gəlirlə işləyən, dünya bazarına çıxa biləcək məhsulları görə bilmirik. Yüksək texnologiyanın inkişafından, İKT sistemindən isə ümumiyyətlə danışmağa dəyməz”.

Ekspert fikirlərinə ünvanladığı bu sualla davam etdi: “8 ildir yaranmış iqtisadi birlik nədən uğurlar əldə edə bilmir? Çünki əsas hədəf iqtisadi birlik adı altında ilk növbədə dövlətlərin siyasi müstəqilliklərini zəiflətmək, gələcəkdə isə daha da irəli gedərək formal dövlətlər halına salmaq və ən nəhayət, siyasi bir ittifaq yaradaraq vahid idarəetmə sisteminə nail olmaqdır. Çoxları yanlış olaraq, yaxud bilərəkdən bu ssenarini SSRİ-nin bərpası kimi təqdim etməyə çalışırlar. Əslində isə burada yaxından-uzaqdan heç bir əlaqə görmürəm. Çünki təkpartiyalı, şəxsi mülkiyyət, fərdi biznesi inkar edən SSRİ tamam başqa bir quruluş idi və onun yenidən bərpası ehtimalları belə mümkün deyil. Postsovet ölkələrinin əksəriyyətində korrupsiya, rüşvət, haqsızlıq və xalqların maddi vəziyyətinin acınacaqlı olması orta nəsildən yuxarı insanlarda həmin dövr üçün bir nostalji hisslər yaradır. Bundan istifadə edərək məkrli planları işə salanlar isə həmişə olub. Ona görə də hesab edirəm ki, Azərbaycanın Avrasiya İttifaqında istənilən statusda təmsil olunması bütün istiqamətlər üzrə ziyanımıza işləyər. Bu bir imperiya planıdır. Özümüz öz əlimizlə qandalı qolumuza vura bilmərik. Baxın son illər nə baş verir? Rusiyanın müxtəlif səviyyəli siyasətçiləri, məmurları açıq şəkildə bəyan edirlər ki, postsovet məkanında olan dövlətlər yüz illərlə Rusiya imperiyasının torpaqları olduğundan bu gün həmin dövlətlər birmənalı Rusiyanın təsir və maraqları altındadırlar. Adamlar gizlətmədən deyirlər ki , dövlətlərin müstəqilliklərini həzm edə bilmirlər və bütün imkanlarla bu müstəqillikləri zəiflədəcəklər. Əgər ortada Qərb və ABŞ faktorları olmasaydı, çoxdan istədiklərini həyata keçirərdilər. Bunun üçün bütün imkanları belə hazırlayıblar. Dediyim kimi, iqtisadi birlik çətiri altında dövlətlərin iqtisadi siyasətinə nəzarət edən mexanizm qurulub, səbəb yaratmaqla KTMT adı altında istədiyi vaxt ”müttəfiq" dövlətlərin ərazisinə hərbi müdaxilə etmək üçün leqal hərbi güc də ortada var. Avrasiya İttifaqının şəriksiz lideri Rusiyadır. Bir müddət öncəyə qədər bu qurumun yaradıcılarından sayılan və fəxri lideri olan Qazaxıstanın keçmiş prezidenti Nazarbayevin birlik içində müstəqil fikir bildirmək, qərarlara təsir etmək imkanları var idisə, Qazaxıstandakı son hadisələrdən sonra o məsələ də artıq qapanıb. Yəni Rusiya artıq heç bir maneə olmadan kollektiv qərar adı altında özünün istədiyi qərarı verə bilir. Tutaq ki, bu gün Azərbaycan nəinki müşahidəçi, hətta tam hüquqlu üzv kimi oraya daxil olmaq istəsə, heç kim, hətta Paşinyan belə səsini çıxara bilməyəcək. Ona görə də Azərbaycanın Rusiya ilə ikitərəfli iqtisadi əlaqələr saxlaması daha doğru və təhlükəsiz olar. Bütün imkanlarımızla yalnız bu istiqamətdə fəaliyyət göstərməliyik. İqtisadi müstəqilliyimizi təhdid edən istənilən ittifaqdan kənarda durmağa çalışmalıyıq".
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu