Paşinyan “türk düşmənilərini” bir-bir yola salır? - Ekspert danışır
Siyaset
Oxunub: 217
27 yan 2022 | 16:52
Paşinyan “türk düşmənilərini” bir-bir yola salır? - Ekspert danışır


Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq niyyətindədir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında bildirib. Onun sözlərinə görə, İrəvan Ankara ilə danışıqların dinamikası saxlanıldığı təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvəti qəbul edilə bilər. “Artıq Ermənistan - Türkiyə münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndələrin görüşü olub. Və bu dinamika davam edərsə, o zaman Ermənistanın Antalyadakı diplomatik forumda iştirak etməsi ehtimalı yüksəkdir. Biz söhbəti davam etdirmək imkanını qaçırsaq, məntiqsiz olar”, - deyə Paşinyan bəyan edib.

Görünən odur ki, Nikol Paşinyan bu yolda Armen Sarkisyan da daxil olmaqla qarşısındakı bütün maneələri bir-bir aradan qaldırır. DİA.AZ-ın məlumatına görə, cebhe.info-ya açıqlama verən politoloq İlyas Hüseynov deyib ki, hazırda Ermənistanın əsas istəyi Türkiyə ilə münasibətləri normallaşdırmaqdan ibarətdir:

“Təbii ki, Türkiyə ilə diplomatik əlaqələrin qurulması və sərhədlərin açılması Ermənistan iqtisadiyyatı üçün yaxşı nəticələr vəd edir. Qeyd etmək lazımdır ki, regionda ciddi geosiyasi proseslər gedir. Bütün bunların başlanğıcı isə 44 günlük Vətən müharibəsi ilə birbaşa bağlıdır. Görünür, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində xüsusi nümayəndələrin Moskvadakı görüşü yaxşı nəticələrlə yekunlaşıb. Əgər danışıqların dinamikası bu şəkildə davam edərsə, Antalyada keçiriləcək diplomatik forumda Ermənistan da iştirak edə bilər. Düşünürəm ki, bu, xüsusi nümayəndələrin görüşündən sonra ən mühüm addım olacaq”.

Politoloq qeyd edib ki, Paşinyan Türkiyə ilə münasibətləri normallaşdırmaqla əlehdarlarını da vəzifədən kənarlaşdırır:

“Armen Sarkisyanın da vəzifəsindən getməsini buna aid etmək olar. Lakin bəzi gözlənilməz təhdidləri də nəzərə almaq lazımdır. Çünki Türkiyə ilə münasibətləri qaydasına salmaq üçün həyata keçirilən fəaliyyət fonunda ASALA-nın təhdid dolu çıxışlarını unutmaq olmaz. Hətta bir sıra güclər Türkiyə və Ermənistan arasındakı münasibətlərin normal məcraya gəlməsinin əleyihə çıxırlar. Lakin ABŞ-da olan qüvvələrin əsas istəyi də İrəvan və Ankara arasındakı münasibətlərin daha isti formaya keçməsidir. Nikol Paşinyan da başa düşür ki, artıq bu, zərurətə çevrilib. Həmçinin, Prezidentin istefasından sonra Ermənistanda konstitusiya islahatlarının keçirilməsinə böyük zərurət var. İlk növbədə, Türkiyəyə qarşı ərazi iddialarının geri götürülməsinin mühüm addım olacağını düşünürəm. Əlbəttə ki, bu da Türkiyə ilə Ermənistan arasındakı münasibətlərə müsbət təsir göstərəcək”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu