Bakının “sülhə məcburetmə əməliyyatı - 2": - İrəvanda ”müharibə partiyası" qaldıqca...
Siyaset
Oxunub: 210
27 yan 2022 | 17:25
Bakının “sülhə məcburetmə əməliyyatı - 2": - İrəvanda ”müharibə partiyası" qaldıqca...


Ermənistanın baş naziri Nikol Paşinyan srağagünkü mətbuat konfransında yenə ənənəvi tezisləri təkrarladı. Hərçənd bəzi əlavə nüanslar da diqqətdən yayınmadı. Bununla belə, rəsmi İrəvanın ədalətli sülhlə bağlı anlayışının aydın və bitkin olmadığı, Paşinyanın faktiki oyun oynadığı bir daha üzə çıxdı.

“İrəvan səmimi şəkildə Ankara ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyir”.

Bunu son mətbuat konfransında Nikol Paşinyan deyib. Baş nazir bildirib ki, əvvəllər bu mümkün olmayıb və İrəvan həmin təcrübədən istifadə etməlidir.

Ermənilər və səmimiyyət. Onların quru sözünə inanmaq olarmı, əgər imza atdıqları yazılı sənədləri, öhdəlikləri belə az sonra danırlarsa?

Əlbəttə ki, yox. Bir əsrdən çoxdur dünyada Türkə qarşı, Türkiyəyə qarşı saxtakarlıq, ağ yalanlar üzərində təbliğat aparırlarsa, qəfildən onların müsbətə sarı dəyişməsi mümkünmü? Yenə də yox. Demək, yalnız real işə, əmələ baxmaq və qiymət vermək lazım gələcək.

*****

“Bu il (Türkiyə ilə - red). diplomatik münasibətlər qurula bilərmi? Bilmirəm, hər şey bizdən asılı deyil. Amma hesab edirəm ki, biz belə bir nəticə əldə etsək, kifayət qədər məntiqli olardı: həm diplomatik münasibətlərin qurulması, həm də sərhədlərin açılması”.

Bu sözləri Paşinyan Ankara ilə birbaşa danışıqların ilk raundunu dəyərləndirərkən söyləyib.

Doğrudur, şərtləri qalib tərəf - Azərbaycan və onun 1 nömrəli müttəfiqi Türkiyə diktə edir. Lakin Nikol Paşinyanın iddiasının ziddinə olaraq, çox şey məhz İrəvandan asılıdır, ondan tələb olunanı düz oxumasından asılıdır. Yoxsa altını yenə erməni xalqı çəkəcək. Necə ki, çəkir. Bakı və Ankaranın tələsəcəyi bir şey yox.

Bu mənada dəmir məntiq və “Dəmir yumruq” diktə edir ki, Ermənistan rəhbəri ilk növbədə öz xalqı ilə daha açıq və səmimi danışmalı, nə qədər acı olsa belə, sərt reallıqları bir-bir ona anlatmalıdır. Nəinki öz sələfləri kimi köhnə “status” bayatıları ilə xalqını yuxuya verməli, Qərbdəki bəzi dairələrin məkrli oyununa getməli və “sülh” deyib ağlında ayrı şey tutmalıdır.

Bu, N.Paşinyana həm də ölkədəki erməni lobbisinə bağlı olan və olmayan radikal-revanşist (müxalif) qüvvələri, “müharibə partiyası”nı tamamən ictimai dayaqdan tam məhrum eləmək, sıradan çıxarmaq üçün lazımdır. Sadalanan işlər görülməyəcəksə, onda hətta Türkiyə ilə sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması belə, Ermənistanda siyasi kataklizmlərə və təlatümlərə gətirəcək.

Hər halda, zaman həmənki deyil və artıq iki ildir Ermənistanın, onun əhalisinin və hakimiyyətinin əleyhinə işləyir. Azərbaycan Prezidentinin yanvarın 12-də yerli telekanallara verdiyi müsahibədə xüsusi vurğuladığı kimi, rəsmi Bakının sülh təklifləri masa üzərində əbədi qalmayacaq. “Ermənistanda həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə güclü revanşist əhval-ruhiyyə var. Təəssüf ki, biz bunu real həyatda da görürük”. Bunu da Azərbaycan rəhbəri həmin müsahibədə qeyd eləmişdi...

*****

Yəni mövcud reallıqlarda tələsməli olan bir tərəf varsa, o da Ermənistandır. Şərt irəli sürməyə haqqı çatmayan, revanş yox, barış haqda düşünməli olan Ermənistan. Başqa yandan, Bakı və Ankaranın səbri sonsuz deyil və iki qardaş ölkə daxili amilləri bəhanə edib iki ildir nala-mıxa vuran Ermənistan rəhbərliyinin nazı ilə çox oynamayacaq. Çünki ortada konkret yazılı sənədlər və orada ifadə olunan konkret öhdəliklər var - 10 noyabr (2020) kapitulyasiya aktı, 11 yanvar (2021) üçtərəfli anlaşması, Soçi (26 noyabr 2021) və Brüssel (15 dekabr 2021) razılaşmaları.

2022 - bu xüsusda şübhəsiz, aydınlaşma ili olacaq. Rəsmi İrəvan imza atdığı öhdəliklərdən boyun qaçırmağa davam edərsə, istisna deyil ki, Azərbaycanın daha bir sülhə məcburetmə əməliyyatı qaçılmaza çevriləcək. Prezident İlham Əliyevin yanvarın 12-də verdiyi müsahibədə bir xəbərdarlığı burada xatırlatmaq yerinə düşər.

Sitat: “Təəssüf ki, bizim bundan əvvəlki cəza xarakterli bütün cavab tədbirlərimiz Ermənistan üçün ibrət dərsi olmayıb... Biz Ermənistanda həm öz qüvvələri, həm də onların tərəfdaşlarının köməyi ilə bütün hərbi quruculuq cəhdlərini çox diqqətlə izləyirik. Buna görə mən səmimi və açıq demişəm ki, əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Necə deyərlər, seçim, həmişəki kimi, İrəvanındır. Lakin düzgün seçim üçün zaman da çox qalmayıb...

*****

“Köçəryan və Sərkisyanın nəzarətində olan müxalifət, şübhəsiz ki, sülhə doğru atılan hər addımı ”erməni maraqlarına xəyanət" kimi təqdim edəcək və Paşinyan iqtidarını zəiflətmək, onun yerini tutmaq üçün istənilən qarmaqdan istifadə edəcək".

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri Vesti.az-a müsahibəsində “Vestnik Kavkaza” portalının baş redaktoru, politoloq Andrey Petrov deyib.

Onun sözlərinə görə, belə qəliz şəraitdə Paşinyana prezident vəzifəsində “müharibə partiyası”nın təsir agenti gərək deyil. “Paşinyana müharibədən sonrakı dövr üçün tələb olunan bütün daxili sənədlərə sözsüz imza atan bir prezident lazımdır. Ona görə də elə bir xüsusi hakimiyyət iddiası olmayan prezident Armen Sərkisyanın istefası bir qədər gözlənilməz olsa da, çox məntiqlidir”, - deyə o vurğulayıb.

Politoloq bu mənada hesab edir ki, Ermənistanın yeni prezidenti Paşinyana tam sadiq şəxs olacaq: “Bu posta ən bariz namizəd isə Ermənistan XİN-in hazırkı rəhbəri Ararat Mirzəyandır. Dörd ilə yaxındır ki, baş nazir ən mühüm vəzifələri Mirzoyana etibar edir. Əvvəlcə o, baş nazirin müavini idi, çünki Paşinyana hökumətin işini sahmana salmaq lazım idi. Sonra parlamentə nəzarəti təmin eləmək üçün parlament sədri oldu. Daha sonra isə müharibədən sonrakı nizamlanma mərhələsində xarici işlər naziri oldu”.

*****

Ancaq Nikol Paşinyan öz komandasında ən çox kimə etibar edir-etsin, əsas nəticədir. Nəticə, yəni böyük sülh müqaviləsi isə yoxdur. Demək, müharibə ehtimalı qalır və daimi sülh ləngidikcə artır...
“Yeni Müsavat”
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu