İrəvan çalışır ki, Azərbaycanla sərhəddə üçüncü dövlətin hərbi qüvvələrini cəmləşdirsin - Görünəni budur...
Siyaset
Oxunub: 264
15 yan 2022 | 14:44
İrəvan çalışır ki, Azərbaycanla sərhəddə üçüncü dövlətin hərbi qüvvələrini cəmləşdirsin - Görünəni budur...


Ermənistanın Qazaxıstanda baş verən hadisələrdən öz maraqları üçün istifadə etməyə çalışdığı aydındır. İrəvan çalışır ki, Azərbaycanla sərhəddə üçüncü dövlətin hərbi qüvvələrini cəmləşdirsin. Və bunun vasitəsilə özlərinin “təhlükəsizliyi” təmin olunsun. Əslində Kəlbəcər istiqamətində olan toqquşmalar da Ermənistanın bu hiyləsinə hesablanmışdı. DİA.AZ “Yeni Müsavat”a istinadən bildirir ki, KTMT-nin Qazaxıstana girməsi onlarda buna ümid yaradıb. Prezident İlham Əliyev də müsahibəsində bu məqama eyham vurmuşdu. Dövlət başçısının sözlərinə görə, təxribatın mənşəyi son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər: “Amma unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi dayandıra bilməz, heç nə bizi dayandıra bilməz”.

Maraqlıdır ki, Kəlbəcər toqquşmasından bir gün əvvəl erməni tərəfi təbliğat maşınını işə salaraq, Azərbaycan tərəfinin Qarabağ ərazisində ermənilərə atəş açdığı barədə məlumat yaymışdı. Toqquşma baş verən gün isə Ermənistan müdafiə nazirinin müavini açıqlama verərək, hər an gərginlik yaşana biləcəyini söyləmişdi. Təsadüfi deyil ki, hadisədən dərhal sonra Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənova zəng edib. H.Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib. Bu isə bölgədəki həssas məqamda Türkiyənin Azərbaycana növbəti dəstəyi hesab oluna bilər. Bəs Ermənistanın dəridən-qabıqdan çıxaraq KTMT qoşunlarının sərhəddə yerləşdirilməsi arzusu reallaşa bilərmi? Akarın belə həssas məqamda Azərbaycana açıq dəstəyi digər qüvvələrə mesaj sayıla bilərmi? DİA.AZ xəbər verir ki, professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ermənilər uzun müddətdir ki, KTMTqüvvələrinin sərhəddə yerləşməsinə çalışır, amma müvəffəq ola bilmirlər. Q.Hüseynli erməni tərəfinin uydurma arqumentlər də irəli sürdüyünü xatırladır, lakin Moskva bu çağırışlara müsbət cavab vermir.

“İrəvan iddia edir ki, guya 44 günlük müharibədə Azərbaycan tərəfindən muzdlu terrorçular döyüşüblər. Bu cəfəngiyyatı o zaman da səsləndirirdilər, indi də Paşinyan KTMT-nin son iclasında dilə gətirib. Hətta Nikol fürsətdən istifadə edərək Qazaxıstan hadisələri ilə 44 günlük müharibəni eyniləşdirməyə çalışdı. Bununla demək istədi ki, bölgədə guya terrorçu dəstələr var və KTMT-nin gəlməsi həyatı əhəmiyyətli zərurətdir. Lakin bu uydurmalara KTMT-nin baş katibi də, Kreml başçısı da diqqət yetirmir və İrəvan istəyinə nail ola bilmir. Çünki Paşinyanın əlində tutarlı fakt yoxdur”, - deyə politoloq vurğuladı.

Q.Hüseynlinin fikrincə, Kəlbəcər istiqamətində hərbi həmlələr erməni ordusunun içindəki revanşist qüvvələrin məkrli planıdır və məqsəd KTMT-ni bölgəyə dəvət etməkdir: “Amma təşkilatın bölgəyə yerləşdirilməsinə heç bir əsas yoxdur. Üstəlik, sərhəddə ilk atəş açan erməni tərəfidir. Ümumiyyətlə, Qazaxıstan hadisələrində iflasa uğrayan KTMT-nin sülhməramlı missiyası bundan sonra lokal toqquşmalarda istifadə edilə bilməz. Eyni zamanda Rusiya təmkinli davranır və ermənilərin provokativ təkliflərinə cavab vermir. Ermənistan nə qədər yalvar-yaxar etsə də, həmin qoşunların bölgəyə gəlməsi mümkün deyil. Əvvəla, sərhədlər dəqiqləşdirilməyib, delimitasiya işləri getməyib, ikincisi, beynəlxalq hüquq buna imkan vermir, üçüncüsü, üçtərəfli sazişin tələblərinin pozulması olar və Azərbaycan-Ermənistan danışıqlarına mənfi təsir edə bilər”.

Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, sərhəddə baş verən toqquşmalar, hələ də eskalasiya riskinin qalması fonunda Putin-Paşinyan və Akar-Həsənov arasında telefon danışığı diqqət çəkir: “Moskva-İrəvan xəttində əsas gündəmin sərhəddə baş verənlər və sərhəd razılaşmasının icrası olduğu ehtimalı böyükdür. Moskva üçün Cənubi Qafqazda ayrı prioritetlər var, Soçidə əldə olunan sərhəd razılaşmasının praktiki mərhələyə keçidini istəyir, sərhəddə eskalasiyanın böyüməsi və bölgədə KTMT mexanizmlərinin işə düşməsi şəraitinin yaradılmasında maraqlı deyil. Bu situasiya rusların ”hakimlik" etdiyi razılaşmaları, ümumilikdə bölgədəki vəziyyəti təhlükə altına atır.

Putin əvvəlki vəziyyətin yaranmasını istəmədiyi üçün Paşinyanla danışa bilər: ötən ilin mayından sonra sərhəddə davamlı olaraq baş verən toqquşmalar zamanı İrəvan Moskvanın vasitəçiliyinə alternativ qüvvələrin bölgəyə gətirilməsi ideyasını gündəmə gətirmişdi. Görünür, Rusiyada hesab edirlər ki, toqquşmalar zamanı Moskva-İrəvan arasında təmasın zəif olması da belə situasiyanın yetişməsini şərtləndirən amillərdəndir və indi prosesə dərhal müdaxilə edilir. Burada əsas məqamlardan biri Bakı-Ankara xəttində diplomatiya yox, hərbi istiqamətdə təmasın qurulmasıdır. Birincisi, Bakı Putin-Paşinyan görüşünün detallarını bilmir və mümkün risklərə qarşı Ankara ilə birlikdə olduğunu nümayiş etdirir. İkincisi, Bakı və Ankara Moskvaya “diplomatiya işləməyəndə hərbçilər işə qarışır” mesajını verir və çıxış yolunun razılaşmaların icrası olduğunu göstərir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini yenidən atəşə tutub. Ermənistan ordusunun təxribat xarakterli hücumu nəticəsində Azərbaycan Ordusunun bir hərbi qulluqçusu şəhid olub. Azərbaycan Ordusunun hərbi birlikləri dərhal düşmən qüvvələrinə ağır zərbə endirib. Ordumuzun cavab tədbirləri nəticəsində Ermənistan tərəfi ciddi itki verərək, geri çəkilməyə məcbur olub, iki postu dağıdılıb, itkilər verib. Rəsmi olaraq 4, qeyri-rəsmi mənbələrə görə 8 erməni hərbçisi ölüb.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu