İrəvan təxribatlara son verməsə, Azərbaycan Ermənistanın dərinliyini bombardman edəcək - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 257
15 yan 2022 | 18:20
İrəvan təxribatlara son verməsə, Azərbaycan Ermənistanın dərinliyini bombardman edəcək - İNCƏLƏMƏ...


Ermənistan öz təxribatlarının müstəvisini üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) maraqlarına calamağa cəhdlər etsə də, bu, hədər gedir.

Ermənistanın diplomatiyasında həyasızlıq konsepsiyası o qədər dərin kök salıb ki, indi bu kökü qurutmaq və ya qazıyıb yerinə yeni təməl atmaq müşkülə çevrilir.

Ona görə də bundan sonra da Ermənistanın KTMT-nin potensialını öz xeyrinə yönləndirmək meyillərini müşahidə edəcəyik, Azərbaycan dövləti bu cür hallara o qədər alışıb ki, təəccüblü heç nə görmür.

Hələ Qarabağ münaqişəsi periodunda və 44 günlük müharibədə Ermənistan dəfələrlə KTMT-ni döyüşlərə qatmaq üçün dəridən-qabıqdan çıxdı, öz ərazisindən Azərbaycanda dinc əhalinin yaşadığı şəhər və rayonları raket atəşinə tutdu ki, Azərbaycanı təxribata çəksin.

O dövrdə yaranan diplomatik və siyasi həssaslıq Azərbaycanı strateji səbir nümayiş etdirməyə vadar edirdi, amma indi, postmüharibə dövründə situasiya köklü şəkildə dəyişib.

Bu dəfə Ermənistan kimə, nəyə güvənib öz ərazisindən Azərbaycan torpaqlarına raket və ağır artilleriyadan mərmilər atmağa çalışsa, atəş nöqtələri məhv ediləcək.

Qarabağ konflikti zamanında da Azərbaycan Naxçıvandan İrəvana tuşlanan raketlər barədə məlumatlar verirdi, indi isə bu cəbhənin sərhədləri əhəmiyyətli dərəcədə böyüyüb.

Prezident İlham Əliyev noyabrın 12-də yerli televiziya kanallarına müsahibəsində deyib:

“Əgər bizim təhlükəsizliyimizə azacıq da olsa təhdid görsək, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, biz onu dərhal, sadəcə, məhv edəcəyik. Bunu hamı, ilk növbədə, Ermənistan rəhbərliyi bilməli və başa düşməlidir”.

Bu o deməkdir ki:

1. Naxçıvanla yanaşı, Ermənistanla sərhəd təşkil edən digər ərazilərimizdə yerləşdirilən ən müasir silahlardan, o cümlədən böyük dağıdıcı gücə malik olan raket komplekslərindən atəş açılacaq,

2. Bu silahlar Ermənistana elə bir cəhənnəm yaşadar ki, onun istiliyindən tamamilə “əriyər”,

3. Bu mesaj Ermənistanın öz ərazisindəki Rusiya hərbi bazasına arxayınlaşmasının faydasız olduğu mənasını özündə ehtiva edir.

4. Azərbaycanın Türkiyə ilə strateji müttəfiqlik əlaqələri, Bakının siyasi danışıqlarda olduğu kimi, hərb meydanında da əlini gücləndirir.

Müasir raket və artilleriya kompleksləri bir yana, Azərbaycan ordusunun elit qüvvələrinin özü də Ermənistan ərazisinə sızma edib onun dərinliyinin altını-üstünə çevirmək qabiliyyətindədir.

Azərbaycanın Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Naxçıvanda postmüharibə dövründə ən strateji nöqtələrdə möhkəmlənməsi isə bu işi daha da asanlaşdırar.

Hələ “Bayraktar”, “Harop”, döyüş helikopterləri, qırıcı təyyarələrdən söz açmırıq.

İndi sual olunur: Ermənistan nəyə arxayındır? 102-ci bazayamı? KTMT-yə? Özünün dağınıq və silah arsenalı bərbad olan ordusuna? Nəyə güvənir-güvənsin, bu güvəni sarsıdacaq rıçaqlar Azərbaycanın əlindədir.

Aqşin Kərimov
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu