Hamı yeni SSRİ-yə qoşulur: BƏS BİZ? - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 446
11 yan 2022 | 19:19
Hamı yeni SSRİ-yə qoşulur: BƏS BİZ? - NƏ ETMƏLİ?


“SSRİ-nin yeni formatda bərpası ideyasının geosiyasi prosesə çevrilməsini real saymıram. Bunun üçün Rusiyanın iqtisadi-siyasi imkanları yetərli deyil. Belə birliyin yaranmasına Ukraynanın, Moldovanın, Gürcüstanın, Türkmənistanın, Azərbaycanın maraq göstərmədiyini də nəzərə almalıyıq. Həmçinin, qərbin də bu istiqamətdə açıq müqaviməti istisna deyil”. DİA.AZ xəbər verir ki, bu fikri Qazaxıstanda baş verən proseslər fonunda SSRİ-nin yeni formatda bərpası iddiaları, NATO-Rusiya qarşıdurmasını şərh edən politoloq Nəsimi Məmmədli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nəsimi Məmmədli hesab edir ki, Putin SSRİ-ni bərpa etmək tezisi ilə qonşularına siyasi-iqtisadi, psixoloji təzyiq göstərir:

“Putin Rusiyanın daxilində sabitliyi saxlamaq, rus millətçilərinin siyasi dəstəyini qazanmaq, iqtisadi-sosial çətinliklərdən diqqəti yayındırmaq, ölkənin parçalanma təhlükəsini bu siyasi gedişlə önləməyə çalışır. Eyni zamanda ABŞ-dən, NATO-dan öz təhlükəsizliyi ilə bağlı qarantiya almağı, bu tip şüarlarla qərbdən siyasi-iqtisadi güzəştlər qoparmağı ümid edir.

ABŞ və NATO Rusiyanın qarşısından geri çəkilərsə, bu, qərbin beynəlxalq təsir gücünü, qlobal rəqabətdəki yerini xeyli zəiflədər. Hətta Avropa qitəsində geosiyasi çalxalanmalara da səbəb ola bilər. Qərbin Ukrayna məsələsində qətiyyətli addımlar atması Rusiyanın cilovlanması baxımından önəmlidir”.

Qazaxıstanda baş verən proseslərə toxunan politoloq bildirib ki, Qazaxıstandakı olayların Azərbaycana mövsümi psixoloji təsirləri olsa da, real siyasi təsirləri gözlənilmir:

“Necə ki, “Narıncı”, “Məxməri” inqilablar, “Ərəb Baharı” kimi siyasi olaylar ölkəmizə psixoloji təsir etdi, indi də belə bir ötəri təsirlər ola bilər. Azərbaycan cəmiyyəti xaotik siyasi proseslərə dəstək vermir. Ölkədə real müxalif təşkilatların mövcudluğu bu baxımdan bizim üstünlüyümüzdür”.

Rusiyanın regionda hərbi iştirakının artmasına gəldikdə isə Nəsimi Məmmədli bunları deyib:

“Rusiyanın regionda hərbi iştirakının artması postsovet ölkələrin müstəqilliyi üçün təhlükə mənbəyi olaraq qalır. Rusiyanın postsovet ölkələrinin çoxunda süni gərginliklər yaratmaq, idarə etmək və müdaxilə üçün zəmin hazırlamaq imkanı var. Rusiyanın belə təhlükəli oyunlarına bəhanə verməmək üçün cəmiyyətdə hüquq və azadlıqlarla bağlı problemlər həll olunmalıdır. Ölkədə demokratik seçkilərin keçirilməısinə nail olmaq vacibdir. Eyni zamanda Türkiyə ilə hərbi-siyasi münasibətlərin daha da dərinləşdirilməsinə zərurət var”.
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu