İnqilabla iqtidar olan Paşinyan Qazax inqilabını NİYƏ DƏSTƏKLƏMƏDİ? - HƏQİQƏTƏN DƏ...
Siyaset
Oxunub: 370
8 yan 2022 | 14:44
İnqilabla iqtidar olan Paşinyan Qazax inqilabını NİYƏ DƏSTƏKLƏMƏDİ? - HƏQİQƏTƏN DƏ...


Qazaxstanla bağlı KTMT bəyanatın Ermənistanın baş naziri N.Paşinyan tərəfindən səsləndirilməsi anormal və məcburi davranışdır. Əslində qərar barədə bəyanat KTMT katibliyi və ya Daimi Şura tərəfindən səsləndirilməli idi. Vətən Müharibəsinin başından sonuna qədər, ən çətin və dəhşətli günlərində belə quru sözlə Ermənistana dəstək verməyən KTMT-nin adından dəyişkən ruhlu baş nazir N.Paşinyanın bəyanat verməsi tragekomediyadır. Paşinyan Vətən Müharibəsi və ondan sonrakı bir il ərzində KTMT-yə 7 dəfə müraciət etmişdi, amma təşkilat nəinki müraciətə reaksiya vermədi, hətta müraciəti bir dəfə də olsun müzakirə üçün gündəliyə daxil etmədi. Müharibə zamanı hər gün 100 kv.km geri çəkilən fərari Ermənistan ordusunun Ali Baş Komandanının son 1 ildə tüklü sifətinə 7 dəfə ardıcıl tüpürən KTMT adından bəyanat səsləndirmək doğrudan da Paşinyanı gülünc vəziyyətə qoydu.

Əslində Paşinyan özü də 2018-ci ildə, bu gün Qazaxstanda baş verən etirazların erməni variantı ilə hakimiyyətə gəlib. İndi isə özünün sərhədlərini qorumağa əsgəri çatışmadığı halda, bu etirazları yatızdırmaq üçün türk dövlətinə hərbi heyət göndərir.

Paşinyan vəzifəsini icra etməyə başladığı ilk günlərdə 2008-ci il seçkilərinə müdaxilə bəhanəsilə KTMT-nin Baş katibi vəzifəsini daşıyan general-polkovnik Yuri Xaçaturovu vəzifəsini bitirməsini gözləmədən həbs etdirməsini də xatırlayırıq.

Bu 3 prosesi yan-yana düzdükdə nonsens vəziyyət yaranır:

Paşinyan özü etiraz dalğası ilə hakimiyyətə gəlir;

Keçən il sərhədlərini qorumaq üçün bir neçə dəfə KTMT-yə müraciət edən Paşinyan, ölkəsində hərbi qüvvə çatışmadığı halda, küçə etirazlarını yatırmaq üçün Qazaxstana qoşun göndərir;

Vaxtilə Baş katibini vəzifədə olarkən həbs etdirərək böhrana soxduğu KTMT adından Paşinyan, demokrat ruhuna uyğun olmayan bəyanatı zərurət olmadığı halda səsləndirir.

Paşinyanın yuxarıda sadalanan bu fəaliyyətlərində unikal üçüzlülükdən başqa sağlam məntiq tapan olsa, zəhmət olmasa mənə də desin.
KTMT baş katibi həbs ediləndə Rusiya Paşinyana çox yalvardı, amma Nikol Yurini həbsdən buraxmadı və təşkilatda dərin böhran yaratdı. Təsəvvür edin ki, Norveçdə bu ilin sentyabrında keçirilən seçkilərdə qalib gələn İşçi Partiyasının lideri Yonas Stoere andiçmədən sonra hansısa bəhanə ilə NATO baş katibi Yens Stoltenberqi həbs etdirib, buna Şimali Alyans ölkələrinin reaksiyası neçə olardı?
İndi isə KTMT böhranına görə Paşinyandan qisas almaq üçün Rusiyanın əlinə gözəl bir imkan düşdü. Buna görə də Kreml KTMT-nin Qazaxstana qoşun yeritməsi barədə bəyanatı məhz Paşinyanın dilindən səsləndirilməsinə nail oldu və bu rus KİV-lərində geniş işıqlandırıldı. Başqa sözlə desək, Kreml küçədə inqilab yolu ilə hakimiyyətə gələn Ermənistan baş nazirini həm qoşunlarını Qazaxstana göndərməsinə, həm də əvvəl yol verdiyi səhvləri düzəltməsinə və demokratik dəyərlərindən imtina etməsinə şərait yaratdı.
Rusiyanın İrəvan tərəfindən KTMT tərkibində etirazçılara divan tutmaq üçün Qazaxstana qoşun göndərməsi, həm də bu qərarı Paşinyanın dilindən bütün dünyaya bəyan etməsi, Ermənistanın “demokratik dəyərləri qoruyan demokratik dövlət” mövqeyini itirməsi ilə nəticələndi. Bu Ermənistanın Rusiya təzyiqləri qarşısında başqa çıxış yolunun olmadığını da sübut etdi.

Ədalət Verdiyev, hərbi ekspert
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu