Ruslara Qarabağda NİYƏ ETİBAR ETMİRİK... - FAKT BUDUR!
Siyaset
Oxunub: 844
30 dek 2021 | 22:22
Ruslara Qarabağda NİYƏ ETİBAR ETMİRİK... - FAKT BUDUR!


Məlum olduğu kimi, dekabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. DİA.AZ xəbər verir ki, “Yeni Müsavat”ın məlumatına görə, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar. Müşavirədə dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdə mövcud vəziyyət təhlil edilib. Nazir xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsini, xüsusilə qarşıdan gələn bayram günlərində ayıq-sayıqlığın artırılmasını əmr edib. Qoşunlarda keçirilən təlimləri müsbət qiymətləndirən nazir bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə müxtəlif təlim və praktiki məşqlərin real döyüş şəraitinə uyğun, gecə və gündüz vaxtı aparılması ilə əlaqədar tapşırıq verib. Z.Həsənovun bayram günlərində ayıq-sayıqlığın artırılması ilə bağlı əmri o deməkdir ki, Qarabağda hansısa təxribatlara yol verilə bilər. Bu da özlüyündə bölgəyə 5 illik yerləşdirilmiş Rusiya sülhməramlılarına güvənsizlikdən irəli gəlir.

Görünür, sülhməramlıların gözü qarşısında bayram günlərində separatçılar tərəfindən postlarımıza doğru atəş açılması istisna deyil. O baxımdan ayıq-sayıqlığın artırılması tələb olunur. Çünki “başına gələn, başmaqçı olar” misalına uyğun olaraq, bir neçə dəfə sülhməramlıların fəaliyyətsizliyindən ermənilər təxribatlar törədiblər. İstər terrorçu Mirzoyan Şuşa yaxınlığında blok-postumuza qumbara atması və sülhməramlıların onu götürüb Xankəndinə aparması olsun, istər Hadrut və digər ərazilərdə erməni diversiyasının hərəkətləri olsun, sülhməramlılar özlərini onların “qalxanı” kimi aparırlar. Bəs Bakının sülhməramlılarla bağlı daha hansı narazılıqları və razı qaldığı məqamlar var?

DİA.AZ-ın məlumatına görə, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas “Yeni Müsavat”a bildirdi ki, sülhməramlıların fəaliyyətindən razı qaldığımız hələ heç nə yoxdur. Deputatın sözlərinə görə, onlar öz missiyasını yerinə yetirmirlər: “Hələ ki, ermənilərə nökərçilik edirlər: gah üzüm əkirlər, gah abidə qoyurlar, gah onlara su çəkirlər. Bu işlər sülhməramlılara aid deyil. Onların konkret vəzifələri var”.

A.Abbas qeyd etdi ki, sülhməramlılar ermənilərə üzüm bağları əkməkdənsə Qarabağdakı terrorçuları təmizləməlidirlər: “Amma indiyə qədər silahlı dəstələri zərərsizləşdirməyiblər. Halbuki 10 noyabr sənədində onların görməli olduqları işlər göstərilib. Sadəcə, yerinə yetirmirlər. Ona görə gələn ildən sülhməramlılarla bağlı daha sərt tələblər qoyacağıq. Artıq hər şey yaxşılığa doğru gedir, Paşinyanın açıqlamaları da göz qabağındadır, Zəngəzur dəhlizi açılsın, dəmiryol xətti bərpa olsun, onda bu məsələlər də həllini tapacaq”.

Professor Qabil Hüseynlinin söylədiyinə görə, sülhməramlıların fəaliyyətində müsbət məqamlar müşahidə olunmur: “Yalnız onu demək olar ki, etnik zəmində toqquşmaya imkan verməyiblər. Amma qalan fəaliyyətləri mənfi dəyərləndirilməlidir. Onlar açıq ermənipərəst mövqe tutdular, onları himayə etdilər, missiyalarına aid olmayan işlərlə məşğul olurlar. Məsələn, Ermənistana köçmüş adamların avtobuslarla Xankəndinə daşınması onların ən pis işlərindən biridir. Xankəndinə humanitar yardım adı ilə tikinti materiallarının daşınmasını təşkil etmək, evlərin tikintisi işlərinə dəstək sülhməramlıların səlahiyyətinə aid olmayan məsələlər idi. Ən qəbuledilməz addımları isə Laçın postundan kimi gəldi buraxmalarıdır. Onların sırasında xarici vətəndaşların olması xüsusi hiddət doğurur. Sonuncusu elə Fransada prezidentliyə namizədin Xankəndinə gəlişinə şərait yaradılması idi”.

Q.Hüseynli bildirdi ki, eyni zamanda, rus sərkərdə və xadimlərinə büst qoyulması, xilaskar rus əsgəri və ona sığınmış qız uşağının heykəli həm qızışdırıcılıqdır, həm də Azərbaycanın suverenliyi ilə uzlaşmayan hərəkətlərdir: “Sülhməramlıların Qarabağın dağlıq hissəsində hələ də qalmaqda olan, sayları 13-15 min nəfəri təşkil edən erməni silahlı qüvvələrinə himayədarlıq etməsi də üçtərəfli bəyanatın 4-cü bəndinin kobud surətdə pozulmasıdır və bölgənin silahsızlaşdırılmasına qeyri-ciddi yanaşmadır. Ona görə sülhməramlıların fəaliyyətinə bu il üçün yekun qiymət verərkən mənfi rəy olmalıdır”.

Siyasi şərhçi Ramiyə Məmmədova isə düşünür ki. sülhməramlıların hüquqi statusu müəyyən edilməlidir: “Bu olmadan onların səlahiyyətlərini ayırd edə bilməyəcəyik və istədikləri kimi davranacaqlar. Amma hiss olunur ki, Bakı tələsmir. Artıq onların fəaliyyətinin 1 ildən çoxu gedib və bəlkə də 2025-ci ildə bölgədə qalmayacaqlarına ümid bəslənir. O baxımdan hansısa mandat verilməsi nəzərdə tutulmur”.

Ekspertin fikrincə, nazirin müşavirədə ciddi tapşırığı təxribatlara hazır olmağa çağırış idi: “Ola bilsin ki, bayram günlərində erməni silahlıları hansısa diversiya fəaliyyəti, təxribata cəhd göstərsinlər. Sülhməramlılar isə ya onları geri qaytarır, ya da əsir düşəndə Rüstəm Muradov gəlib Bakıdan aparır. Ona görə onlara etibar yoxdur. Amma bu problemlərin konkret həlli üçün tək yol var - erməni silahlıları bölgədən çıxmalıdırlar. Ancaq nə çıxırlar, nə təki-silah olurlar. Düzdür, onlara yeni silah-sursat daşınmasının qarşısı alınmaqdadır. Amma Laçın yoluna tam olaraq nəzarət etmək mümkün deyil. Biz bu koridora nəzarəti gücləndirməliyik, Prezidentin Brüsseldə dediyi kimi gömrük postu qurmalıyıq, o zaman sülhməramlıların da mövqeyi zəifləyəcək, bizim də təxribatların qarşısını almaq imkanlarımız daha da genişlənəcək. Əks təqdirdə, bir gün hansısa erməni deputat, o biri gün fransız siyasətçisi Xankəndinə əl-qolunu sallayıb gələcək, başqa gün erməniyə ev tikməyə material daşınacaq. Necə ki, Xocalıda, Əsgəranda evlər tikirlər, sülhməramlılar kilsə açır, separatçılar da onlara yarınmaq üçün gah rus dilini ikinci ”rəsmi" dil elan edir, gah Qarabağda yaşayan rusları siyahıya alırlar. Bölgənin Abxaziyaya çevrilməsinə imkan vermək olmaz və separatçılarla İrəvan arasındakı son gərginlikdən xeyrimizə istifadə etməliyik".
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu