Bundan sonra da İtaliya ilə Azərbaycan arasında olan ticari-iqtisadi münasibətlər daha da inkişaf edəcək
Siyaset
Oxunub: 508
25 dek 2021 | 11:13
Bundan sonra da İtaliya ilə Azərbaycan arasında olan ticari-iqtisadi  münasibətlər daha da inkişaf edəcək


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” qəzetinə müsahibə verib. İtaliyanın ən böyük siyasi qəzeti olan “İl Sole 24 Ore” qəzetinə verilən müsahibə ümumi Avropa auditoriyası ilə yanaşı, İtaliya ictimaiyyəti ilə ünsiyyət qurmaq, Azərbaycanın mövqeyini və reallıqlarını onlara çatdırmaq baxımından xüsusilə əhəmiyyətlidir.

Müsahibədə bir sıra mühüm məsələlərə cənab Prezident tərəfindən toxunulmuş, Azərbaycan ilə Avropa İttifaqı arasında olan münasibətlər, eyni zamanda Avropa İttifaqı Şurasının prezidentinin Cənubi Qafqaz regionuna olan marağı, Ermənistanla olan münasibətlərin tənzimlənməsi istiqamətində təşəbbüsləri, eləcə də bu xüsusda keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir.

Müsahibə zamanı cənab Prezidentin verdiyi cavablar çox açıq və Avropa oxucusunu qane edəcək bir formada idi. Burada Azərbaycan ərazi bütövlüyünün beynəlxalq hüquqi normalara uyğunluğunu və Ermənistan ilə hərtərəfli münasibət qurmaq istədiyini bir daha bildirdi. Ən əsası isə son dövrlərdə, Ermənistanın müəyyən rəsmi dairələrinin revanşist bəyanatlarla çıxış etməsi heç də xoşa gələn bir hal deyil. Bununla belə Ermənistan tərəfdən addım atılacağı bir təqdirdə sərt cavablar verildiyi bildirilib. Müsahibədə Zəngəzur məsələsi də xüsusilə vurğulandı. Çünki bu təkcə Azərbaycan-Ermənistan üçün deyil, eyni zamanda bütün dünya üçün əhəmiyyətli bir hadisədir.

Digər bir tərəfdən cənab Prezident öz müsahibəsində keçmiş Dağlıq Qarabağ münaqişəsi ətrafında olan vəziyyət haqqında müfəssəl məlumat verib və bu məsələnin tarixi aspektinə toxunub. ATƏT-in Minsk Qrupu və onun ətrafında hazırda gedən proseslər, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icra olunmaması və Ermənistanın destruktiv fəaliyyəti danışıqlar prosesindən çıxmaq, eyni zamanda Minsk qrupunun diplomatik siyasi müstəvidə iflasa uğraması problematikasına da diqqət çəkib. Təbii ki, Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə enerji təhlükəsizliyi mühüm amil kimi dəyərləndirilir. 21-ci əsrin ən mühüm infrastruktur layihəsi olan Cənubi Qaz dəhlizinin istifadəyə verilməsi Azərbaycanla Avropa İttifaqını daha da yaxınlaşdıran komponent kimi dəyərləndirilir. Bu layihə həm də Xəzərin Azərbaycan sektorundan "Şah Dəniz-2" yatağından İtaliyaya qədər uzanır. Ona görə də İtaliya oxucuları üçün də bu sahənin öyrənilməsi mühüm amildir. Layihə 4 seqmentdən ibarətdir. Uğurla bütün seqmentlərin istifadəyə verilməsi Azərbaycanın iqtisadi diplomatiyasının da bir nəticəsi kimi dəyərləndirilir. Bu xüsusda Avropa İttifaqının üzvlərinin etibarlı şəkildə enerji ilə təchiz olunması Azərbaycanın stateji priotetləri sırasındadır.

Nəzərə almaq lazımdır ki, yanvar ayının 1-dən başlayaraq Azərbaycan İtaliya, Yunanıstan və Bolqarıstanı 7.2 milyard kub metr qazla təchiz edəcək. Gələn il ötən illə müqayisədə bu rəqəm 9 milyarda, 2023-cü ildə isə 11 milyard kub metrə çatacaq. Bu da Balkan regionunun etibarlı şəkildə enerji layihələrinin

şaxələndirilməsi yolu ilə qazla təchizatını özündə əks etdirir. Digər tərəfdən Azərbaycanla İtaliya arasında da çox isti və sıx münasibətlər var. İtaliya Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətlər arasındadır, vətən müharibəsi dövründə də Azərbaycana dəstəyini bildirib. Azərbaycan tərəfinin bəyan etdiyi əsas tezis bundan ibarətdir ki, Qarabağın yenidən qurulmasında, dirçəldilməsində dost ölkərin şirkətləri yaxından iştirak etməlidir. Bu istiqamətdə İtaliyanın da fəaliyyəti diqqət çəkir. İtaliya şirkəti Bakıda Zəfər muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Bu rəmzi məna daşıyan bir jestdir.

Qeyd etdiyimiz kimi İtaliya şirkətləri ölkəmizdə böyük zövqlə yüksək səviyyədə dostluq münasibətlərinin rəmzi olan bir sıra memarlıq abidələri inşa edirlər. Eyni zamanda neft-kimya və sənaye sahəsindədə bir sıra əməkdaşlıq münasibətləri qurulub. Düşünürəm ki, bundan sonra da İtaliya ilə Azərbaycan arasında olan ticari-iqtisadi münasibətlər, siyasi münasibətlər, enerji sayəsində olan əməkdaşlıq daha da dərinləşdiriləcək.

Bilal Ələkbərov,

Salyan Uşaq Gənlər İdman Şahmat Məktəbinin direktoru
4-05-2024, 09:59
Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması
4-05-2024, 09:50
“Müharibənin yeni mərhələsi ilə üz-üzəyik”
4-05-2024, 09:44
Prezidentin məktubları BMT-dəki daimi nümayəndələrə çatdırılıb
4-05-2024, 09:00
Paşinyan üçün çıxılmaz vəziyyət: Putinin andiçmə mərasimimdən sonra...
3-05-2024, 16:02
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
3-05-2024, 16:00
Kəndlərin təhvil-təslim prosesi belə aparılır: Xeyrımlı kəndi ətrafında isə... - NƏ BAŞ VERİR?
3-05-2024, 15:30
Azərbaycan dövlətinin prinsipial mövqeyi bu dəfə də keçərli oldu... - vasitəçilərə ehtiyac yoxdur!
3-05-2024, 15:13
Onu xilas etmək olmur, ya ölümə gedir, ya da öldürməyə - Elşad Hacıyevdən ÇAĞIRIŞ - VİDEO
3-05-2024, 14:22
Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan
3-05-2024, 14:00
Bakıda taksi qiymətləri bahalaşıb? - ARAŞDIRMA
3-05-2024, 13:38
Ermənilər xoflandı: Azərbaycan seçkiyə hazırlaşır, hücum edəcək! - KİV
3-05-2024, 12:58
Azərbaycan və Ermənistan: Normallaşma prosesi... - kimlərin maraqlarını alt-üst edir?
3-05-2024, 12:32
Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi
3-05-2024, 11:42
Ankara və Bakıya qarşı 4 ölkənin məkrli planı - DETALLAR
3-05-2024, 11:16
İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib
3-05-2024, 11:10
Azərbaycanda pensiyalar bu yolla arta bilər - AÇIQLAMA
3-05-2024, 11:03
Katalizatoru olmayan avtomobillər – Sahibini nə qədər cərimə gözləyir?
3-05-2024, 10:57
Azərbaycanda onminlərlə insan bu xəbəri gözləyir – Sabah elan ediləcək, amma müəmma var!
3-05-2024, 10:50
Fransa mətbuatı Ermənistanda müdafiə işinə cəlb olunan Britaniya şirkətlərini “ifşa edib”
3-05-2024, 10:45
Seçkinin qabağa çəkilməsi dəqiqdir! - Bəs tarix?
3-05-2024, 10:41
“Bayer” məğlubiyyətsiz davam edir… - Video
3-05-2024, 10:16
“Qaçqınkom” Sus sakininin ev məsələsi ilə bağlı iddialarına cavab verib
3-05-2024, 10:11
Gürcüstanın baş naziri ABŞ-yə səfərdən imtina edib - SƏBƏB
3-05-2024, 09:39
Türkiyə MN: Ankara "S-400" sistemlərini kiməsə vermək niyyətində deyil
3-05-2024, 09:34
Ukrayna Rusiyanın dərinliklərini vura bilər - Kemeron
3-05-2024, 09:29
Hikmət Hacıyev: YUNESKO bir adamın əlində alətə çevrilməməlidir
3-05-2024, 09:25
CHP lideri Ərdoğanla görüşündə əyləşmə şəklini tənqid edib