Paşinyan İNDİ NƏ FİKİRDƏDİR? - Ekspert danışır
Siyaset
Oxunub: 268
22 dek 2021 | 18:50
Paşinyan İNDİ NƏ FİKİRDƏDİR? - Ekspert danışır


Ermənistan baş naziri Nikol Paşinyan ölkə konstitusiyasında islahatlarla bağlı fərman imzalayıb. O bildirib ki, ölkənin əsas qanununda müəyyən boşluqlar var, eyni zamanda 2015-ci ildə həyata keçirilən referendumda tətbiq edilən bəzi dəyişikliklərə əslində zərurət yox idi.

Erməni baş nazirin sözlərindən belə nəticəyə gəlmək olarmı ki, o, Ermənistanda parlamentli respublika idarəçiliyini ləğv edib 2015-ci ilədək mövcud olan prezident üsul-idarəçiliyinə qayıtmağı hədəfləyib.

"Yeni Müsavat" məlumatına görə, politoloq Elxan Şahinoğlu bildirib ki, keçmiş prezident Serj Sərkisyanın istəyi ilə 2015-ci ildə tələsik qəbul olunan Ermənistan Konstitusiyasında həqiqətən də boşluqlar var. Misal üçün, hazırkı konstitusiyaya görə, baş nazirin Konstitusiya Məhkəməsinin rəhbərini vəzifəsindən azad etmək hüququ yoxdur: “Paşinyan 2018-ci ildə inqilab yolu ilə Sərkisyanı devirdi və növbədənkənar parlament seçkisində qazandığı qələbə hesabına hakimiyyətə yiyələndi. Ancaq bu hakimiyyət Paşinyana Konstitusiya Məhkəməsinin tərkibini dəyişdirməyə imkan vermədi. Konstitusiya Məhkəməsinin üzvlərini və rəhbərini isə keçmiş prezident Sərkisyan təyin etmişdi. Keçmiş hakimlər Sərkisyanın adamları olduğundan Paşinyana uzun müddət problemlər yaratdılar. Paşinyanın ölkənin əsas qanununu dəyişdirməkdə əsas məqsədi gələcəkdə prezident kürsüsünə yiyələnmək də ola bilər. Sərkisyan konstitusiyanı 2015-də ona görə dəyişdirmək həvəsinə düşdü ki, hakimiyyətdəki müddəti bitirdi, parlament və baş nazirin statusunu artırmaqla özü yeni kürsüyə sahib olmaq istəyirdi. Ancaq onun bu planı alınmadı. Sərkisyan baş nazir kürsüsündə cəmi bir neçə ay otura bildi. Paşinyan tərəfdarlarını küçəyə çıxardaraq ”mən baş nazir olmayacam" deyən Sərkisyana vədini xatırlatdı və onu devirdi. İndi isə belə çıxır ki, Paşinyan Sərkisyanın yolunu tərsinə getmək istəyir.

Paşinyan konstitusiya islahatları ilə bağlı fərman imzalayıb. Bu fərmana görə islahatlarla məşğul olacaq şura təsis ediləcək. Şuranın tərkibi hələ müəyyənləşməyib. Tərkibin formalaşmasının özü böyük mübahisələrə səbəb olacaq, hamı orada öz adamını görmək istəyəcək.

Paşinyan tələsmir. O yeni konstitusiya islahatlarına razılaşmaqla, sadəcə, radikal rəqiblərini zəiflətmək istəyir. İslahatlar məşğul olacaq şuranın təsisi və yekun sənədini hazırlaması xeyli vaxt aparacaq. Bu zaman kəsiyində isə Paşinyan mövqelərini gücləndirməyə çalışacaq".

Sosial Tədqiqatlar Mərkəzinin eksperti Tural İsmayılov isə bildirdi ki, Paşinyan hakimiyyətə gəldikdən sonra ölkədə hüquqi və siyasi sistemi iflic vəziyyətdən çıxarıb öz şəxsi maraqlarına xidmət səviyyəsinə çevirməyə çalışır. Ermənistanda neçə illərdir ki, hakimiyyətdə və müxalifətdə olan siyasi qüvvələr ölkənin konstitusiyasın oyuncağa çeviriblər: “Hesab edirəm ki, Paşinyanın konstitusiya dəyişikliklərinə getməyinin əsas səbəblərindən biri prezident üsul-idarəçliyini tətbiq etmək istəyidir. Çünki hazırkı idarəetmə üsulu Ermənistanda xaosun yaranmasının səbəblərindən biri kimi görünür. Parlamentdə olan müxalifət Paşinyan hökumətinə çox ciddi maneələr yarada bilir. Hökumətin işi iflic vəziyyətinə düşür. Paşinyan bilir ki, üzərinə götürdüyü bir sıra öhdəliklərin yaxın gələcəkdə yerinə yetirilməsinə hazırkı konstitusiya müəyyən maneələr yarada bilər”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu