Ermənilər Paşinyanı aradan götürsə belə... - İNCƏLƏMƏ...
Siyaset
Oxunub: 277
22 dek 2021 | 19:19
Ermənilər Paşinyanı aradan götürsə belə... - İNCƏLƏMƏ...


Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 20-də milli təhlükəsizlik xidməti əməkdaşları ilə keçirdiyi görüşündə sülh prosesi mövzusuna toxunub. Paşinyan deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə və Brüsseldə keçirdiyi görüşlərdən sonra regionda sülhün bərqərar olması üçün “sülh gündəliyi”ni irəli aparmağın mümkünlüyünü düşünür.
"Yeni Müsavat" xəbər verir ki, baş nazirin fikrincə, regionda yeni dövr başlayır və Ermənistan hökuməti bu dövrü sülh siyasəti dövrü olaraq elan edib. Bəzi ekspertlərə görə, sülh sazişini təkcə erməni ictimai rəyi həll etmir, bunun üçün dünya erməni lobbisinin, kilsənin, hətta erməni terror təşkilatlarının razılığını almaq lazım gələcək. 100 illik torpaq iddialarının üstündən xətt çəkəcək, geridə buraxacaq bir tarixi sənədə imza qoymaq bu baxımdan olduqca çətin, hətta çox riskli işdir. Paşinyan sülh sazişini elə şərtlərlə imzalamaq istəyər ki, ermənilər sonra onun qəbrini söküb cəsədini gölə atmasınlar. Ermənilər görüşməkdə peşəkardırlar, qəddarlıqda da ad çıxarıblar. Paşinyan bunları yaxşı bilir və özünün hakimiyyəti dövründə belə bir yekun sazişin imzalanmamasına çalışacaq. Rusiya da, yəqin ki, Azərbaycan rəhbərliyi də bunun fərqindədirlər, Paşinyanın bu yükün altında əzilməməsi üçün onu çox da tələsdirməyəcəklər. Əks halda, ermənilər onu hakimiyyətdən yıxa bilərlər. Bu isə həm Rusiya, həm Azərbaycan üçün arzuedilən deyil. Paşinyan sülh müqaviləsi üçün qarşısında olan ciddi əngəlləri aşa biləcəkmi? Xüsusilə iki millətin qarşıdurmasından qazanan erməni lobbisi buna imkan verəcəkmi? Erməni kilsəsi həmişə qızışdırıcı mövqe tutduğundan, onları razı salmaq gərək olacaqmı?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli irəli sürülən bu şərtlər yerinə yetirilmədiyi sürəcdə sülh müqaviləsinin baş tutmayacağını qeyd etdi: “Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün öncəliklə bizə qarşı olan ərazi iddialarından əl çəkməlidir. Eyni zamanda Türkiyə ilə diplomatik münasibətlər qurmaq üçün də qardaş ölkəyə qarşı olan ərazi iddialarına son qoymalıdır. Ermənistan dövlət konstitusiyasına bunları salıb ki, Türkiyənin 6 vilayətinə ərazi iddiaları var. Onlar oranı Qərbi Ermənistan adlandırırlar. Gerblərinə diqqət edin. Ağrı dağı Türkiyə ərazisindədir, amma gerblərində buranın şəkli var. Oranı Ararat adlandırırlar. BMT Türkiyənin ərazi bütövlüyünü tanıyır, amma ermənilər bu ölkəyə qarşı ərazi iddiası ilə çıxış edirlər. Amma BMT Ermənistanı da dövlət kimi tanıyır.

Azərbaycanlı və türk diplomatlar bunları dünya ictimaiyyəti qarşısında qaldırmalıdır. Erməni lobbisi və kilsəyə gəldikdə, doğrudur, Ermənistanda kilsə böyük rol oynayır. Həmçinin erməni lobbisi də belədir. Amma o, müstəqildir, yəni Ermənistan hakimiyyətindən asılı deyil. Sadəcə, yerləşdikləri ölkələrin xüsusi xidmət orqanlarına tabedirlər. Erməni lobbisinin güclü olduğu Amerika, Rusiya və Fransa həmin lobbiyə göstəriş versə ki, Paşinyan iqtidarını sülhə razı salsın, o razılaşacaq. Əks halda, Rusiya sülhü istəsə, Amerika istəməsə, o zaman qarşıdurma yaranacaq. İstənilən halda bu məsələdə də söz sahibi Rusiyadır. Erməni hiyləsi hər zaman işə düşə bilər və buna görə də Azərbaycan daim ehtiyatlı olmalıdır”.

BAXCP sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, Paşinyan hakimiyyətdən getsə belə, bu, Ermənistandakı proseslərin dəyişməsinə imkan verməyəcək: “Ermənistan terrorçu dövlətdir. Terror ermənilərin dövlət siyasətidir. İstənilən vaxt terrora əl ata bilirlər. Xatırlatma edim, 27 oktyabr 1999-cu ildə Ermənistan parlamentinin binasında törədilən terror aktı zamanı spiker Karen Dəmirçiyanın, baş nazir Sərksiyanın, bir neçə məsul şəxslərin, o cümlədən millət vəkillərinin qətlə yetirilməsi faktını unutmayaq. Bu gün Paşinyanın da qətlə yetirilməsi istisna edilmir. Ancaq düşünürəm ki, Ermənistana böyük təsiri olan Rusiyaya bu gün hakimiyyətdə Paşinyanın olması müəyyən müddətə qədər sərf edir. Buna görə çox az ehtimal olunur ki, Paşinyanın terror nəticəsində aradan götürülsün. Ermənilər Paşinyanı aradan götürsə belə, bu gün siyasi vəziyyətə çox ciddi təsir etməyəcək. Çünki Azərbaycan baş vermiş prosesləri Rusiya ilə, konkret olaraq Vladmir Putinlə həll edir. Və hamı da bilir ki, Ermənistan rəhbərliyinin aparılan müzakirələrdə, o cümlədən 2021-ci ildə imzalanmış üçtərəfli 10 noyabr bəyanatında əsas tərəf Rusiyadır. Ermənistan faktiki formal olaraq təmsil olunur. Buna görə də Azərbaycan həm Zəngəzur dəhlizinin, həm də sərhədlərin müəyyənləşməsi prosesində və digər önəmli məsələlərdə Rusiya ilə masa üzərində müzakirələr aparır. Ermənilərin lobbiləri Paşinyana dəstək verir. Kilsənin isə ola bilsin ki, Paşinyana münasibəti yaxşı deyil. Çünki faktiki 20 ildən artıqdır ki, Köçəryan-Sərkisyan cütlüyünə kilsə yaxında dəstək verib. Bu gün Ermənistanın Azərbaycanla sülhdən qaçması ən çox erməniləri böyük problemlərlə üzbəüz qoyacaq.

Buna görə də artıq Paşinyan deyir ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Soçidə və Brüsseldə keçirdiyi görüşlərdən sonra regionda sülhün bərqərar olması üçün ”sülh gündəliyi"ni irəli aparmağın mümkünlüyü vacibdir. Baş nazirin fikrincə, regionda yeni dövr başlayır və Ermənistan hökuməti bu dövrü sülh siyasəti dövrü olaraq elan edib. Əlbəttə razıyam ki, sülh sazişini təkcə erməni ictimai rəyi həll etmir, bunun üçün dünya erməni lobbisinin, kilsənin, hətta erməni terror təşkilatlarının razılığını almaq lazım gələcək. 100 illik torpaq iddialarının üstündən xətt çəkəcək, geridə buraxacaq bir tarixi sənədə imza qoymaq bu baxımdan olduqca çətin, hətta çox riskli işdir. Ermənilərin başqa alternativ yolu yoxdur. Günün reallıqları ilə barışmalıdılar və xəstə təffəkkürlərindən əl çəkməlidilər. Azərbaycanla yalnız sülh və barış içində yaşamağa məhkumdurlar. Bir də onu da deyim ki, Paşinyan bu gün Azərbaycanla sülh sazişini elə şərtlərlə imzalamaq istəyər ki, ermənilər sonra onun qəbrini söküb cəsədini gölə atmasınlar. Ermənilər görüşməkdə peşəkardırlar, qəddarlıqda da ad çıxarıblar. Paşinyan bunları yaxşı bilir və özünün hakimiyyəti dövründə belə bir yekun sazişin imzalanmamasına çalışacaq. Rusiya da, yəqin ki, Azərbaycan rəhbərliyi də bunun fərqindədirlər, Paşinyanın bu yükün altında əzilməməsi üçün onu çox da tələsdirməyəcəklər. Əks halda, ermənilər onu hakimiyyətdən yıxa bilərlər. Bu isə həm Rusiya, həm Azərbaycan üçün arzuedilən deyil. Paşinyan sülh müqaviləsi üçün qarşısında olan ciddi əngəlləri aşmaq zorundadır. İki millətin qarşıdurmasından qazanan erməni lobbisi buna imkan verməsə belə, erməni kilsəsi həmişə qızışdırıcı mövqe tutduğundan asılı olmayaraq siyasi iradə nümayiş etdirib, Azərbaycanla sülh sazişini imzalamalıdır".
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu