“Anlayırdıq ki, Ermənistan hərbi təxribatlar planlaşdırır” - Zakir Həsənov
Siyaset
Oxunub: 231
22 dek 2021 | 09:46
“Anlayırdıq ki, Ermənistan hərbi təxribatlar planlaşdırır” - Zakir Həsənov


“Azərbaycan Ordusunun ən müasir, yeni nəsil silahlarla təchiz olunması, hərbi təlimlərdə məşq etdirilən xüsusi döyüş tapşırıqları Müdafiə Nazirliyi tərəfindən tam həcmdə açıqlanmırdı. Çünki müharibə vəziyyətində olan ölkənin hərbi potensialı məxfi saxlanılmalıdır”.

Bunu “Azərbaycan” qəzetinə müsahibəsində müdafiə naziri Zakir Həsənov deyib.

Nazir qeyd edib ki, lakin düşmən Azərbaycan Ordusunun güclü olduğunu çox yaxşı bilir və hərbi potensialımızda baş verən müsbət dəyişiklikləri diqqətlə izləyirdi:

“Ermənistanın xüsusi xidmət və hərbi kəşfiyyat orqanlarının bu məsələdə nə qədər həssas olduğunu bilirdik. Eyni zamanda anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi təxribatlar planlaşdırır. Belə bir cəhd 2016-cı ilin 2-5 aprel tarixlərində baş verdi. Erməni silahlı birləşmələri bütün cəbhəboyu mövqelərimizi, yaşayış məntəqələrimizi, mülki infrastrukturu və dinc əhalini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutdu.

Ordumuzun həyata keçirdiyi cavab tədbirləri, endirdiyi dəqiq zərbələr nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan böyük itkilərə məruz qaldı və Ermənistanın törətdiyi təxribat onun özünün sarsıdıcı məğlubiyyəti ilə nəticələndi.

Əməliyyatların başladığı ilk dəqiqələrdən etibarən hərbi vəziyyəti və döyüşlərin idarə edilməsini Ali Baş Komandan birbaşa olaraq öz üzərinə götürdü. Prezident həmin gecə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindən qayıtdı. Aprelin 2-də Təhlükəsizlik Şurasının iclasını çağıraraq konkret əmr və göstərişlər verdi.

Cənab Prezidentin rəhbərliyi ilə ordumuz qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı sarsıdıcı cavab tədbirləri həyata keçirdi, bütün istiqamətlərdən əks-hücuma keçərək düşmən mövqelərinə ağır zərbələr endirdi”.

Z.Həsənov vurğulayıb ki, cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə əməliyyatı zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarıldı, strateji əhəmiyyətə malik yüksəkliklər, ümumilikdə isə 2000 hektardan çox ərazi düşməndən azad olundu:

“Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də azad edilərək bölmələrimizin nəzarətinə keçdi. Döyüşlərdə düşmənə məxsus tanklar, artilleriya və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 300-dən çox hərbi qulluqçusu öldürüldü və 500-dən artıq hərbçisi yaralandı. Aprelin 5-də vasitəçi dövlətlərin, beynəlxalq qurumların müraciətlərini nəzərə alan Azərbaycan rəhbərliyi atəşkəsə razılaşdı və Azərbaycan Ordusu düşmənə qarşı əks-həmlə əməliyyatını dayandırdı, azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərinə başladı.

Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin yeni mərhələdə həyata keçirdiyi hərbi islahatların və ordu quruculuğunun ilk təntənəsi idi. Bu əməliyyatlar Azərbaycan Ordusunun gücünü bütün dünyaya, o cümlədən Ermənistana bir daha nümayiş etdirdi.

2018-ci ilin aprelində Ermənistanda yeni qüvvələrin hakimiyyətə gəlməsi, təəssüf ki, onları ənənəvi təxribat cəhdlərindən çəkindirmədi. Həmin ilin may ayında Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən növbəti təxribata əl ataraq vəziyyəti gərginləşdirməyə cəhd göstərdi. 2018-ci il mayın 20-dən 27-nə qədər bu istiqamətdə keçirilən Günnüt əməliyyatı zamanı Şərur rayonunun Günnüt kəndi, Ağbulaq, Qızılqaya və Qaraqaya yüksəklikləri, ümumilikdə 11 min hektardan artıq ərazi azad olundu. Dərələyəz mahalının Arpa kəndi, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi nəticəsində isə böyük strateji əhəmiyyətə malik İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yolu, yəni Böyük Zəfərədək işğal altında olan Qarabağ ərazisi ilə Ermənistanın cənubunu birləşdirən əsas magistral xəttin mühüm hissəsi nəzarətimiz altına keçdi. Beləliklə, Ermənistanın növbəti təxribatı yenə də onun məğlubiyyəti ilə nəticələndi”.
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
17-05-2024, 09:17
Polşa “Bayraktar”lara qovuşdu