Ruslar Qarabağa humanitar yardım adı altında SİLAH DAŞIYIR? - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 428
21 dek 2021 | 19:49
Ruslar Qarabağa humanitar yardım adı altında SİLAH DAŞIYIR? - NƏ BAŞ VERİR?


Rusiya hərbi karvanı "Laçın" dəhlizindən keçməklə, Qarabağda etnik ermənilərə növbəti dəfə "Humanitar" yardım gətirib. Rusiya belə "humanitar" yardımları Ukraynanın Donbas bölgəsinə də edir. Nədənsə, həmin yardımlar ərzaq deyil, silah və sursatlardan ibarət olduğu sonradan məlum olur”.

Bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə özünün “Facebook” səhifəsində paylaşıb.

Politoloq bildirib ki, Rusiyanın Qarabağa humanitar yardım, yoxsa silah-sursat daşıdığını Azərbaycan bilmir:

“Çünki Qarabağda silahlı erməni dəstələri 15 minə yaxındır və onların silah təcihizatı "Laçın" dəhlizindən həyata keçirilir. 10 noyabr Birgə Bəyannaməsinə görə silahlı erməni birləşmələri bu əraziləri tərk etməlidir. Amma Rusiya tərəfi öhdəliklərə əməl etmir. Hətta oradakı qanunsuz silahlı dəstələrin təchizatını "humanitar" yük adı ilə həyata keçirir. Ümumiyyətlə, Rusiya tərəfi Qarabağdakı etnik ermənilərə humanitar yardım, hər hansı bir işlər həyata keçirməməlidir. Onların missiyası sülhün və təhlükəsizliyin təmininə yönəlməlidir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Laçın koridorunda Azərbaycan postları qurulmayana qədər ermənilərin əl-qolunu yığmaq mümkün olmayacaq:

“Məhz Prezident İlham Əliyevin Brüsseldə “Laçın dəhlizində post qoyulmalıdır” mesajı təkcə Zəngəzur dəhlizi ilə bağlı deyildi. Bu, Rusiyanın artıq Qarabağda silahlı erməni separtçılarının silahlandırılmasının qarşısını almaqdır. Qeyd edim ki, Avropa İttifaqı prezidenti Şarl Mişelin ərazi bütövlüyünə hörmət və tanınması istiqamətində verdiyi bəyanat Azərbaycanın maraqlarına tam cavab verir. Bundan əlavə, Laçın dəhlizi Azərbaycanın ərazi bütövlüyü çərçivəsindədir.

Gələn ildən Qarabağda silahlı ermənilərin fəaliyyətinin qarşısnı almaq üçün Azərbaycan Laçın dəhlizində post qoymalıdır.

Təbii ki, Rusiyanın buna reaksiyası mənfi olacaq. Moskva hazırkı silahlı erməni birləşmələrindən Azərbaycan və Ermənistan əlaqələrinin normallaşmaması və geosiyasi maraqlarına uyğun davam etməsi üçün istifadə edəcək. Ona görə də Azərbaycan Rusiyanın reaksiyalarına rəğmən Laçın dəhlizində post qoymalıdır. “Ya silahlı erməni birləşmələri çıxarılmalı, ya da post qoyulmalıdır” tələbi Moskva qarşısında qaldırılmalıdır”.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi