İLGİNC: Ermənistan Qazaxın 7 kəndinin qaytarılacağını təsdiqlədi - Rus əsgərlərinin dayandığı yol sərhəd sayılacaq
Siyaset
Oxunub: 462
16 dek 2021 | 17:45
İLGİNC: Ermənistan Qazaxın 7 kəndinin qaytarılacağını təsdiqlədi - Rus əsgərlərinin dayandığı yol sərhəd sayılacaq


Ermənistanla Azərbaycan arasında gözlənilən demarkasiya və demarkasiya işləri nəticəsində Tavuşda yeni yolları tikiləcək. JAMAZ.İNFO xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, İrəvan hakimiyyəti Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Tavuş vilayətinin sərhədyanı Voskepar şəhərinə gedən, eləcə də Qazaxın Yuxarı Əskipara kəndinin yaxınlığından keçən bir neçə hissəsində alternativ yollar çəkməyə hazırlaşır. Yeni yol bir neçə kəndi Bağanis Ayrımla birləşdirəcək. “Google xəritəsinə əsasən M-16 şosesi Azərbaycanla sərhədi bir neçə hissədə kəsir. Və Ermənistan hakimiyyəti Google xəritəsi ilə sərhədi çəkdiyindən 12 kilometrlik yeni yolun tikintisi ilə bağlı ilkin qərar verib. Xəritəyə əsasən, magistral Azərbaycanla yeni güman edilən sərhəddi təxminən üç hissədə kəsəcək. Onlardan biri də Tsaghkavan-Kirants yoludur ki, meşələrin arasından keçən yeni yoldan yan keçmək üçün 5-6 km uzunluğunda yol çəkilməlidir”.

Qəzet yazır ki, Kirants kəndindən Voskepara gedən yolun bir hissəsi sərhəddə düşür. Ona görə də, həmin hissəyə alternativ olacaq yeni yol çəkiləcək. “Məlum olub ki, yolun ikinci hissəsi Kirants-Voskepardır və onun uzunluğu, ilkin məlumata görə, 3 km olacaq. Üçüncü yol isə Voskepar-Bağanis Ayrım yoludur. Yeni yol Voskepardan yan keçməyəcək. Əvəzində təhlükəli zonalardan yan keçmək üçün vaxtilə kəndin ərazisindən keçən yol təmir olunacaq. Təmir olunan bu yol kəndi Bağanis Ayrımla birləşdirəcək və uzunluğu da 3 km-ə yaxın olacaq”.

“Fakt” yazır ki, hazırda dəqiq təsdiq olunmuş layihə və hökumət qərarı olmasa da, artıq podratçı axtarışındadırlar. “İlkin müzakirələrə görə, yeni alternativ yolun tikintisinə Tsağkavandan başlanacaq və Kirantsdan keçərək, Voskepardan Bağanis Ayrıma uzanacaq. Voskepar müəyyən ərazi güzəştləri ilə sərhəd kəndi kimi qalacaq. Xəritəyə inansaq, əsas magistralın Voskepar yaxınlığından keçən hissəsi tamamilə Azərbaycana keçəcək”.

Erməni nəşri qeyd edir ki, hələ avqust ayından Tavuş vilayətinin Voskepar sərhəd icmasına rus hərbçiləri yerləşdirilib. “Məlumata görə, sülhməramlıların dayandığı yol Ermənistan-Azərbaycan sərhədi sayılacaq”.

Qəzet onu da bildirib ki, yeni yolların çəkilməsinə yeni ildən başlanılacaq.

Bundan başqa, həmin istiqamətdə İcevaan-Noyanberyan magistralı da keçir ki, həmin yolun Voskepardan keçən hissəsindən istifadə olunmayacaq.

Qeyd edək ki, erməni nəşri məlumatı dəqiqləşdirmək üçün Voskepar şəhərinin meri Serob Maqsudyanla əlaqə saxlayıb. Maqsudyan deyib ki, yolun tikintisi ilə bağlı məlumatlıdır. “Lakin hazırda heç bir iş aparılmır”.

Tavuş vilayətinin qubernatoru Hayk Qaluman isə məlumatı təkzib etməyib. Amma bu barədə məlumata malik olmadığını deyib.

Xatırladaq ki, Azərbaycan və Ermənistan arasında sərhədlərin delmitasiya və demarkasiyası ilə bağlı İşçi Qrupunun yaradılması barədə razılıq əldə olunub. Sərhədlərin müəyyən edilməsi prosesinə gələn ildən başlanacağı gözlənilər.
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi