Azərbaycan Ordusu Çakatendə yeni mövqelərə yerləşib... - Kəndin üstündəki təpədə post qurub
Siyaset
Oxunub: 550
30 noy 2021 | 16:52
Azərbaycan Ordusu Çakatendə yeni mövqelərə yerləşib... - Kəndin üstündəki təpədə post qurub


Azərbaycan Ordusunun Qubadlı istiqamətində mövqe dəyişikliyi etdiyinə dair məlumat yayılıb. JAMAZ.İNFO xəbər verir ki, Ermənistanın ombudsmanı Arman Tanoyan iddia edib ki, bir neçə gün əvvəl əsgərlərimiz Çakaten kəndinin yuxarısında yerləşən təpədə özünə post qurub.

Onun sözlərinə görə, Çakaten kəndinin ən son nöqtəsində yerləşən həmin hündürlük bütün ərazini nəzarətdə saxlamağa imkan verir. Tanoyan bildirib ki, Azərbaycan Ordusunun həmin yüksəklikdə qərarlaşmasından sonra təpənin ətəyindəki bir neçə evin sakini oranı tərk etmək məcburiyyətində qalıb. Bundan başqa, kəndə çəkilmiş 2 km uzunluğunda su xətti də artıq Azərbaycanın nəzarətindədir. Lakin o, su xəttinin bağlanmadığını deyib. Amma Çakaten sakinləri qorxularından həmin sudan içmirlər və kəndin aşağı hissəsindəki bulaqdan özləri üçün su gətirirlər.

Təpənin ətəyindəki evlərdən birinin sakini Qorq Avaqyan deyib ki, Azərbaycan əsgərləri təpənin üzərində hərbi post və qüllə qurduqdan sonra yaşadığı yeri tərk edib. Buna səbəb isə Ordumuzun əsgərlərini özü və ailəsi üçün təhdid görməsidir. Hərçənd özü də etiraf edir ki, indiyə qədər Azərbaycan əsgərləri onlara qarşı hər hansı bir yanlış hərəkət etməyib. “Onlar bizi nə qorxudublar, nə də təzyiq ediblər. Amma biz onlara etibar etmirik. Gecənin bir vaxtı gəlib, evimizə girərələr deyə, oranı tərk etdik”.

Xatırladaq ki, Azərbaycan tərəfi bir müddət əvvəl Çakaten kəndindən Gorusa gedən yolun üzərində nəzarət-buraxılış məntəqəsi qurub. Belə ki, bundan sonra Gorusa getmək istəyən ermənilər həmin postda rüsum edərək, istəklərini reallaşdıra bilərlər. Çakatenin Gorus və Qafana çıxışı olan altrernativ yolu var. Lakin həmin yol torpaqdan olduğundan qışda keçilməz olur.

P.S. Əslində ermənilərin türk adı gələndə qorxmaları, nə 1915-ci il uydurma hadisələri ilə bağlı deyil. Onlar yaxşı bilirlər ki, illərdir Azərbaycan xalqına böyük bir zülm ediblər. Onlar əla anlayırlar ki, Xocalıda soyqırım törədiblər. Məhz ona görə qorxurlar ki, Azərbaycan Ordusu həmin qisası ermənilərdən alar. Lakin Azərbaycan əsgəri və xalqı soyqırımçı deyil. Əgər belə bir niyyət olsaydı, 44 günlıük müharibədə bir mülki ermənini sağ buraxmazdı. Elə bircə, Xankəndi-Kəlbəcər-Zod yolundakı mülki şəxslər qaçan zaman avtomobil karvanını atəşə tutsaydı, yüzlərlə ermənini öldürə bilərdi. Amma bunu ermədi. Çünki biz qatil deyilik. Getdiyimiz yerlərə də həmişə əmin-amanlıq aparmışıq.
Azərbaycan Ordusu Çakatendə yeni mövqelərə yerləşib... - Kəndin üstündəki təpədə post qurub
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO
Dünən, 10:43
“Ağ çiçəyim”in ətrafındakı obyektlərə dəyən zərəri kim ödəməlidir? - AÇIQLAMA
Dünən, 10:37
Dörd dost ağır qəzaya düşdü - Biri öldü