Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA
Siyaset
Oxunub: 239
29 noy 2021 | 12:27
Zirvə görüşündə İranın Azərbaycana qarşı diqqət çəkən mövqeyi - AÇIQLAMA


"İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Aşqabadda 15-ci Zirvə görüşü, oradakı ab-hava, imzalanan sənədlər, Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı və keçirdiyi görüşlər ölkəmizin gələcəyi ilə bağlı çox böyük əhəmiyyət kəsb edir".

Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, İƏT-ni bir növ Türk Dövlətləri Təşkilatının davamı kimi qiymətləndirmək olar: “Çünki İƏT-də təmsil olan ölkələrin əksəriyyəti Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrdir”.

Deputat əlavə edib ki, Zirvə görüşündə diqqət çəkən məqam İranın Azərbaycana qarşı siyasətindəki sərgilədiyi mövqedir: “Artıq İranın Azərbaycana qarşı siyasətində yumşalma və əməkdaşlıq niyyətləri özünü açıq büruzə verir. İlk dəfə olaraq türkmən qazının Azərbaycana nəqli ilə bağlı İranla müqavilə imzalanması çox böyük uğurdur. Bu isə gələcəkdə İranın Azərbaycanla əlaqələrinin daha da inkişaf etməsinə təkan verən amildir. O baxımdan Zirvə görüşündə Azərbaycan və İran prezidentlərinin görüşü çox mühüm əhəmiyyət kəsb edir.
İran da artıq 44 günlük müharibədən sonra Azərbaycanın bölgədə yaratdığı reallığı, Türk Dövlətləri Təşkilatının bu coğrafiyada yeni situasiya yaratdığını gördüyündən öz siyasətində yumşaltmaya getmək məcburiyyətində qalıb. Düzdür, burada Türkiyə Prezidenti R.T.Ərdoğanın da sərgilədiyi mövqeyin müstəsna rolu var. Onun indiyədək və Zirvə görüşündə Azərbaycan, Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı açıqlaması öz təsiri göstərir. Digər tərəfdən Azərbaycan, Türkiyə, Pakistan və İran prezidentlərinin görüşü də gələcək münasibətlərdə öz müsbət təsirini göstərəcək. Odur ki bütün parametrlərinə görə, Zirvə görüşünü Azərbaycanın maraqları baxımından yüksək qiymətləndirirəm. Zirvə görüşündə əldə olunan nəticələr təkcə üzv ölkələr arasında ticari-iqtisadi əlaqələr baxımından deyil, həm də siyasi məsələlərin həlli üçün böyük əhəmiyyət kəsb edir”.

Deputat onu da bildirib ki, bu Zirvə toplantısı Azərbaycanın beynəlxalq arenada açıq-aydın şəkildə önə çıxan ölkə olduğunu göstərdi: “44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbə və bunun nəticəsində bölgədə yaratdığı yeni geosiyasi reallıq, eyni zamanda işğaldan azad olunan ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini görən dövlətlər, ölkəmizin sürətlə inkişaf etməkdə olan bir dövlət olduğunu yaxşı anlayırlar. Həmin ölkələr Azərbaycanın heç bir xarici maliyyə dəstəyi olmadan öz problemlərini həll etmək iqtidarındadır. Digər tərəfdən Azərbaycan Prezidentinin yürütdüyü siyasət açıq siyasətdir. Kim Azərbaycanla səmimi münasibətlər qurmaq istəyirsə, qapı onun üzünə açıqdır. Hesab edirəm ki, Türk Dövlətlər Təşkilatının inkişafı İƏT-nin də inkişafına və genişlənməsinə öz müsbət təsirini göstərəcək. Bu da öz növbəsində bu coğrafiyada sabitliyə və inkişafa öz töhfəsini verəcək”.
Dünən, 16:00
10 mayla bağlı Bakının tələbləri: Masaya yeni şərt qoyuldu - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Kilsə Paşinyanı devirə biləcəkmi? – Şərh
Dünən, 14:27
Azərbaycan-Slovakiya sənədləri imzalanıb - YENİLƏNİB
Dünən, 14:23
İlham Əliyev və Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Dünən, 14:22
Bir tərəfdə demarkasiya, bir tərəfdə etiraz: Paşinyan isə lağ etməyə başladı - GƏLİŞMƏ
Dünən, 13:39
Şəhid ailələrinə ŞAD XƏBƏR - Layihə təsdiqləndi
Dünən, 13:35
Milli Məclis Mehriban Əliyevaya təbrik məktubu ünvanladı
Dünən, 13:32
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 13:28
Paşinyanı Bakıya dəvət etmək olar - Milli Məclisdə TƏKLİF
Dünən, 11:31
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb
Dünən, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Dünən, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Dünən, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Dünən, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Dünən, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Dünən, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Dünən, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Dünən, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Dünən, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
6-05-2024, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
6-05-2024, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
6-05-2024, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
6-05-2024, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
6-05-2024, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
6-05-2024, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
6-05-2024, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
6-05-2024, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi