Soçidə NƏ BAŞ VERDİ? - AKTUAL
Siyaset
Oxunub: 520
27 noy 2021 | 18:50
Soçidə NƏ BAŞ VERDİ? - AKTUAL


Noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında ikitərəfli görüş keçirildi. Azərbaycan Prezidenti ilə səmimiyyətlə görüşən Rusiya Prezidenti ikitərəfli görüşdə xoş sözlərini ifadə edib, bir sıra məsələlərə toxunub.

“Biz bu gün Qarabağ nizamlanması ilə bağlı üçtərəfli formatda danışacağıq. Bir müddət sonra Ermənistanın Baş naziri bizə qoşulacaq”, V.Putin bildirib. O vurğulayıb ki, Qarabağ nizamlanmasında Rusiya sülhməramlıları müsbət rol oynayır. “Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzi də aktiv işləyir. Təəssüflər olsun ki, problemlər var, insidentlər olur. Təəssüflər ki, ölümsüz ötüşmür. Biz elə bunun üçün yığışmışıq. Baxaq görək indiyə kimi nə edilib, bundan sonra belə şeylər baş verməsin, regionda vəziyyət sakitləşsin, region ölkələrinin inkişaf etməsi üçün şərait yaransın”, - Rusiya dövlət başçısı qeyd edib.

Putin İlham Əliyevlə danışıqları zamanı bildirib ki, görüşdən əvvəl o, Rusiyanın müdafiə naziri Sergey Şoyqu, FTX rəhbəri Aleksandr Bortnikov və baş nazirin müavinlərindən biri ilə danışıb. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir. “Elə indicə həmkarlarımla danışdım. İqtisadi problemlər və nəqliyyat dəhlizlərinin açılması ilə bağlı məsələlərlə məşğul olan, yaxşı tanıdığınız Rusiya hökumətinin baş nazirinin müavini ilə danışdım. Mən müdafiə naziri ilə, nizamlanmaya mühüm töhfə verən sərhəd xidmətlərinə başçılıq edən FTX-nin direktoru ilə danışdım”, - Putin bildirib. Rusiya lideri Azərbaycanda rus dilinin inkişafından razılığını da dilə gətirib.

Azərbaycan Prezidenti Putinlə ikitərəfli görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləməyin vacibliyindən danışıb. Görüşün mətbuata açıq hissəsində Azərbaycan Prezidenti qeyd edib ki, bu il ərzində Bakı ilə Moskva arasında fəal dialoq aparılıb, prezidentlər tez-tez telefonla danışıblar. Əliyev bildirib ki, Azərbaycan ikitərəfli münasibətlərin inkişaf dinamikasından çox razıdır.

İlham Əliyevin sözlərinə görə, bir çox məsələlər ikitərəfli formatda həll olunub: “Bu gün biz münasibətləri strateji tərəfdaşlar münasibətləri kimi xarakterizə edirik. Bu sadəcə bir ifadə deyil, əslində belədir. Və biz bütün sahələrdə əlaqələrimizin səviyyəsini daha da yüksəltmək əzmindəyik. Ticarət dövriyyəsi artır, iqtisadi əməkdaşlığa çox böyük qarşılıqlı maraq var, o cümlədən işgüzar dairələr arasında. Və əlbəttə ki, əlaqələrimizin bir çox sahələri əhatə etməsi bizi çox sevindirir. Biz hazırda iqtisadiyyat, nəqliyyat, humanitar əməkdaşlıq sahələrinin demək olar ki, böyük əksəriyyəti üzrə 7 yol xəritəsini həyata keçiririk”.

Azərbaycan Prezidenti ölkədə rus dilinin tədrisinin populyarlaşması və qorunub saxlanması ilə bağlı verilən qiymətə və azərbaycanlı tələbələr üçün Rusiyada gözəl təhsil şəraitinə görə Rusiyaya minnətdarlığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasının 15 mindən çox vətəndaşı Rusiya universitetlərində təhsil alır.

“Əlbəttə, bu gün biz Ermənistan-Azərbaycan problemlərindən ətraflı danışacağıq”,- deyə bildirən Azərbaycan Prezidenti əlavə edib ki, Rusiya sülhməramlı qüvvələri ötən il noyabrın 10-da fəaliyyətə başlayan vaxtdan bəri onların məsuliyyət zonasında ciddi insident baş verməyib. İlham Əliyev xatırladıb ki, Azərbaycan və Ermənistan sərhədində toqquşmalar olub, lakin bu, Rusiya sülhməramlılarının məsuliyyəti sahəsi deyil.

“Amma təbii ki, bu, bizi üçtərəfli formatda risklərə necə nəzarət etmək, onları minimuma endirmək və Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli nizamlanması üzərində işləmək barədə danışmağa məcbur edir. Biz sizin bu məsələdə şəxsi rolunuzu, Rusiya Federasiyası hökumətinin rolunu və təbii ki, Qarabağda sülhün qorunmasında Rusiya sülhməramlılarının rolunu yüksək qiymətləndiririk. Ümid edirik ki, gələn il də işlər davam etdiriləcək və yaxşı nəticələr olacaq”, - İlham Əliyev bildirib.

İkitərəfli görüşdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli qapalı müzakirələri başlayıb. Prezident Putinin baş nazir Nikol Paşinyanla ikitərəfli görüşünü üçtərəfli müzakirələrdən sonra keçirmək qərarı maraq doğurub və müzakirələrə səbəb olub. Rusiya Prezidenti üçtərəfli görüşdə iştirak etdikləri üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkürünü bildirib. “İlk növbədə, bir il ərzində görülmüş işlərin bəzi nəticələrinə yekun vurmaq üçün dəvəti cavablandırıb Rusiyaya gəlməyə imkan tapdığınıza görə sizə təşəkkür etmək istərdim”, - deyə o bildirib.

RF Prezidenti Qarabağda hadisələrin qarşısını almaq üçün bu üçtərəfli görüşün vacibliyini vurğulayıb. “Təəssüf ki, hələ də bütün məsələlər öz həllini tapmayıb. Sərhəddə baş verən hadisələrdən xəbərim var. Bütün bunlar bizim tərəfimizdən xüsusi diqqət tələb edən şeylərdir. Əslində, digər məsələlərlə yanaşı, gələcəkdə oxşar hadisələrin baş verməməsi üçün bu gün toplaşmışıq. Amma bütövlükdə il ərzində çox iş görülüb. Birincisi, genişmiqyaslı hərbi əməliyyatlar aparılmır, bu, özlüyündə çox yaxşıdır”, - Putin deyib.

“Azərbaycan bu il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələsində maksimum konstruktivlik nümayiş etdirib”. Bunu isə Azərbaycan Prezidenti İlham Əliyev üçtərəfli görüş zamanı bildirib. Prezidentin sözlərinə görə, bundan sonra da bu işlər davam etdiriləcək. Bakı Rusiyanın Azərbaycan-Ermənistan sərhədi məsələsi ilə bağlı konsultativ dəstəyini müsbət qiymətləndirir. Ölkə Prezidenti qeyd edib ki, Bakı prosesə başlamağa hazırdır.

N.Paşinyan çıxışında növbəti dəfə ATƏT-in Minsk Qrupunun fəaliyyətinə ehtiyac olduğu barədə iddiasını dilə gətirib. Bununla yanaşı, ölkəsinin kommunikasiyalar və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı anlaşmaya hazır olduğunu söyləyib. Ancaq baş nazir Azərbaycanı Ermənistan ərazisinə müdaxilədə ittiham etməklə sülh prosesini pozmaqda maraqlı olduğunu nümayiş etdirib.

“Bu gün bir il ərzində görülən işləri müzakirə etmək üçün toplaşmışıq. Ötən müddət ərzində çox işlər görülüb”. Bunu isə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Rusiya liderlərinin Soçi şəhərindəki görüşündə bildirib. Hələlik bəzi məsələlərin həll olunmadığını qeyd edən Rusiya Prezidenti deyib: “Sərhəddə baş verən faciəli hadisələr zamanı hər iki tərəfdən insanlar həyatını itirir. Bu kimi hallara biz tərəfdən xüsusi diqqət yetirilməlidir”. Regionda dinc həyatın qurulması çərçivəsində üç ölkənin baş nazir müavinlərindən ibarət işçi qrup yaradıldığını xatırladan V.Putin bildirib ki, yaxın vaxtlarda nəqliyyat yollarının açılması ilə bağlı həmin qrupun səlahiyyətləri təsdiqlənməlidir.

Rusiya Prezidenti həmçinin qeyd edib ki, həm Azərbaycanla, həm də Ermənistanla münasibətləri xüsusi xarakter daşıdığı üçün regiondakı vəziyyətin yoluna qoyulması da onlar üçün xüsusi əhəmiyyət kəsb edir.

“Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır”, - Putin çıxışında bildirib. “Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir”, - o bildirib. Rusiya Prezidenti qeyd edib ki, son bir ildə Qarabağdakı vəziyyətin həlli üçün çox iş görülüb: “Lakin, təəssüf ki, bütün məsələlər hələ həllini tapmayıb”.

“Biz Brüssel görüşünə qədər nəticələrin əldə olunmasını istəyirik”, deyən V.Putinin qənaətincə, “Hərçənd biz başqa görüşlərə heç vaxt etiraz etməmişik. Amma istərdik ki, ora konkret nəticə ilə gedilsin”.

Rusiya Prezidentinin “Dövlətlər bir-birilərinin ərazi bütövlüyünü, suverenliyini tanımalıdır. Bu, inkişaf üçün vacibdir”, yanaşması Azərbaycanın maraqlarına tam uyğundur. Eyni zamanda digər məqamlar da var ki, ölkəmizin maraqlarına xidmət edir.

Bəs ekspertlər nə düşünür, bundan sonra nə baş verəcək? Sülh sazişi imzalanacaqmı? Yaxud İrəvan konstruktiv mövqeyə gəlib, nəhayət, dəhliz və kommunikasiyalarla bağlı, həmçinin delimitasiya və demarkasiya istiqamətində addımlar atacaqmı?

Deputat Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, qeyri-adi nəticə baş vermədi: “Tərəfimizdən verilən təhlillər öz təsdiqini tapır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi regionda gedən proseslərdən kənarda qalmaq istəmir və hətta nüfuz sahibi kimi çıxış etməyə çalışır. Məhz Rusiya prezidenti Vladimir Putinin ”Gecikmədən sərhədləri müəyyənləşdirmək, yekun sülh müqaviləsi bağlamaq lazımdır" sözləri də buna sübut kimi qəbul edilməlidir. Erməni tərəfi isə yenə də ATƏT -in Minsk Qrupunun patronajlığının labüd olduğundan danışır. Hətta Soçi görüşünü işçi görüş, Brüsseli isə protokol hesab edirlər. Bu, o deməkdir ki, Ermənistan Qərbi də danışıqlarda görmək niyyətindədir. Lakin zaman Azərbaycana işləyir və biz diktə edən tərəf kimi, görüşə prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi təkliflər paketi ilə gəlmişik".

A.Nağıyev digər məqama da diqqət çəkdi: “Məlumdur ki, sülh müqaviləsindən öncə sərhədin delimitasiya və demarkasiyası üçün komissiya yaranmalı və təsdiq edilməlidir, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, 10 noyabr 2020 -ci ili saziçinin maddələrini, 11 yanvar 2021 ci il protokollarını yerinə yetirməlidir və bu artıq kommunikasiya və dəhlizlərin açılması deməkdir. Yəqin ki, ikili görüşlərdə minlarala və əsirlərlə bağlı məsələlər də müzakirə ediləcək. Digər bir vacib məslələ də 3+3 formatı ilə bağlıdır, Rusiya Gürcüstanla anlaşmalıdırlar və bu istiqaməıtdə adıımlar atmalıdırlar”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, prezident Putunin açıqlaması komminikasiyaların açılması və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı fəaliyyətə başlanılması istiqamətində addımların atılacağından, yaxud komissiyanın yaradılacağından xəbər verir: “Yəqin hansısa üçtərəfli komissiyanın yaradılması razılaşdırılacaq. Hökumət başçılarının müavinləri səviyyəsində kommunikasiyalarla bağlı bir komissiya fəaliyyət göstərir. İkinci komissiya yəqin ki, sərhədlərlə məşğul olacaq”. E.Şahinoğlu vacib bir nüansa toxundu: “Biz görürük ki, Rusiya və Ermənistan rəhbərləri dəhliz yox, kommunikasiya xətti deyirlər. Düzdür, biz dəhliz istəyirik. Amma bu, alınmasa belə, bizim manevr imkanlarımızı genişləndirən situasiyaya səbəb olacaq. Zəngəzurda bizə dəhliz verilməsə, o halda biz Laçın dəhlizinə son qoyub, orada kommunikasiya xəttinin mövcudluğuna israr etməliyik. Eyni zamanda Laçın dəhlizi üzərində bizim sərhəd, gömrük, posport xidmətləri həyata keçiriləlidir. Məncə, yekun bəyanatda da bu kimi məsələlər olacaq”.

Bu yerdə xatırladaq ki, Azərbaycan Prezidenti Soçi görüşünə getdiyi gün rəsmi Bakı humanizm nümayiş etdirərək Ermənistana iki əsir qaytardı. Eyni zamanda ordumuzun komandos tipli yeni hərbi hissəsinin açılış mərasiminin məhz eyni gündə keçirilməsi dövlətimizin qüdrətinin nümayişi olmaqla yanaşı, düşmənə yönəlik ciddi mesajı kimi də xarakterizə edilə bilər. Azərbaycan dövləti kapitulyasiyaya imza atmış Ermənistandan indiki halda götürdüyü öhdəlikləri yerinə yetirməsini, ərazi bütövlüyümüzü tanımasını, beynəlxalq qanunlara əməl etməsini istəyir. Əks halda, “Dəmir yumruq” yerindədir.
“Yeni Müsavat”
Bu gün, 10:44
Bu deputatlar yola salınır – SİYAHI
Bu gün, 10:34
“AzParking”də avtomobilə dəyən ziyana görə kim məsuliyyət daşıyır? - AÇIQLAMA - FOTO
Bu gün, 10:29
Azərbaycan xüsusi təyinatlıları Konyada - VİDEO
Bu gün, 10:20
Avropa İttifaqı 6 istiqamətdə Rusiyaya qarşı sanksiyalar hazırlayır: Detallar açıqlandı
Bu gün, 10:12
Moskvadakı hərbi paradı bu ölkə liderləri də izləyəcək
Bu gün, 10:05
Azərbaycanın neokolonializmə qarşı təşəbbüsü: Narahat olan Yelisey sarayı - ŞƏRH
Bu gün, 09:25
Laçında müntəzəm marşrut xətləri açılıb - FOTO
Bu gün, 09:16
ABŞ Ukraynaya gizli silah göndərib: Rusiyaın nüvə zərbəsi dünya savaşına keçid olacaq
Bu gün, 09:00
HƏMAS İsraillə atəşkəsə razılaşdı
Dünən, 16:00
Bakının mümkün çağırışı: Zelenki razılaşacaq. Bəs Putin? - AKTUAL
Dünən, 15:30
"Fransadan və onunla eyni siyasi xətti bölüşənlərdən fərqli olaraq..." - ŞƏRH
Dünən, 14:22
Yeganə alternativ “Ermənistan layihəsinin” bağlanması ola bilər” - AKTUAL
Dünən, 14:17
Maliyyə məsələsi COP29-un əsas mövzusu olacaq
Dünən, 14:00
Almatı görüşündən sonra sülh müqaviləsi hazırlanacaq? - GƏLİŞMƏ
Dünən, 13:29
Ağdərədə sümük fraqmentləri aşkarlanıb
Dünən, 13:26
Azərbaycanda Məhərrəmlik ayı bu tarixdə BAŞLAYACAQ
Dünən, 13:23
Azərbaycanla Albaniya arasında saziş təsdiqləndi
Dünən, 13:20
ABŞ-nin Azərbaycandakı səfiri Şuşaya səfər edib
Dünən, 12:03
Rusiyaya PUA hücumu - Çoxsaylı ölü və yaralı var
Dünən, 11:58
Ermənistan-Azərbaycan arasında daha bir sərhəd kəndində delimitasiya başlayıb
Dünən, 11:54
Prezident Həştərxan vilayətinin qubernatorunu qəbul edib
Dünən, 11:30
Bəzi rayonlarda elektrik enerjisinin verilişi dayandırıldı - SƏBƏB
Dünən, 11:08
Azərbaycanda erməni öz minasına düşdü
Dünən, 10:56
Abituriyentlərin nəzərinə: Qeydiyyat üçün son gün
Dünən, 10:51
Son günlər azyaşlılar arasında yayılan yeni virus nədir? - VİDEO
Dünən, 10:44
İsrail ordusu Qəzzadan geri çəkilir
Dünən, 10:40
İşğal vaxtı Xankəndidə doğulan sonuncu azərbaycanlının acı taleyi... - VİDEO