Paşinyan nə etmək istəyir? - Rusiyanı qıcıqlandıran səbəb
Siyaset
Oxunub: 246
25 noy 2021 | 11:16
Paşinyan nə etmək istəyir? - Rusiyanı qıcıqlandıran səbəb


“Rusiya Cənubi Qafqazda, xüsusən də Ermənistan-Azərbaycan münaqişəsinin həllindən sonra əldə etdiyi üstünlüyü Avropa ilə bölüşməmək istəmədiyi üçün 15 dekabr görüşündən öncə təkidlə belə bir görüşü keçirəcək. Çünki Moskva 9 noyabr ərəfəsində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü barədə anons versə də, İrəvanın belə bir istəkdə olmadığından həmin görüş baş tutmadı. Ancaq Paşinyanın Avropa İttifaqının təşəbbüsü ilə Azərbaycan Prezidenti ilə dekabrın 15-də görüşə razılıq verməsi, Moskvada müəyyən qıcığa səbəb olub. Və İrəvana təzyiq imkanlarından istifadə etməklə 15 dekabrdan öncə noyabrın 26-da üçtərəfli görüşün keçirilməsinə nail olub”.

Bunu açıqlamasında deputat Ramil Həsən deyib.

Onun sözlərinə görə, bu görüş bir daha onu sübut edir ki, Rusiya bölgədəki dominantlığını əldən vermək istəmir.

“Ermənistan-Azərbaycan münaqişəsinin həllində istər Rusiya, istərsə də Avropa ilk baxışda oxşar mövqedən çıxış etməsi görünsə də, əslində, tamamilə fərqli yanaşmalar mövcuddur. Avropa məsələnin yenidən ATƏT çərçivəsində həllinə üstünlük versə də, Rusiya 2020-ci ildə 44 günlük müharibə zamanı əldə etdiyi üstünlüyü əldən vermək istəmir və başlatdığı prosesi özü davam etdirmək istəyir”, - deputat qeyd edib.

Bununla belə deputat hesab edir ki, gələcəkdə Azərbaycan, Rusiya və Ermənistan arasında aparılan danışıqlar prosesi dördlü platformaya çevrilə bilər və Türkiyə də Cənubi Qafqazda sülhün, sabitliyin yaranması isitqamətində gedən proseslərdə danışıqlarda rəsmi tərəf kimi iştirak edə bilər: “Belə bir ehtimal böyükdür və bu gələcək proseslərin inkişaf dinamikasından asılı olacaq. Hesab edirəm ki, Türkiyənin də prosesə cəlb olunması bölgədə sülhün əldə olunmasına öz müsbət töhfəsini vermiş olcaq”.

Deputat onu da əlavə edib ki, istər noyabrın 26-da, istərsə də dekabrın 15-də Brüsseldə keçiriləcək görüşlər Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir: “Bir-biri ilə rəqabət aparan güclərin təşkil etdiyi görüş Azərbaycanın maraqlarına cavab verir. Azərbaycanın görüşlərdə mövqeyi Ermənistandan qat-qat üstündür və əlində yetərincə imkanlar mövcuddur.

Digər tərəfdən Azərbaycan hər zaman dialoqa və bölgədə real sülhün yaranması üçün istənilən formatda görüşə hazırdır”.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb