Putinin yeni təklifi: Sərhədə rus qoşunları gəlir? - NƏ BAŞ VERİR?
Siyaset
Oxunub: 393
20 noy 2021 | 19:19
Putinin yeni təklifi: Sərhədə rus qoşunları gəlir? - NƏ BAŞ VERİR?


“Azərbaycanla Ermənistan arasında vəziyyətin nizamlanmasında Rusiya diplomatiyasının rolu artıb”.

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin Kollegiya iclasında çıxış edərkən deyib. O, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda oynadığı roldan danışıb. “Azərbaycan-Ermənistan sərhədindəki hadisələr regionda vəziyyətin sakitləşmədiyini göstərir”, - V.Putin əlavə edib.

Prezident Putin Rusiyanın diplomatik rolunun artmasını detallı şəkildə izah etməyib. Ancaq siyasi ekspertlər hesab edir ki, söhbət ilk növbədə, son vaxtlar Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalar fonunda rəsmi Moskvanın vasitəçilik təşəbbüslərini genişləndirməsindən gedir. Bundan başqa, Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Müdafiə Nazirliyinin təqdim etdiyi xəritələr əsasında sərhədlərin müəyyənləşməsinə razı olması Kremlə bölgədə maraqlarını təmin etməyə üstünlük qazandırır.

Bu barədə Cebhe.info-ya açıqlama verən politoloq Nəsimi Məmmədlinin sözlərinə görə, Putinin fikirləri siyasi reallığı əks etdirir.

Çünki 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatında aparıcı qüvvə kimi Rusiya çıxış edir. Son bir ildə Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı fəaliyyəti də bunu deməyə əsas verir. Bu baxımdan Rusiyanın regionda həm hərbi, həm də siyasi təsirləri artıb. Qeyd edək ki, Kremlin yaranmış gərginlikdən istifadə edərək Azərbaycan-Ermənistan sərhədinə Rusiyanın sərhəd qoşunlarını yerləşdirmək planının olduğu barədə məlumatlar səslənir. Prezident Putinin Rusiyanın diplomatik rolunun artması barədə fikirləri də məhz sətiraltı mənada bunu nəzərdə tutur.

Lakin Nəsimi Məmmədli hesab edir ki, Azərbaycan özünün dövlət sərhədlərinin müdafiəsini Rusiya qoşunlarına həvalə etməz:

“Əslində, Ermənistanın sərhədləri Rusiyanın nəzarətindəir. Münaqişə olsa da- olmasa da Ermənistan-Rusiya münasibətləri elə bir müstəvidədir ki, həm birgə qoşun birləşməsinin mövcudluğu, həm Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olması, eləcə də dövlət sərhədinin mühafizəsinin Rusiyaya həvalə edilməsi belə fikri söyləməyə əsas verir. Ancaq Putinin bəyanatını bununla əlaqələndirməyi düzgün hesab etmirəm. Çünki Rusiya onsuz da oradadır. Ermənistanın xarici sərhədlərinə onsuz da Rusiya nəzarət edir. Azərbaycan-Ermənistan sərhədinə Rusiya qoşunlarının yerləşdirilməsi yalnız ikitərəfli müqavilələr əsasında mümkün ola bilər. Yəni sərhədlərin delimitasiyası və demarkasiyasına dair saziş imzalandıqdan sonra qarşılıqlı razılaşma yolu ilə müəyyən postlar qurula bilər.

Lakin bunun Azərbaycan ərazisi daxilində olacağına inanmıram. Çünki Azərbaycan özünün dövlət sərhədlərini özü qoruyur. Xarici dövlətlərin Azərbaycan sərhədlərinin mühafizəsində iştirakına imkan verilmir. Rusiya Azərbaycanın cənub sərhədlərinin birgə mühafizəsi məsələsini əvvəllər də qaldırıb. Azərbaycan bununla razılaşmayıb və indi də heç qəbul etməz. Çünki Azərbaycan dövlət sərhədlərini qorumaq gücündədir. Həm də işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın sərhəd qoşunları və zastavaları var. Orada Azərbaycanın hər hansı sərhəd təhlükəsizliyi problemi yoxdur. Əgər söhbət münaqişənin aradan qalxmasından gedirsə, qoşunların orada olub-olmamasının əhəmiyyəti yoxdur. Sadəcə, Rusiyanın bölgədəki diplomatik fəallığı çox yüksəkdir. Bu, həm üç Cənubi Qafqaz ölkəsi və Rusiya, Türkiyə, İrandan ibarət yaradılması təklif edilən “Altılıq” formatı çərçivəsində, həm də regionda mövcud olan münaqişələrdə özünü göstərir”.

Ekspert bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası məsələsinə gəlincə, bu prosesdə Rusiyanın diplomatik səyləri öz məqsədinə çatıb. Hazırda daha çox məsələnin detalları müzakirə olunur.

“Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı problemlər öz həllini tapmalıdır. Bu mümkün olmasa, regionda sülh olmayacaq. Bu gün Rusiya istəyir ki, bölgədə sabitlik olsun, amma bu sabitliyə özü nəzarət etsin. Bura başqa Qərb oyunçularının daxil olmasına imkan verməsin. Ona görə də tərəflər arasında aktiv fəaliyyət göstərir. İndi regionda elə bir vəziyyət yaranıb ki, həm Azərbaycan, həm Ermənistan Rusiyanın təkliflərini qəbul etmək məcburiyyətindədir. Bundan imtina etmək çox çətindir. Bölgədə sabitliyin təminatçısı kimi Rusiyanın çıxış etməsi məsuliyyətdən və geosiyasi reallıqdan qaynaqlanır”.
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ