Bakı mühasirəni daraldır - Ermənistanda panika: “Qorxduğumuz başımıza gəldi...”
Siyaset
Oxunub: 217
16 noy 2021 | 10:54
Bakı mühasirəni daraldır - Ermənistanda panika: “Qorxduğumuz başımıza gəldi...”


İrəvan son “patronları”nı atır; Azərbaycan isə kapitulyant ölkəyə “nida”nı “vergül”ə çevirmək şansı verməyəcək!..

“Azərbaycan-Ermənistan münaqişəsinə yağlı bir nöqtə qoyulub və geriyə dönüş yoxdur”.

Bu sözləri ötən həftəsonu Şuşada keçirilmiş dəyirmi masanın iştirakçısı Rusiya Dövlət Dumasının deputatı, “Rodina” Partiyasının sədri Aleksey Juravlev deyib.

Deputat Şuşa yaxınlığındakı son terror aktını və Ermənistanda hələ də sülhü istəməyən qüvvələrin varlığını xatırladaraq bildirib: “Ermənistan hökumətinin icazəsi ilə İrəvanın mərkəzində rusofobik mitinqlər keçirilir. Sən demə, bütün günahlar bizdə - Rusiyada imiş. Bütün bunlar məqsədli şəkildə edilir. Neqativ əhval-ruhiyyənin qabağı alınmır. Azərbaycan-Ermənistan münaqişəsində yağlı bir nöqtə qoyulub və geriyə dönüş yoxdur. Əgər kimsə bunu başa düşmürsə, qoy gəlib bu ərazilərin necə bərpa olunduğunu görsün”.

*****

Əfsus ki, Azərbaycanın yaratdığı yeni reallıqları görmək, onların fəlsəfəsini anlamaq əvəzinə, Ermənistanda onları görməzlikdən gələn radikal-revanşistlər, “yağlı nöqtə”ni israrla “vergül”ə çevirmək istəyən qüvvələr, hakimiyyət mövcuddur. Bu minvalla onlar növbəti dəfə bizim dövlətin qətiyyətinə, “dəmir yumruğuna” tuş gələcəklər. Çünki kimin nə hava çalması və hansı havaya oymasından asılı olmayaraq, regionda şərtləri indi Bakı diktə edir.

Ermənistana əsas təzyiq rıçaqları da məhz bizim əlimizdədir. Bu xüsusda qarşı tərəf gərək unutmasın ki, əlimizdəki rıçaqlar İrəvanın çox ümid bəslədiyi bəzi güclərin Bakıya təzyiq imkanlarından qat-qat təsiriidir. Çünki bölgədə yeni reallıq, yeni status-kvo hökm sürür və bu çox uzun müddətə, əbədidir, müvəqqəti deyil.

Söhbət ilk növbədə Azərbaycanın iqtisadi təzyiq üsullarından gedir. Yəni Ermənistan əgər məqsədli şəkildə konstruktiv kursdan yayınmağa, 10 noyabr akrını sabotaj eləməyə və vaxtı uzatmağa, Zəngəzur dəhlizinin açılışını yubatmağa çalışarsa, Qarabağda hərbçilərimizə qarşı yeni təxribat əməllərinə rəvac verərsə, bunu öz üzərində daha sərt, daha qabarıq şəkildə hiss edəcək. Necə ki, hiss edir.

Ərazimizdən keçən yollarda adicə yeni sərhəd və gömrük nəzarət postlarının qurulmasının məğlub ölkədə yaratdığı panika buna sübutdur. İrəvan hökuməti özünü ağıllı aparmadıqca beləcə, onun da, Ermənistanın da mühasirəsi daralacaq. Qarşıdan isə soyuq qış gəlir.



*****

Yeri gəlmişkən, 15 noyabr saat 00:00-dan Azərbaycan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başlayıb. Beləliklə, Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand və digər kəndlərin əhalisi üçün iki seçim qalır: ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə (Mehriyə gedib, oradan Qafana keçəcəklər) qət etməli olacaqlar.

Gorus-Qafan yolunda gömrük məntəqəsinin qurulması Şahverdilər (Vorotan), Şurnux və Bərdzrəvan kəndlərini, Qafan-Çakaten yolunda gömrük məntəqəsinin qurulması Çakaten, Sıxovuş (Şikahoq), Kilsəkənd (Sraşen), Tsav, Nerkin Hand kəndlərini çətin vəziyyətə salır. Hər iki istiqamətdə Ermənistan hakimiyyətinin təklif etdiyi alternativ yol əlverişsizdir.

Siyasi müşahidəçilərə görə, bununla rəsmi Bakı Paşinyan hakimiyyətini də siyasi blokadaya salır. Əslində həm də ona aydın siqnallar verir ki, Azərbaycanla sülh müqaviləsi imzalayıb əməkdaşlıq eləməkdən savayı yolu yoxdur, olmayacaq və bu prosesə əngəllər yaratmaqla ən böyük pisliyi özünə, əhalisinə edir.

Bakı mühasirəni daraldır - Ermənistanda panika: “Qorxduğumuz başımıza gəldi...”


Gevork Parsyan

“Təəssüf ki, qorxduğumuz başımıza gəldi”. Bunu Qafan meri Gevork Parsyan Çakatendə ötən gecədən etibarən Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

“Bu, bizim üçün çox ciddi problemdir, çünki yol bağlanıb və bu qəsəbələrin, ümumiyyətlə, alternativ yolu yoxdur. Yeganə variant Mehri vasitəsilədir. Faktiki olaraq 7-8 kilometrlik Qafan yolu 150 km uzanacaq. Yeganə qısa alternativ yol 90-cı illərdə tikilən çətin keçilən yoldur, bunun da üzərində işləmək lazım gələcək. 6 kəndin əhalisinin qayğısına qalmalıyıq” , - Parsyan həyəcanla bildirib.

*****

Ona görə də bir daha qeyd eləmək zərurəti var: erməni xalqının tərəqqi yoluna çıxması özünün və rəhbərliyinin əlindədir. Amma biz nəyi müşahidə edirik? Ermənistan köhnə, fəlakətli yola qayıtmağa çalışır, hətta 44 günlük müharibədəki yeganə xilaskarı Rusiyaya “buynuz” göstərir. İrəvanda Paşinyan hakimiyyətinin “xeyir-duası” ilə Rusiya əleyhinə keçirilən təhqiramiz aksiyaların başqa adı yoxdur. Bu, nankorluğun zirvəsi, “oturduğun ağacı” baltalamaqdır.

Bakı mühasirəni daraldır - Ermənistanda panika: “Qorxduğumuz başımıza gəldi...”


Norayr Mirzoyan

Artıq tanınmış ermənipərəst rusiyalı siyasi ekspertlər də belə həyasız davranışdan şoka düşməyə başlayıblar. O sırada Yevgeni Satanovski deyib ki, Şuşa yaxınlığındakı postda azərbaycanlı hərbçilərə əl qumbarası atmış Ermənistan vətəndaşı Norayr Mirzoyanın Azərbaycana təhvil veriləcəyi təqdirdə rusiyalı sülhməramlılara hücumlar edəcəklərini bildirən erməni radikalların cavabları verilməlidir.

“Mirzoyanın azərbaycanlı hərbçilərə qumbara atmasından sonra erməni radikalların davranışı və bəyanatları gözləniləndir, nümayişkaranədir. İkinci Qarabağ müharibəsinin başa çatmasının ildönümü münasibətilə də Ermənistandakı ultramillətçilər Rusiyanın İrəvandakı səfirliyinin qarşısında nümayiş keçirərək Moskvanı suçlamış, hədələmişdilər. Rusiyalı sülhməramlıların Ermənistana təhvil verdikləri Mirzoyanın azadlıqda qalacağı və ya çox qısa zamanda azadlığa çıxacağı ilə bağlı Azərbaycanın narahatlığı məntiqi, əsaslıdır”.

G.Satanovski hesab edir ki, Rusiyanın qarant olduğu atəşkəsi pozan adam mütləq yerindəcə ləğv edilməli, zərərsizləşdirilməlidir: “O adamın kimliyi əsla önəmli deyil. Tarixi təcrübə var. Rusiyalı sülhməramlıları, Rusiyanı hədələyənlərlə bağlı heç bir başqa metod işləmir və işləyən də deyil”.

O, daha sonra vurğulayıb ki, Qarabağdakı ermənilərin təhlükəsizliyinin, habelə Ermənistanın dövlətçiliyinin təminatı üçün əvvəllər heç bir erməni Rusiyaya minnətdar olmamışdısa, indi də minnətdar deyil və gələcəkdə də olmayacaq. Satanovski 1970-ci illərdə də erməni radikalların Sovet İttifaqında terrorizmlə məşğul olduqlarını xatırladıb.

Ancaq indi 20-ci əsrin 70-ci illəri deyil. Heç 90-cı illər də deyil. İndi bölgədə 21-ci əsrin 21-ci ilidir...

Musavat.com
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb