Qərarsızlıq Ermənistanı daha da miskin duruma salır - NƏ ETMƏLİ?
Siyaset
Oxunub: 398
16 noy 2021 | 20:23
Qərarsızlıq Ermənistanı daha da miskin duruma salır - NƏ ETMƏLİ?


Son günlər Azərbaycan-Ermənistan sərhədinin Laçın istiqamətindəki hissəsində yaşananlar bir daha göstərir ki, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçirilməyincə, 10 noyabr üçtərəfli razılaşmasının bütün şərtləri yerinə yetirilməyincə və nəhayət, iki ölkə arasında əsaslı sülh müqaviləsi bağlanmayınca, yeni gərginlik və qarşıdurma ocaqları mütəmadi olaraq yaranacaq və alovlanacaq. Lakin buna baxmayaraq, belə görünür ki, Ermənistan tərəfində bunu anlayanlar elə də çox deyil...

İstər Azərbaycan Müdafiə Nazirliyinin xəbər verdiyi kimi, ötən gün sərhədin Laçın rayonu istiqamətində vəziyyəti gərginləşdirmək məqsədilə Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat cəhdi, istər ötən həftə eyni istiqamətdə 60 erməni hərbçisinin iştirakı ilə törədilən eyni əməl və onların mühasirəyə düşməsi, istərsə də Laçın dəhlizində erməni terrorçusunun hərbçilərimizə qumbara atması ümumilikdə təmas xəttinin getdikcə “barıt çəlləyinə” dönməyə başladığının göstəricisidir. Və təəssüf ki, regiona sülhməramlı adıyla rus ordusunun bölmələri yerləşsə də, bu “çəlləyin” hansısa nöqtədə partlayacağına görə məsuliyyətin kimin üzərində olacağına dair aydın təsəvvür yoxdur...

Hələlik isə Azərbaycan Ordusu 44 günlük müharibədə olduğu kimi, yenə də öz işinin öhdəsindən şərəflə gəlir və sərhədlərimizin müəyyənləşdirilməsi və bərkidilməsi istiqamətində görülən tədbirlər çərçivəsində öz sözünü deyir. Təbii olaraq, bu da Ermənistandakı “gah nala, gah da mıxa vuran” Nikol Paşinyan hökuməti ilə yanaşı, həm də adını müxalifət qoyan cinayətkarlardan ibarət “Qarabağ klanı”nı narahat edir.

“AzPolitika.info” erməni mətbuatına istinadla xəbər verir ki, sabiq prezident Robert Koçaryanın rəhbərlik etdiyi və millətçi “Daşnaksutyun”un da daxil olduğu “Hayastan” bloku hökumətdən “ölkənin cənub-şərq sərhədlərində” baş verənlərlə bağlı izahat tələb edib. Blokun bununla bağlı yayımlanan bəyanatında Paşinyan hökuməti həmişəki kimi Azərbaycanla gizli sövdələşməyə getməkdə ittiham olunur.

Məsələn, Paşinyan hökumətindən soruşulur ki, necə olub, Azərbaycan noyabrın 15-dən etibarən Qafan-Çakaten yolunda gömrük məntəqəsi yaradır, lakin hökumət susur və bu barədə erməni cəmiyyətinə əvvəlcədən heç bir xəbər verilmir? Xatırladaq ki, Azərbaycan tərəfinin Gorus-Qafan yolundan sonra Qafan-Çakaten yolunda da postlar qurduğuna dair Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb. Həm Koçaryanın bloku, həm də Qafanın təkrar seçilən meri bu postların quraşdırılmasından sonra bir neçə erməni kəndinin ölkənin qalan hissəsindən tam təcrid olunduğunu və onları birləşdirən alternativ yolun tamamilə yararsız vəziyyətdə olduğunu bildirib. Daha bir hərbi cani, 44 günlük müharibədə Azərbaycan Ordusunun “səddini dağıtdığı” sabiq müdafiə naziri Seyran Ohanyan isə “Sputnik Armenia”ya açıqlamasında deyib ki, Azərbaycan Naxçıvana birləşən ərazini mümkün qədər daraltmağa çalışır, hansı ki, həmin ərazi Zəngəzurun ən dar hissəsidir və məhz Qaragöl-Cermux istiqamətində cəmi bir neçə on kilometr təşkil edir. O, həmçinin əlavə edib ki, Azərbaycanın məqsədi bu istiqamətdə təzyiqləri artırmaqla, İrəvan-Gorus-Qafan yolunu tam nəzarətdə saxlamaqdır.

Ermənistandakı revanşistlərin bütün bu sərhəd vay-şüvəni sözsüz ki, Koçaryanın dəstəsinin Nikol Paşinyanı mümkün qədər gözdən salmaq cəhdlərinin növbəti həlqəsidir. Lakin maraqlıdır ki, bütün əks-təbliğata, ittihamlara və doğrudan da Ermənistan silahlı qüvvələrinin demək olar hər gün Azərbaycan Ordusu qarşısında alçaq, miskin duruma düşdüyünə dair faktlar, videogörüntülər yayımlanmasına baxmayaraq, erməni cəmiyyətinin böyük hissəsi yenə Paşinyanın ətəyindən yapışır və heç cür Koçaryana tərəf üz çevirmir. Belə ki, noyabrın 14-də yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ilkin nəticələri yenə də Paşinyanın partiyasının üstünlüyü ilə yekunlaşıb. Rəsmi məlumatlara görə, məsələn, İcevan və Stepanavanda keçirilən seçkilərdə müxalifət böyük səs çoxluğu ilə məğlub edilib. Hətta İcevanda hakim partiya səslərin 81 faizini toplayıb. Doğrudur, Paşinyanın dəstəsi Qafandakı seçkiləri uduzub. Lakin burada seçkini qazanan Koçaryanın bloku yox, öz siyasi blokunu yaradan əvvəlki mer olub...

Koçaryanın dəstəsinin hökumətə ünvanladığı ittihamlarda həmçinin göstərilir ki, Paşinyan hakimiyyəti təslimçilik siyasətini davam etdirir və Laçın istiqamətindəki sərhəd ərazisində baş verən son hadisələr bunun bariz göstəricisidir. Həmçinin, qeyd olunur ki, Azərbaycan tərəfinin davranışlarından hasil olan nəticəyə görə, sərhədlərin delimitasiyası faktiki olaraq, Azərbaycan Ordusu tərəfindən aparılır. Bəli, bu deyilənlərdə həqiqət yükü var və sözügedən ittihamlarla çıxış edənlər özləri də qanmamış deyillər ki, bu vəziyyətin yaranmasının günahkarı elə Ermənistan tərəfidir. Nə vaxta qədər sülhməramlı adı altında regiona gələn rus əsgərlərinin arxasında gizlənəcəklər? Ötən gün sərhəddə baş verənlər göstərir ki, artıq ruslar da hər addımbaşı səbatsız, intizamsız və pərən-pərən düşmüş erməni ordusunun yersiz, düşünülməmiş addımına görə dərhal qaçaraq hadisə yerinə gəlmək fikrində deyillər. Necə ki, ötən gün ermənilərin yardımlarına gələn olmadı və yalnız Azərbaycan hərbçilərinin mərhəməti nəticəsində sağ-salamat ərazidən rədd olmalarına imkan verildi. Həmin ərazidən çəkilən videogörüntülər isə bir daha göstərir ki, vaxtilə Azərbaycana meydan oxuyan, başından böyük iddialarla çıxış edən erməni ordusu necə miskin durumdadır. Və deyəsən, Ermənistanda hələ də çoxları anlamırlar ki, Azərbycanla sülh müqaviləsi bağlanmayınca, erməni ordusunun, hərbçisinin, ümumilikdə millətinin aşağılanması və gerçək sifətinin üzə çıxması prosesi davam edəcək...

Bütün bunlar onu göstərir ki, erməni tərəfi vaxtı uzatmağa, delimitasiya və demarkasiya prosesini əngəlləməyə, Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərməyə, 10 noyabr sazişinin şərtlərinə əməl etməkdən boyun qaçırmağa davam etdikcə, Azərbaycan Ordusu təşəbbüsü öz əlində saxlayacaq və bu gedişlə delimitasiyanı da, demarkasiyanı da, yeri gələndə qanunsuz hərbi birləşmələrin tərkisilah edilməsini də özü həyata keçirəcək. Odur ki, özlərindən küssünlər!

“AzPolitika.info”
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb