Rusiya MN Şuşadakı erməni terroru haqda 2 sutkadan çoxdur ki, heç bir məlumat vermir... - BİZ İSƏ SEYR EDİRİK...
Siyaset
Oxunub: 349
15 noy 2021 | 17:47
Rusiya MN Şuşadakı erməni terroru haqda 2 sutkadan çoxdur ki, heç bir məlumat vermir... - BİZ İSƏ SEYR EDİRİK...


"Noyabrın 13-ü saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şosse yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyanın Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığındakı Azərbaycan Silahlı Qüvvələrinin postuna əl qumbarası atması və 3 hərbçimizin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnmiş terror hadisəsindən 2 sutkadan çox, yaxud 51 saata yaxın keçir. Xəbər verildiyi kimi, Azərbaycan Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi qaldırılıb.

Moderator.az xəbər verir ki, sözügedən terror aktından iki 2 sutkadan çox, yaxud 51 saata yaxın zaman keçməsinə rəğmən 10 noyabr razılaşmasına əsasən Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Ağdam, Tərtər rayonlarının bir hissəsi və Şuşa rayonu da daxil olmaqla keçmiş Dağlıq Qarabağ ərazisinin ermənilərin məskunlaşdığı hissəsində atəşkəsin və sülhün təmin olunması missiyasını həyata keçirən Rusiyanın sülhməramlı hərbi kontingenti insident haqda Rusiya Müdafiə Naziriliyinin rəsmi saytındakı bölmələrində heç bir məlumat dərc etməyib.
Belə ki, bəhs edilən müddətdə Rusiya MN-in Qarabağdakı sülhməramlıların gündəlik fəaliyyətinə aid bölməsində iki informasiya bülleteni, iki xəbər dərc olunsa da, Şuşa şəhərinin Daşaltı kəndi yaxınlığında - Azərbaycan Silahlı Qüvvələrinin postu ilə üzbəüz yerləşən Rusiya hərbçilərinin gözü önündə baş verən apaçıq terror olayı haqda bir kəlmə də yazılmayıb. Halbuki, 2021-ci il noyabrın 8-də Şuşa yaxınlığında guya Azərbaycan hərbçiləri tərəfindən mülki ermənilərə qarşı atəş açılması və bir nəfərin ölümü haqda Rusiya MN-in saytında noyabrın 9-da ətraflı məlumat verilmişdi...

Bu fakt bir daha Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Azərbaycan Respublikası ərazisindəki məsuliyyət zonalarında üzərlərinə düşən missiyanı bilərəkdən layiqincə yerinə yetirməməsini və hadisələrə ikili standartlarla yanaşmasını təsdiqləyir...

P.S. Əslində bu qınağı rəsmi və daha geniş formada Azərbaycan dövlətinin müvafiq qurumları ifadə etməlidir...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?