Prezidentin çıxışında niyə Xankəndini göstərdilər - bir ilkin pərdəarxası...
Siyaset
Oxunub: 224
12 noy 2021 | 10:56
Prezidentin çıxışında niyə Xankəndini göstərdilər - bir ilkin pərdəarxası...


Dövlət başçısının xüsusilə Qarabağdakı çıxışlarını Xankəndi erməniləri də diqqətlə izləyirlər - bu dəfə həmin mesajların ünvanı daha da konkretləşdirildi.
Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada etdiyi çıxışında maraqlı bir detal diqqət çəkib. Dövlət başçısı çıxış edərkən bir neçə dəfə Xankəndinin görüntüləri də efirə gedib. Dövlət başçısının çıxış etdiyi Cıdır düzündən Xankəndinin aydın görüntülərini almaq mümkündür. Amma ilk dəfədir Prezidentin çıxışı zamanı Xankəndinin görüntüləri efirə verilib ki, bu da təsadüfi ola bilməz.

Dövlət başçısı çıxışında Azərbaycanın ədalətli müharibə apardığını və döyüş meydanında düşməni məğlub etdiyini deyib. O qeyd edib ki, Ermənistan öz xoşu ilə torpaqlarımızdan çıxmadığı üçün Azərbaycan ərazilərini hərbi yolla azad edib. “Biz öz torpağımızda uğurlu əməliyyat aparmışıq, biz beynəlxalq hüququ pozmamışıq, müharibə qanunlarını pozmamışıq. Ədalətli müharibə aparmışıq və döyüş meydanında düşməni məğlub etmişik”, - deyə Prezident Əliyev bildirib. Çıxışında Ali Baş Komandan qeyd edib ki, Ermənistanda hər hansı bir qüvvə bizə xor baxsa, hansısa revanşist meyllərə əl atsa, yenə də Azərbaycanın dəmir yumruğunu görəcəklər.

Məlumdur ki, əsas revanşist qüvvələr Ermənistanda cəmləşsə də, Xankəndində də bu cür əhval-ruhiyyəli silahlı qüvvələr var. Bu silahlılar hələ də qanunsuz olaraq Azərbaycan ərazilərində qalırlar və ara-sıra təxribatlar törətmək cəhdləri edirlər. Bu təxribatlar isə əsasən Şuşa istiqamətində baş verir ki, sonuncu insident də buna sübutdur. Əlbəttə ki, dövlət başçısının çıxışında mesajların bir ünvanı da Xankəndi və ətraf bölgələrdəki Araik Arutyunyan kimi siyasi təxribatçılara, diversant qruplaşmalara yönəlib. Məlumdur ki, İ.Əliyevin xüsusilə Qarabağdakı çıxışlarını Xankəndi erməniləri də diqqətlə izləyirlər. Bu dəfə Xankəndini göstərməklə həmin mesajların ünvanı daha da konkretləşdirildi. Qarabağa qayıtmış ermənilər bu çıxışından öz paylarını aldılar, qalır doğru-dürüst nəticə çıxarmaq... Bəs Prezidentin çıxış etdiyi zaman kadrlarda Xankəndinin tez-tez görünməsini bir işarə kimi qiymətləndirmək olarmı? Burada eyham varmı?

Prezidentin çıxışında niyə Xankəndini göstərdilər - bir ilkin pərdəarxası...


Bəxtiyar Sadıqov

Deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a bildirdi ki, Prezident çıxış etdiyi vaxt Xankəndinin tez-tez efirdə göstərilməsi bir eyham ola bilər. Onun sözlərinə görə, Ali Baş Komandan sözünü açıq şəkildə söyləyib və dediyi fikrin də sahibidir. B.Sadıqov qeyd etdi ki, Xankəndi Azərbaycanın suveren ərazisidir və indi onlara düşünmək üçün vaxtı verilib: “Ermənilərə deyilib ki, qanunlarımızı qəbul etməlisiniz, digər millətlərlə eyni hüquqlardan istifadə etmək haqqınız var. Amma status olmayacaq, cəhənnəmdədir və kim onu gətirmək istəyirsə dalınca gedə bilər. Eyni zamanda üçtərəfli bəyanatda göstərilib, erməni silahlı dəstələri ərazilərdən çıxmalıdır. Ancaq indiyə qədər çıxmayıblar və bəzən bəzi qruplar təxribatlara yol verir. Buna baxmayaraq, Ordumuz tərəfindən onların qarşısı alınır, qətiyyətlə susdurulur, bizdən üzr istəyirlər və sülhməramlıların xahişini nəzərə alıb cəzalandırmırıq, geri qayıtmalarına şərait yaradırıq”.

B.Sadıqov hesab edir ki, Prezidentin sözü və əməli eynidir, addımları ilə mövqeyini möhkəmləndirir: “Dövlət başçısı deyib ki, nəyi, nə vaxt etməyi yaxşı bilirəm”. Deputatın fikrincə, Ermənistandan Xankəndinə gələn rəsmilər bilməlidirlər ki, bu cür hərəkətlərinə son qoymağın da bir zamanı var: “Azərbaycan boş dayanmayıb, iş aparır. Cənab İlham Əliyev hörmətli Ərdoğanla birlikdə Zəngəzur dəhlizinin təməlini qoyubsa, deməli, məqsədə çatılacaq və digər məsələlər də həllini tapacaq. Azərbaycan öz ərazilərinə sahibdir və qalib ölkədir. Artıq azad edilən bölgələrdə quruculuq işləri gedir, status mövzusu yoxdur, ermənilərin arabir şıltaqlıqları isə keçmişdə qalır. Əgər davam etsələr, gələcəkdə 44 günlük müharibədə olanları onlara yaşada bilərik”.

Prezidentin çıxışında niyə Xankəndini göstərdilər - bir ilkin pərdəarxası...


Xəyal Bəşirov

Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov hesab edir ki, üçtərəfli bəyanatın bütün bəndləri icra olunmalıdır və Azərbaycanın daha 30 il gözləmək vaxtı yoxdur. Onun sözlərinə görə, biz 44 günlük savaşda 3 min şəhid verməmişik ki, indi ermənilər ərazilərimizdə vaxtaşırı təxribatlara əl atsınlar. Politoloqun fikrincə, sülhməramlılardan qalxan kimi istifadə edən ermənilərin pozucu hərəkətlərini davam etdirməsinə imkan verilməyəcək və Azərbaycan terrorçu qrupların təmizlənməsi üçün antiterror əməliyyatlarını başlamaq hüququnu özündə saxlayır.

X.Bəşirov Prezidentin Şuşada çıxışı zamanı efirdə tez-tez Xankəndinin göstərilməsini təsadüf saymır: “Böyük ehtimal ki, bir eyham var. Yəni arifə bir işarə də kifayət edir. Əslində bu qələbə Azərbaycan dövlətinin və xalqınındır. Sadəcə, bəzi problemlər var və biri də Xankəndi məsələsidir. Əgər ərazi bütövlüyümüz bərpa olunubsa, deməli, Xankəndi də bizim ərazimizdir. Ona görə bu qələbədən Xankəndinə də pay düşür. Amma qanunsuz silahlı birləşmələr bölgədən çıxmayıb, üçtərəfli bəyanatın 4-cü bəndi pozulub. Hesab edirəm ki, biz Xankəndinə gedib-gəldikdən sonra bu məsələ həll olunacaq”.

Ekspertin sözlərinə görə, Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilər oradakı cinayətkar rejimdən qurtulmağa yaxındırlar: “Onların təxribatları Xankəndində yaşayan dinc erməni sakinlərə nə qazandırır? Mülki əhali bunu istəyirmi? Məncə, yox. Sadəcə, həmişə bu hiyləgər siyasəti yürüdüblər, indi Zəfərin bir ilini qeyd edirik və bu təxribatları davam edirlər, psixoloji təzyiq etməyə çalışırlar. Bütün bunlar əbəsdir, 44 günlük sülhə məcburetmə əməliyyatı ilə gücümüzü sübut etdik, bu prosesin həllində də bizə heç bir qüvvə mane ola bilməz. Sadəcə, zaman lazımdır. Onlar ilk gündən üçtərəfli bəyanatı pozmağa çalışırlar və istəyirlər ki, bizi hövsələdən çıxarsınlar, adekvat cavab verək, vəziyyət gərginləşsin, ondan sonra götürdükləri öhdəlikləri yerinə yetirməsinlər. Lakin Azərbaycan sülhün, bölgədə sabitliyin tərəfdarıdır, Ermənistandan fərqli olaraq...”
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb
Dünən, 10:49
May ayında Azərbaycana qar yağdı - VİDEO