Paşinyanı devirsələr... ordumuz İrəvana girə bilər - şok ssenarilər
Siyaset
Oxunub: 548
4 noy 2021 | 18:50
Paşinyanı devirsələr... ordumuz İrəvana girə bilər - şok ssenarilər


Ermənistanın ölkəni əvvəllər idarə etmiş cinayətkar rejimdən formalaşmış müxalifəti hakimiyyət əleyhinə etirazlara hazırlaşır. Revanşist qüvvələr olan bu müxalifət ictimai rəyi inandırmağa çalışır ki, baş nazir Nikol Paşinyan ölkəni uçuruma aparır, milli maraqlarını satıb, suverenlik əldən gedib və növbəti təslimçi akta imza atmaq ərəfəsindədir.

“Yeni Müsavat”ın xəbərinə görə, yeni sənədlərin imzalanacağı gözlənilən bir dövrdə müxalifət İrəvan meriyasına mitinq üçün müraciət edib. Keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi müxalifət bununla Moskvada gözlənilən üçtərəfli görüş öncəsi erməni cəmiyyətini ayağa qaldırmaq niyyətindədir.

Parlamentdəki çıxışında isə N.Paşinyan əvvəlki hakimiyyətləri ittiham edib, məğlubiyyətdə onların daha çox payı olduğunu vurğulayıb. Müxalifət isə uduzmasına baxmayaraq, erməniləri hələ də qisasçı hisslərlə yaşatmağa çalışır. Onlar müharibədən sonra keçirilən seçkidə kapitulyasiyaya imza atmış Paşinyana uduzdular, seçkinin ardınca xalqı küçələrə çağırdılar, yenə ermənilərin əksəriyyəti iqtidarın yanında oldu, indi isə yenidən fəallaşıblar. Bu mitinqlərin də ciddi nəticə verəcəyini gözləmək olmaz. Onu da nəzərdən qaçırmayaq ki, Paşinyanın hakimiyyətdə qalmasını Qərb də dəstəkləyir. Odur ki, Qərb ölkələri səfirliklərinin müxalifətin cızığından çıxmasına imkan verməyəcəyini ehtimal edənlər var. Sadəcə, Ermənistanın müasir tarixi çoxlu qətllər, sui-qəsdlər, zorakılıq aktları ilə doludur və belə aktların yenə olmasından Paşinyan iqtidarı sığortalanmayıb.

Lakin Paşinyan da erməni cəmiyyətini inandırır ki, sülhün alternativ yoxdur, yollar açılmalıdır, Türkiyə ilə münasibətlər bərpa edilməlidir, revanşizm erməni xalqını növbəti dəfə geriyə ata bilər. Elə seçkidə ona səs verilməsi də sülhə səs verilməsi kimi dəyərləndirilirdi. Bundan sonra Köçəryan mitinqlərlə hadisələrin axarını dəyişə bilərmi?

Məsələn, politoloq Zərdüşt Əlizadə güman edir ki, əgər müxalifət Moskva ilə hesablaşmadan çevriliş edib, Paşinyanı devirərək hakimiyyətə gəlsə, kapitulyasiyanı tanımasa, “qədim erməni məfkurəsinə sadiqəm və biz Qarabağı da, Cavaxetiyanı da, Şərqi Türkiyəni də alacağıq, biz böyük, dənizdən-dənizə Ermənistanı yaradacağıq” utopiyalarını təkrarlamağa başlasa, Putin hər şeyə göz yumacaq və Azərbaycan Ordusu Tovuzdan Ermənistanın Tavuşuna keçəcək. Onun fikrincə, nəticədə, erməni ordusu müqavimət göstərə bilməyəcək və Azərbaycan Ordusu İrəvana çatanda ya erməni xalqı özü ayağa qalxıb qiyamçıları devirəcək, ya da Ermənistan daha ağır şərtlərlə müqavilələri imzalayacaq.

Hərçənd Z.Əlizadənin söylədikləri yaxın görünmür. Üstəlik, Azərbaycan Prezidenti deyib ki, İrəvana gedəcəyik, amma topla, tankla yox, münasibətlərin normallaşması ilə... O halda, müxalifətin Paşinyanı devirməyə gücü varmı, bu baş verərsə, Ermənistanı nə gözləyir?

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov “Yeni Müsavat”a qeyd etdi ki, hakimiyyətlərin devrilməsi üçün xarici amil müasir dünyada çox vacibdir. Onun sözlərinə görə, Ermənistana nəzər saldıqda görürük ki, həmin müxalif dairələr rusiyapərəst qüvvələrdir. Z.Məmmədovun fikrincə, Rusiya həmin qüvvələrin iqtidara gəlməsində maraqlı deyil, onlar revanşist və millətçi kəsimi təmsil edirlər: “Bu gün üçtərəfli bəyanatın qarantı kimi çıxış edən Moskva üçün onların iqtidara gəlməsi maraqlı deyil. Paşinyan komandası isə Qərb fondlarından çıxan şəxslərdir, amma üçtərəfli razılaşmanı yerinə yetirməyə hazır olduğunu göstərir. Onlar bu gün belə davranırlar, gələcəkdə başqa cür olacaqlar, Qərbdə də bunu yaxşı başa düşürlər və Avropadan erməni müxalifətinə dəstək verilmir”.

Politoloqun sözlərinə görə, üçüncü məsələ isə əhalinin mövqeyidir: “Müxalifət Qarabağ məsələsi, Zəngəzur gündəmində ənənəvi resurslardan istifadə edərək Paşinyan əleyhinə təbliğat aparırdı, amma əhalinin böyük əksəriyyəti Köçəryanı, Sərkisyanı dinləmir, heç diqqətə almır. Bu gün erməni əhalisi Paşinyanla gələcək Azərbaycan və Türkiyə münasibətlərini maraqla gözləyir. Çünki artıq müharibədən qorxan bir millətdir”.

“Əvvəla, demək lazımdır ki, bir neçə gün sonra Azərbaycan Zəfər, Ermənistan matəm gününü qeyd edəcək. Ona görə müxalifətdə bu fəallaşma həm də 8 noyabr tarixi ilə bağlıdır. Paşinyan da dedi, məğlubiyyətdə ən böyük pay keçmiş cinayətkar klana düşür. İndi müxalifət cəmiyyətə son çırpıntılarını edir, psixoloji təsir göstərir. Amma reallıq fərqlidir, hakimiyyəti devirmək gücünə malik deyillər. Onların qidalandığı güc Moskvadan gəlirdi, indi Kremlin mövqeyi bəllidir. Odur ki, müxalifətin immuniteti qalmayıb” - bunu isə Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Yeni Müsavat”a Ermənistanı gözləyən perspektivi şərh edərkən açıqladı.

Onun fikrincə, erməni müxalifətində xalq tərəfindən qəbul edilən lider yoxdur: “Əgər Köçəryan və Sərkisyan müxalif liderlərdirsə, xalq onlara seçki günü qiymət verib. Xalq tək Paşinyana səs vermədi, cinayətkar klana və müharibəyə ”yox" dedi. İndi müxalifət son akkordlarını vurmağa çalışır. Bu da nəticəsiz qalacaq".

Ekspert nəzəri olaraq müxalifətin hakimiyyətə gəlməsini təsəvvür edərkən dedi ki, Ermənistan 10 noyabr sənədinin tələblərindən kənara çıxa bilməz: “İlk vaxtlar imitasiya xarakterli addımlar ata bilərlər, amma sona qədər davam edə bilməzlər. Bu, həm də ermənilər üçün faciə ilə nəticələnə bilər. Digər tərəfdən, Azərbaycan Ordusu antiterror əməliyyatlarını başlaya bilər. Antiterror əməliyyatı hər an ermənilərin başı üstdə ”Domokl qılıncı"dır. Sadəcə, bu gün həmin əməliyyatlar keçirilmirsə, 10 noyabr sənədinin bütün müddəalarının icra olunacağını gözləməyimizdən irəli gəlir. Amma sənəddəki bəndlərin icrası uzun çəkməli deyil və tezliklə reallaşmalıdır. Erməni cəmiyyəti və ölkəni idarə edənlər bunu yaxşı başa düşür. Ermənistanın götürdüyü öhdəliklər var, üçtərəfli bəyanatda Rusiya prezidentinin imzası var, iqtidarda hansı siyasi qüvvənin olmasına baxmadan həmin şərtləri yerinə yetirməlidirlər".
“Yeni Müsavat”
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb