Ermənistan Qarabağa milyardlarla dram vəsait ayrımaqla nəyi hədəfləyir? - "Azərbaycan antiterror əməliyyatına başlamalıdır"
Siyaset
Oxunub: 463
1 noy 2021 | 19:49
Ermənistan Qarabağa milyardlarla dram vəsait ayrımaqla nəyi hədəfləyir? - "Azərbaycan antiterror əməliyyatına başlamalıdır"


Ermənistan hökuməti noyabr ayı üçün sülhməramlıların nəzarəti altında olan ərazilərdə əmək haqları, pensiya, elektrik enerjisi, qaz və rabitə xidməti xərclərini qarşılamaq məqsədilə bölgəyə 13,575 milyard dram (28,4 milyon dollar) vəsait ayırıb. Hətta məlumata görə, Ermənistan dövlət büdcəsindən gələn il üçün Qarabağa 300 milyon dollardan artıq vəsaitin ayrılması gözlənilir.

Onların bu addımı nəyə hesablanıb? Ermənilər hələ də ümidlə yaşayır?

Bununla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Ermənistan dövləti o vəsaiti ünvanlı ayırıb – fiziki şəxslərə yox, hər hansı bir quruma:

"Bu qurumun da adı onların qəbul etdiyi kimi "Artsax”dır. Həmin cinayətkar qurum 1991-ci ilin sentyabrından Azərbaycan dövlətinin ərazisində yaradılıb. Ermənistan 30 il ərzində qurumu qoruyur, hər cəhətdən təmin edir. Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Ermənilərin yaratdığı qurum ərazilərimizdə bu gün qeyri-qanuni separatçı, cinayətkar, terrorçu qurum kimi hələlik rus sülhməramlılarının hesabına mövcudluğunu saxlayır. Əgər Ermənistan dövləti Azərbaycanla sülh sazişindən, əməkdaşlıqdan, qonşuluqdan, kommunikasiya xətlərinin açılmasından, əlaqələrin yaranmasından danışırsa, bu pul ayırmaları ilə yenidən ərazi bütövlüyümüzə qarşı hörmətsizlik edir, qanunlarımızı pozur. Bir tərəfdən Azərbaycana sülh sazişinə razılaşmaya getdiklərini bəyan edirlər, digər tərəfdən Azərbaycan ərazisindəki cinayətkar separatçı quruma hərbi cəhətdən köməklik edir, bütün təminatları göndərir, indi də büdcəsindən pul ayırır”.

Müsahibimiz qeyd edib ki, separatçıların dəstəklənməsi bizim təhlükəsizliyimizə, dövlətçiliyimizə birbaşa təhdid və təhlükədir:

"Belə olan halda, hansı sülhdən, razılaşmadan danışmaq olar? Nə qədər ki, separatçı qurum bizim daxilimizdə var, dövlətçiliyimizə qarşı təhlükə mənbəyi olaraq da qalacaq. Maraqlısı budur ki, pullar necə gətiriləcək? Təbii ki, rus sülhməramlılarının köməkliyi ilə. Rusların xətrinə dəyməsin, amma belə çıxır ki, "dostuq” deyə-deyə ərazimizdə yerləşən sülhməramlı kontingenti də separatçıları müdafiə edir, Ermənistanla birlikdə onların yaşaması, fəaliyyəti üçün şərait yaradır. Burada gizlədiləsi bir şey yoxdur, mən də yeni bir şey demirəm. Rus sülhməramlıları elə Ermənistan qədər separatçıların ərazimizdə qalmasına çalışırlar.

Azərbaycan isə mütləq öz ərazisini separatçılardan, cinayətkar qurumdan və ona aid nə varsa onlardan təmizləmək məcburiyyətində qalmalıdır və bu addımı atmalıdır. Bunun adı müharibə deyil, müharibə bitib. Bunun adı ərazimizdə olan qeyri-qanuni separatçı qurumu və silahlı qruplaşmaları məhv etmək, ərazimizi cinayətkarlardan təmizləmək üçün keçiriləcək antiterror əməliyyatıdır. Elə şimal qonşumuz Rusiyanı götürək. Bu ölkə Şimali Qafqazda, öz ərazisində uzun illərdir separatçı quruma qarşı antiterror əməliyyatı keçirdiklərini deyir. Bizə niyə rəva görmürlər? "Onlarla işiniz olmasın” deyirlər? Biz qəbulolunmaz faktın qarşısını almaq üçün mütləq ərazilərimizi separatçılardan və cinayətkarlardan təmizləməliyik. Ermənistan onları yığıb ya elə Ermənistana aparsın, ya da Rusiyaya – orda respublika da yaratsınlar, pul da versinlər, nə istəyirlər etsinlər, təki bizim ərazimizdən təmizlənsinlər Bu, bizim hüququmuzdur və bunu edəcəyik”.
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...