Yolun açılması sülh yolunu açmır... - GƏLİŞMƏ
Siyaset
Oxunub: 374
1 noy 2021 | 21:45
Yolun açılması sülh yolunu açmır... - GƏLİŞMƏ


Ermənistan Respublikasının rəhbərləri mətbuat nümayəndələri qarçısında çıxış edərkən tez-tez “Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq” fikirlərini bildirir və köhnə hava ilə “millətlərin müqəddaratını təyinetmə” prinsiplərindən, Minsk Qrupunun Qarabağın statusu ilə bağlı bəyanatlarından bəhs edirlər. Sovet xəritələri əsasında sərhədlərin müəyyənləşməsinə könülsüz razılıqlarını bildirsələr də, ardınca mütləq bu müəyyənləşmənin Qarabağın statusuna aid olmadığını vurğulayırlar. Məğlub olmuş, böhran içərisində olan erməni dövləti və bütövlükdə erməni milləti indiki acınacaqlı vəziyyətində 33 il ərzindəki iddialarından geri çəkilməməklə nəyə və hansı qüvvəyə güvənirlər? Bu bəyanatlar daxili auditoriyaya hesablanır, yoxsa Qarabağ uğrunda mübarizəyə yeni təkan vermək və ya havadarlarının təsiri ilə Azərbaycana təzyiq siyasətini davam etdirmək məqsədi güdür? Daxili auditoriya variantı daha məntiqli görsənir, ona görə ki, Azərbaycan torpaqlarının işğal altında qaldığı 30 il ərzində ermənilərin “Artsax müstəqil olmalıdır” tələblərini qəbul etməyib və təbii ki, 44 günlük müharibədəki qələbədən sonra da belədir. Sadəcə olaraq ermənilər yuxarıdan yapışırlar ki, ən aşağını ala bilsinlər.

Sovet xəritələrindən və konkret olaraq hansı ilin xəritəsindən istifadə olunacağı da erməni tərəfin müzakirə mövzusudur. 1920-cu il xəritəsinin üstünlüyündən və qəbul olunmayan tərəflərindən,1989- cu il xəritələrinin zərərindən danışırlar. Bir sözlə erməni siyasəti yalnız öz maraqlarına xidmət etməkdə davam edir və burada qeyri-təbii heç nə yoxdur. Hər kəs yaxşı olanı öz tərəfinə çəkmək istəyir. Amma, məsələlər istəklə deyil, beynəlxalq hüquqla, reallıqla həll olunur.

Reallıq nədən ibarətdir?

Real mənzərəyə baxanda tərəflərin bir-biri ilə təzad təşkil edən mövqelərini görürük. Gündəmdə olan sərhəd məsələsində ermənilərlə tam bir fikir və yanaşma ayrılığı var. Bu ayrılığın başında nə Göyçə, nə də Qara göl istiqamətində guya bizim Ermənistan ərazilərini zəbt etməyimiz haqqında uydurma ittiham dayanmır. Bu, sırf qabaqdangəlmişlik edib bizi təzyiq hədəfinə gətirməkdir, həm də boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Amma, ermənilərin bu təbliğatına qarşı, yalançı “arqumentlərinə” qarşı bizim cavablarımız qənaətbəxşdirmi?

Ermənilər sərhədləri müəyyənləşdirmək istəmirlərsə, istəməsinlər. Bu yanaşma bizim beynəlxalq hüquqla tanınan sərədlərimizdə möhkəmlənməyimizə mane ola bilməz. Sovet xəritəsi əsasında sərhəd xəttini , mühəndis-sərhəd qurğularını yaradıb, necə deyərlər düşmənlə aramızda tikanlı məftillərimizi çəkib bütün dünyaya da elan edəcəyik. Ermənilər özlərini o dərəcədə həyasız aparırlar ki, lovğalanıb deyirlər ki, “Türkiyə və Azərbaycanın ərazi bütövlüyü hüququ Ermənistandan asılıdır. Ermənistan bu hüququ tanımayınca hər iki dövlətin ərazi bütövlüyü şübhəli olaraq qalacaq”. Ermənilərin bu mövqeyi “xoruz yox idi səhər açılmırdı?” məsəlinə uyğun gəlir. Anklav kəndlərin problemini danışıqlar yolu ilə, beynəlxalq hüquqa əsasən həll etmək istəməsələr, Azərbaycan yenə də beynəlxalq hüquqa əsaslanıb, o əraziləri də hərb yolu ilə geri qaytara bilər.
Nəqliyyat infrastrukturunun manelərini aradan qaldırmaq sülh sazişinə gətirib çıxara bilərmi? Məsələn, bizim Mehridən keçib Naxçıvana getməyimiz(hətta, məsələnin iqtisadi və beynəlxalq əhəmiyyəti də), ermənilərin də həmin yoldan və Qazaxdan keçib Gürcüstana, Rusiyaya getməsi nə dərəcədə sülhə təkan verəcək? Yol infrastrukturu açılanda erməni yumşalıb Azərbaycanın tərkib hissəsində yaşamağı qəbul edəcək? Ermənistan rəhbərlərinin apardığı siyasət budur ki, Azərbaycan müharibədə qələbə qazanmasına baxmayaraq hələ də Ermənistandan asılıdır. Qarabağın nəzarət edə bilmədiyimiz hissəsini “Artsax” deyib hələ də əllərində saxladıqlarını, Naxçıvana yol üçün Ermənistandan asılı olduqlarımızı, sərhədləri tanımadıqlarını xüsusi təzyiq vasitəsi kimi qabardırlar. İşğal altında qalan 8 anklav kəndi heç vaxt geri qaytarmayacaqlarını təbliğatını aparırlar. Nəyə nail olmaq istəyirlər? Azərbaycanın bununla razılaşmayacağını bilirlər, amma vaxtı uzatmaqla hələ də ümid edirlər ki, daim düşmənçilik toxumu səpən diasporanın təsiri ilə super güclər Azərbaycana təzyiq edəcək və biz hansısa güzəştlərə gedəcəyik.

Biz güzəştə getmirik, amma düşmənin əlindəki kozırlardan məhrum etmək üçün də təsirli siyasət yürütmürük. Biz sərhəd məsələsində, yuxarıda qeyd etdiyimiz kimi, beynəlxalq hüquqa əsaslanan ərazimizi bildiyimiz üçün düşmənin delimitasiya və demarkasiya işlərinə razı olub -olmaycağına önəm verməməliyik. Bütün Ermənistan Zəngəzur dəhlizinə razı olmayacaqlarını bəyan edir. Olsun. Deməli, elə əks təzyiq siyasəti yürüdülməlidir ki, bu dəhliz üçün erməni yalvarmaq dərəcəsinə çatsın, xahiş etmiş olsun. Belə təzyiq yenə Qarabağın özüdür, Qarabağdan erməni silahlı birləşmələrinin təcili çıxarılması məsələsinin gündəmə gətirilməsidir, qaçqınlarımızın o yerlərə köçürülməsi prosesinə başlamaq siyasətidir. Onsuz da bu dəhlizin açılması daha çox Moskva üçün lazımdır və gec-tez buna nail olacaq, amma hələ ki, Kreml ondan nifaq alması kimi istifadə edib gərginliyi bir az da artırır. Ehtimal olunan Moskva görüşündə müzakirə olunan məsələlərin Azərbaycan və Ermənistan arasında sülh yaratması ehtimalı çox-çox azdır. Yol açılması sülh yolunu açmır. Düşmənimizi tanıyırıq.

Qələbədən sonrakı bir il sübut etdi ki, Qarabağın bir hissəsinə neçə ki, Ermənistan və havadarı Rusiya nəzarət edir daim bizə müxtəlif təzyiq vasitələri tətbiq olunacaq. Ona görə də, yolun açılması öz yerində, əsas diqqəti Qarabağa nəzarətin Azərbaycana keçməsi üçün 10 noyabr üçtərəfli sazişin bəndlərinin yerinə yetirilməsinə yönəltmək məqsədəuyğundur.

İlham İsmayıl //moderator.az//
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb