Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası niyə gecikir? - AKTUAL
Siyaset
Oxunub: 524
1 noy 2021 | 22:50
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası niyə gecikir? - AKTUAL


“Ermənistan Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesinə hazırdır”. “Novosti Ermənistan” xəbər verir ki, bunu oktyabrın 28-də jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Buna mühüm yanaşmalardan biri odur ki, Ermənistan və Azərbaycan qoşunları eyni qaydada geri çəkilsin, Ermənistan və Azərbaycanın sərhəd qoşunları bu ərazilərə yerləşdirilsin və biz delimitasiya və demarkasiya prosesinə başlayaq. Noyabrın 10-dək belə bir şey planlaşdırılmır, amma bilirsiniz ki, biz bu işə başlamağa hazır olduğumuzu bəyan etmişik”, - deyə o bildirib.

Eyni zamanda, Qriqoryan qeyd edib ki, hazırda bununla bağlı Ermənistan üçün heç bir maneə yoxdur. “Biz bildirmişdik ki, demarkasiya və delimitasiya prosesinə başlamağa hazırıq, bununla bağlı Azərbaycandan müsbət impuls gözləyirik”.

Şura katinin sözlərinə görə, Azərbaycan bu barədə BMT-də bəyanat verib, lakin proses irəli getmir. “Onlar sentyabrda BMT-də belə bir bəyanatla çıxış ediblər, lakin biz bu sahədə irəli gedə bilmirik. İlkin şərtlərə və ya başqa şeylərə gəlincə, Azərbaycanın niyə demarkasiya və delimitasiya prosesinə başlamadığını söyləməkdə çətinlik çəkirəm”.

Həqiqətən, hələ də aydın deyil ki, niyə tərəflər mütəmadi olaraq sərhədləri müəyyən etməyə hazır olduqlarını bəyan edir, lakin bu prosesin həyata keçirilməsinə başlamaq üçün heç bir birgə addım atmırlar? Burada maneə nədir?

Belə bir fikir var ki, beynəlxalq təcrübəyə görə, demarkasiya və delimitasiya prosesi ən azı ölkələr arasında diplomatik münasibətlərin olmasını tələb edir, Ermənistan və Azərbaycanda isə belə deyil.

Amma problem bunda olsaydı, yəqin ki, iki ölkənin rəsmiləri sərhəd məsələsini ümumiyyətlə, gündəmə gətirməzdilər. Deməli, maneə başqa bir şeydədir. O zaman səbəb nədədir?

AYNA mövzunu tanınmış ekspertlərlə müzakirə edib.

Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasits:

“Fakt budur ki, bu məsələdə Ermənistanla Azərbaycan arasında ziddiyyətlər qalmaqdadır. Ermənistan tərəfinin məlumatına görə, 2021-ci ilin mayında Azərbaycan Ermənistan-Azərbaycan sərhədində yeni sərhəd zastavaları yaradaraq, bir neçə yerdə Ermənistan ərazisinə daxil olub. İrəvan Azərbaycan qoşunlarının ilkin mövqelərinə çıxarılmasını tələb edir və bundan sonra sərhədlərin delimitasiyası prosesinə başlamağa hazırdır. Bakı öz qoşunlarının Azərbaycan ərazisində olduğunu iddia edərək, buna qarşı çıxır.

Başqa bir problem delimitasiya üçün hansı xəritələrdən istifadə edilməsidir. Hər iki tərəfdə bir qədər fərqli olan müxtəlif dövrlərə aid xəritələr var. Əsas götürüləcək hər kəsə uyğun bir xəritə seçmək lazımdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, Moskva Ermənistan və Azərbaycana öz təkliflərini göndərib və onlardan cavab gözləyir. Aydındır ki, bu təkliflərlə tanış olmaq və müxtəlif bürokratik formallıqları, idarələrarası razılaşmaları və s. həll etmək bir qədər vaxt tələb edir. Bu işlər başa çatdıqdan sonra tərəflər praktiki olaraq delimitasiya prosesinə başlaya biləcək”.

Latviyalı politoloq, müstəqil jurnalist Aleks Qriqoriyevs:

“Etiraf edirəm ki, Azərbaycan ilə Ermənistan arasında mövcud münasibətlərin təfərrüatını izləmirəm. Onlara yalnız sülh və firavanlıq arzulayıram. Ona görə də mənim cari çətinliklər mövzusunda fikirlərim konkret detallara və faktlara deyil, ümumi təcrübəyə əsaslanır.

Hesab edirəm ki, indi əsas problem Ermənistanla Azərbaycan arasında qarşılıqlı etimadın olmamasıdır. Və bu, tamamilə başadüşüləndir. Amma qarşılıqlı etimadın yaradılması onilliklər olmasa da, uzun illərin işidir. Eyni problemləri gələcək nəsillərə ötürməmək üçün bu prosesə başlamaq lazımdır. Bunun üçün isə xalqların bir-biri ilə barışması, qarşılıqlı üzr və bağışlanma əsasında barışıq lazımdır. Mən bağışlayıram və üzr istəyirəm - bu, ermənilərin və azərbaycanlıların bir-birinə müraciət etməli olduğu sözlərdir.

Amma bayaq dediyim kimi, bu, bir günün işi deyil, yollar, sərhədlər isə bu gün tikilməli, təchiz olunmalıdır. Ona görə də qarşılıqlı etimadın qurulması prosesi getdiyi bir vaxtda bu gün ölkələr sülhdən başqa heç nədə maraqlı olmayan, hər iki xalqın yaxın olduğu vasitəçilər seçməlidir. Onlar Rusiyanın, Türkiyənin, İranın nümayəndələri olmamalıdırlar. Mənə elə gəlir ki, bunlar Gürcüstan və Baltikyanı ölkələrin nümayəndələri ola bilər. Onların rolu demək olar ki, sırf texniki xarakter daşıyır: Azərbaycan və Ermənistanın məsul şəxsləri ilə görüşmək və onların mövqelərinin yaxınlaşmasına yardım etmək. Sonra isə müqavilələrin icrasına zəmanət verən mexanizmlər tapın.

Avropa İttifaqı və başqa hər kəs artıq burada iştirak edə bilər. Amma əsas odur ki, bu torpaqlarda birlikdə yaşamaq üçün alqoritmlər axtarmağa başlayaq. Latviya atalar sözündə deyilir: sülh qidalandırır, müharibə məhv edir. Yəni müharibə yoxsulluğa, sülh isə firavanlığa səbəb olur”.

Azərbaycan Milli Məclisinin deputatı, politoloq Rasim Musabəyov:

“Ermənistan rəhbərləri tez-tez barışıq xarakterli müxtəlif bəyanatlar verirlər, lakin konkret ortaq işdən söhbət gedəndə müxtəlif bəhanələrlə ondan çəkinirlər. Uzağa getməyə ehtiyac yoxdur. Hələ yanvar ayında Ermənistan, Azərbaycan və Rusiya liderləri kommunikasiyaların deblokadası ilə bağlı bəyanat vermişdilər. Baş nazir müavinlərinin timsalında müvafiq vəzifəli şəxslər və ekspertlərin iştirakı ilə alt qruplardan ibarət işçi qrup yaradılıb. Amma 10 ay keçməsinə baxmayaraq, heç bir irəliləyiş yoxdur.

Dövlət sərhədinin delimitasiyası ilə bağlı da vəziyyət oxşardır. Moskva Xarici İşlər Nazirliyinin spikerinin ağzı ilə tərəflərə vasitəçilik və konsaltinq xidmətlərini təklif edib. Ən ətraflı xəritələr Rusiya Federasiyasının Baş Qərargahında SSRİ-dən miras qalıb. Praktiki işə başlamaq üçün məsul və səlahiyyətli nümayəndə heyətləri formalaşdırmaq, danışıqlara başlamaq lazımdır. Aydındır ki, proses sürətli olmayacaq.

Rusiya Prezidentinin dediyi kimi, müəyyən mübadilələr, qarşılıqlı güzəştlər etmək lazım gələcək. Ancaq xoş niyyətlə güzəştə getmək olar. Tərəflər razılığa gəlməzdən əvvəl faktiki sərhəd xəttini razılaşdırmaq olar ki, bu da dəqiqləşdirilməli və razılaşma ilə təmin edilməlidir.

Güman edirəm ki, hələ bu işlər başa çatmamış Azərbaycan və Ermənistan hamılıqla qəbul edilmiş beynəlxalq prinsiplərə (o cümlədən ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq, mübahisələrin sülh yolu ilə həlli və s.) əsaslanan çərçivə sazişi imzalayacaq və diplomatik əlaqələr yaradacaq. Amma həm nəqliyyat kommunikasiyalarının açılması, həm də dövlət sərhədi ilə bağlı danışıqlar prosesinin özü də paralel olaraq gedə bilər”.
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?