Azərbaycan-Ermənistan sərhədləri 1920-ci il xəritəsi əsasında müəyyənləşərsə... - TƏHLİL
Siyaset
Oxunub: 424
30 okt 2021 | 16:19
Azərbaycan-Ermənistan sərhədləri 1920-ci il xəritəsi əsasında müəyyənləşərsə... - TƏHLİL


“Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi zamanı 1923-cü ildən sonrakı xəritələrdən istifadə İrəvana sərf edir. Prezident Putin isə 1920-ci illərin xəritəsinin ifadəsinə vurğu edib. Çünki bu müddətdə Azərbaycanın bir sıra əraziləri, xüsusilə Zəngəzurun 9 kəndi, Laçın və Kəlbəcərin müəyyən əraziləri Ermənistanın nüfuz dairəsinə keçib. O cümlədən Qazax, Gədəbəy və Göyçədən. Bu səbəbdən də ermənilər çalışırlar ki, 1923-cü ildən sonrakı xəritələri gündəmə gətirsinlər”.

Bu fikirləri Reyting.az-a politoloq Cümşüd Nuriyev Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sərhədlərin delimitasiyasına dair son açıqlamasını şərh edərkən deyib.

Xatırladaq ki, A. Qriqoryan Ermənistanın Azərbaycanla sərhədləri müəyyən etməyə hazır olduğunu deyib. Bildirib ki, Sovet İttifaqında sərhədlərin demarkasiyası 1925-26-cı illərdə başlayıb, 1929-cu ildə başa çatıb və sonradan hazırlanmış sovet xəritələri o dövrün xəritələrinə əsaslanır.

C. Nuriyev isə bildirir ki, erməni tərəfi yalan danışır: “Bundan əvvəl 1920-ci ilin xəritəsi var. Bu hərbi xəritə Azərbaycanda da, Ermənistan da mövcuddur. Amma Ermənistan mütəxəssisləri məhz 1923-cü ildən sonrakı xəritələri gündəmə gətirirlər. Niyə? Çünki delimitasiya zamanı 1920-ci illərdə çəkilən xəritə əsas götürülsə Azərbaycanın ərazisi min kvadrat kilometrə qədər artacaq. Bu səbəbdən də ermənilər deyirlər ki, 1923-cü ildən sonrakı dövrün xəritələri ilə razıyıq. Məncə, Azərbaycan buna razılıq verməməlidir. Putin də 1920-ci ilə işarə etdi. Çünki yaxşı bilir ki, o torpaqlar Ermənistana sonradan verilib. Bölgü belə aparılarsa, ən azı Zəngəzur dəhlizinin 20-25 kilometri Azərbaycan ərazisində qalır. Söhbət Nüvədi kəndindən gedir. Bundan sonra Zəngəzur dəhlizinə cəmi 14-15 kilometr qalır. Fikrimcə, 1920-ci ilin xəritəsi əsas kimi götürülsə Azərbaycan çox böyük işlər görə bilər”.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan müəyyən güzəştlər etmək məcburiyyətindədir: “Çünki Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdıqdan sonra Qarabağ məsələsi gündəmdən çıxacaq. Uzağı oradakı ermənilərin yaşamasına şərait yaratmaq məsələsi meydana çıxa bilər. Məncə, ilk olaraq ərazi bütövlüyünün tanınması üzərində durmalıyıq. Bundan sonra Azərbaycan digər məsələləri də gündəmə gətirə bilər”.
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?