İrəvan və dəstəkçiləri sərt reallıqla barışmaq zorunda... - Başqa yolu YOXDUR!
Siyaset
Oxunub: 460
30 okt 2021 | 16:44
İrəvan və dəstəkçiləri sərt reallıqla barışmaq zorunda... - Başqa yolu YOXDUR!


44 günlük qalibiyyətli Vətən müharibəsində 3 minə yaxın şəhid verən Azərbaycan müqəddəs şəhidlərimiz xaric, yerdə qalan itkilərin yerini doldurub. Artıq əcnəbi hərbi ekspertlər də etiraf edirlər ki, Azərbaycan Ordusu savaş nəticəsində məruz qaldığı maddi-texniki itkilərə rəğmən, özünün hərbi imkanlarını nəinki qısa zamanda bərpa edib, üstəlik, daha döyüşkən forma qazanıb.

Azərbaycanın gələnilki hərbi büdcəsi də - hansı ki, ən azından əvvəlki səviyyədə saxlanılıb - göstərir ki, ölkə rəhbərliyi üçün ordu quruculuğu və Qarabağın sürətli dirçəlişi əsas prioritetlərdir. Bu da məntiqlidir. Ona görə ki, müharibə bitsə də, məğlub Ermənistanla - regional sabitliyə hələ də ən böyük təhlükə olan terrorçu dövlətlə sülh müqaviləsi imzalanmayıb.

İmzalansa belə, “barıtımızı daim quru” saxlamalıyıq. Çünki kiminlə qonşu olduğumuzu unutmamalı, erməni ilə dinc şəraitdə də ona əl-qol açmağa, əleyhimizə hansısa məkrli planlar qurmağa imkan verməməliyik. Bu isə ilk növbədə Ermənistan üzərində əzici iqtisadi, hərbi və kommunikasion-logistilk üstünlüyümüz hesabına mümkün görünür. Azərbaycan bu yolla inamla gedir...

*****

Bu xüsusda diqqətçəkicidir ki, Qarabağa səfərdən qayıdan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın çox qısa zamanda barmaqla göstərilən ölkələr arasında yer alacağını deyib. Füzuli aeroportunun açılışı haqda danışan Ərdoğan bildirib ki, azad edilmiş ərazilərdə yeni yolların çəkilişi sürətlə davam etdirilir, minalar təmizlənir, minalardan təmizlənən ərazilərdə isə kənd təsərrüfatı layihələri başladılır və s.

Təbii ki, deyilən kimi də olacaq. Azərbaycan mütləq bölgənin yaxşı mənada və hər cəhətcə barmaqla göstərilən modern dövlətinə çevriləcək. Söhbət həm də ölkənin hərbi qüdrətinin durmadan artmasından, Türkiyə modelinə uyğun ordu quruculuğundan gedir. Nə barədə ki, ilin əvvəlində Prezident İlham Əliyev anons eləmişdi.

Zərrəcə şübhə yox ki, rəsmi Bakı bu yöndə də qardaş ölkə ilə birgə gərəkən bütün addımları atır və atacaq. O sırada Silahlı Qüvvələrimizin ən müasir, 5-ci nəsil silahlarla təminatı, özü də öncəliklə Türkiyə hərbi sənaye kompleksinin istehsalı olan məhsullar hesabına təminatı məxsusi diqqət mərkəzindədir. Əslində Azərbaycan NATO tipli ordunun bir addımlığındadır.

Bu qəbildən gəlişmələr, Bakının bölgədə yaratdığı və uzun müddət dəyişməz qalacaq yeni status-kvo kapitulyant İrəvana aydın mesajlardır ki, Azərbaycanla nə iqtisadi, nə də hərbi sahədə ayaqlaşmağı ağlından belə keçirməsin. Havadarlarının boş vədlərinə aldanıb “çəhrayı arzular”la yaşamasın, revanşist planlar qurmasın. Və unutmasın ki, hərbi qüdrəti həm də iqtisadi güc müəyyən edir. Üstəgəl, Şuşa Bəyannaməsi ilə artıq Türkiyənin (hərbi) gücü də Azərbaycanın (hərbi) gücü deməkdir və əksinə.

Qısası, rəsmi İrəvana 2-ci Qarabağ müharibəsindən sonra bölgədəki gerçəyi tezliklə qəbul eləmək qalır. Bu, seçim deyil, könüllülük məsələsi də deyil, məcburiyyətdir. Və erməni tərəfi nə qədər tez yeni reallıqla barışsa, bir o qədər onun üçün xilas qapısı açıq qalar...

*****

“Ermənistan üçün ən vacib məsələ blokadanın aradan qalxması, regiondakı nəqliyyat layihələrinə və iqtisadi əlaqələrə onun daxil edilməsidir”.

“Yeni Müsavat”ın məlumatına görə, bu barədə Axar.az-a açıqlamasında PolitRUS ekspert-analitik şəbəkəsinin rəhbəri, rusiyalı ekspert Vitali Arkov bildirib.

“Əlbəttə ki, tərəflər Cənubi Qafqazda sülhün tamamilə bərpa olunmasında maraqlıdır. Amma təəssüf ki, üçtərəfli bəyanatın imzalanmasından təxminən bir il sonra da münaqişə zonasında mütəmadi olaraq ”aferşoklar" müşahidə edilir. Rusiya sülhməramlıları bu ərazilərdə yerləşdirilməsəydi, vəziyyət daha da faciəvi şəkil ala bilərdi. Bəli, üç onillik davam edən münaqişə üçün afterşoklar qaçılmazdır, lakin onların dayandırılması üçün səy göstərmək, təxribatlara uymamaq, qonşunu düşmən kimi deyil, tərəfdaş kimi görmək lazımdır. Bakı bunu edə bilsə də, İrəvanda hələ ki, bunu dərk edə biləcək insanlar azlıq təşkil edir", - deyə ekspert təəssüflə vurğulayıb.

Politoloqun sözlərinə görə, Moskvada gözlənilən yüksək səviyyəli üçtərəfli müzakirə üçün digər vacib məqam Zəngəzur nəqliyyat dəhlizidir: “İrəvan artıq 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini qismən yerinə yetirməyə başlayıb. Belə ki, Azərbaycan və İran arasında gərginliyin yeni mərhələsi fonunda Ermənistan Azərbaycanın mülki aviasiyası üçün öz hava məkanını açdı ki, bu da Naxçıvanla müntəzəm hava əlaqəsinin təmin olunmasına imkan verdi. Yerüstü əlaqələrin (dəmir və avtomobil yollarının) bərpasına gəlincə, burada erməni tərəfi narahat edən bir neçə məqam var. Amma görünür, tərəflər bu problemin də həlli yollarını tapa bilib. Bir sözlə, dəhliz artıq açılır. Ermənistan da daha ”yox" deyə bilməyəcək".

******

Maraqlıdır ki, bu arada Ermənistan parlamentində radikal müxalifət fraksiyalarının Türkiyə və Azərbaycan əleyhinə hazırladığı birgə bəyanat layihəsi hakim “Vətəndaş müqaviləsi” fraksiyanın səs verməməsi nəticəsində rədd edilib. Sənəd layihəsində iki qardaş ölkəyə, xüsusən də Azərbaycana qarşı ənənəvi ittihamlar yer alırdı və Qarabağa dair danışıqların Minsk Qrupu çərçivəsində aparılmalı olduğu göstərilirdi.

Hakim partiyanın parlament fraksiyasının rəhbəri Ayk Koncoryan bununla bağlı bildirib ki, bəyanatda həm xarici, həm daxili siyasətə aid müddəalar olub və yalnız müxalifətin mövqeyini əks etdirib. “Belə mühüm məsələyə aid sənəd isə konsensus əsasında qəbul edilməlidir. Bəyanatın mətni parlament çoxluğu ilə müzakirə edilməyib. Ona görə də səsvermədə iştirak etmədik”, - deyə o qeyd edib.

*****

Lakin bəlli məsəldir ki, Paşinyan komandası bu tipli radikal sənədlərin Azərbaycan və Türkiyə ilə əlaqələri qaydaya salmağa əngəl olacağının yaxşı fərqindədir. Çünki bu, kövrək sülhə olan-qalan ümidləri basdırmaqla yanaşı, ölkədə Türkə nifrəti körükləyərək revanşist ovqatı gücləndirəcək. Demək, Ermənistanın blokadası uzanacaq. Dərin böhran içində olan məğlub ölkəyə isə indi Bakı və Ankara ilə dialoq kanallarının açıq qalması lazımdır, nəinki nifrət atmosferi.

Əlbəttə ki, Qarabağ klanı timsalında radikal müxalifətin parlamentdəki fraksiyaları bu cür təşəbbüslərlə ən əvvəl Moskvada gələn ay imzalanması gözlənilən yeni üçtərəfli sənədi qəbulunu əngəlləməyə, Paşiyanı təzyiq və qorxu altında saxlamağa çalışırlar. Ancaq bunlar əbəs cəhdlədir. Çünki yekunda “dəmir yumruğ”in növbəti ağır zərbəsini erməni toplumunun tərkib hissəsi kimi radikal müxalifət də yeyəcək.

Yazı hazırlanarkən məlum oldu ki, Ermənistan hökuməti sərhədlərin delimitasiyası və demarkasiyasını başlatmağa hazırdır. Bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. O, Azərbaycan hökumətindən müsbət siqnallar gözlədiyini də söyləyib. Bakı isə siqnalları lap çoxdan verib. Üstəlik, “Yol xəritəsi”ni də göstərib...

“Yeni Müsavat”
Bu gün, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Bu gün, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...