İrəvan hansı haqla Qarabağa vəsait ayırır? - HƏQİQƏTƏN DƏ...
Siyaset
Oxunub: 610
30 okt 2021 | 17:24
İrəvan hansı haqla Qarabağa vəsait ayırır? - HƏQİQƏTƏN DƏ...


Ermənistanın Azərbaycanın Qarabağ bölgəsində məskunlaşdırılan erməni əhaliyə pul ayırması beynəlxalq hüquqa zidddir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Ermənistanın dövlət büdcəsindən Qarabağdakı erməni əhaliyə 2022-ci il üçün 288 milyon dollar ayrılması barədə erməni Baş nazir Nikol Paşinyanın açıqlamasını şərh edərkən deyib.

Ekspert bildirib ki, ermənilərin hazırda məskunlaşdığı və rus sülhməramlılarının yerləşdiyi ərazi bütün beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan torpağı kimi tanınır:

“Təəssüf ki, Rusiya sülhməramlılarının bəzi məsələlərə göz yumduğu məlumdur. O qədər vəsaitin ermənilərin sosial problemlərinə xərclənəcəyi barədə açıqlamaların inandırıcı olmadığı da ortadadır. Mümkündür ki, həmin vəsaitin bir hissəsi Qarabağdakı ermənilərin “müdafiə qüvvələri”, “polis gücləri” və yaxud “asayiş keşikçiləri” adlandırdığı qanunsuz birləşmələrin saxlanılması üçün nəzərdə tutulub. Bu məlumatları ciddiyə alıb, mütləq şəkildə monitorinq etmək lazımdır. Bunu rus sülhməramlılarının komandanlığı qarşısında da qaldırmalıyıq”.

Ekspert vurğulayıb ki, Ermənistan yalnız Azərbaycanın razılığı ilə humanitar yardım göndərə bilər:

“Ancaq İrəvan bütün beynəlxalq qanunlara, konvensiyalara zidd olaraq, rus sülhməramlılarının yerləşdiyi Azərbaycan torpaqlarında özbaşınalıqlar edir. Ayrılan vəsaitin həcmi ermənilərin Qarabağda yenidən terror qruplaşmalarını gücləndirməsi və terror hücumlarına hazırlaşması kimi də qəbul edilə bilər. Azərbaycan məsələni hüquqi müstəviyə çıxarıb, bu qanunsuzluğun qarşısını almalı, humanitar yardım məsələsinin isə yalnız Bakının nəzarəti ilə həllini tələb etməlidir”.

Qeyd edək ki, ötən gün Ermənistanın maliyyə naziri yalnız noyabr ayı üçün Qarabağdakı erməni əhalisinin əmək haqlarının verilməsi, pensiyalar, uşaq bağçaları və icmalara dotasiya, həmçinin işıq və qaz istifadəsinə görə kompensasiya məqsədilə 27 milyon dollar veriləcəyini açıqlayıb. Bu rəqəmin deyilən xərclərdən 3 dəfə çox olması müxtəlif ehtimalların yaranmasına səbəb olub.

Ermənistan Baş naziri Nikol Paşinyan isə dövlət büdcəsindən Qarabağa 2021-ci ildə 240 milyon ayrıldığını, 2022-ci ildə isə bu rəqəmin 288 milyon dollara qaldırılacağını açıqlayıb.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb