Azərbaycan sərhədləri yenidən çəkilir: Hansı xəritələr daha məqbuldur? - ARAŞDIRMA
Siyaset
Oxunub: 577
30 okt 2021 | 18:50
Azərbaycan sərhədləri yenidən çəkilir: Hansı xəritələr daha məqbuldur? - ARAŞDIRMA


“Rusiya Prezidenti Vladimir Putinin "Valday" forumunda çıxışı zamanı danışdığı xəritələr “Ermənistanın inzibati-ərazi bölgüsü haqqında” qanunda təsvir olunan sərhədlərlə 100 faiz olmasa da, 99 faiz üst-üstə düşür”.

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə keçirilən “hökumət saatı”nda belə deyib. Onun sözlərinə görə, Vladimir Putinin danışdığı xəritələr və müzakirələr zəruridir. Paşinyan vurğulayıb ki, Rusiya Prezidentinin dedikləri heç də Ermənistanda belə xəritələrin olmaması demək deyil. Lakin Ermənistanın Baş naziri onu da bildirib ki, Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi və vasitəçi kimi bu prosesdə iştirak edir və iştirak etməlidir.

Bu müzakirələrdə hansı ilin xəritələrinin əsas götürüləcəyi ilə bağlı deputataların sualını cavablandıran Paşinyan qeyd edib:

“Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası prosesində Sovet dövrünün xəritələrindən istifadə olunacaq. Hansı xəritələrin istrifadə olunmasına gəlincə, onda biz artıq qeyd etmişik ki, hüquqi əsası olan xəritələr əsas götürüləcək. O, müxtəlif illərin xəritələrində ərazilərdə müəyyən fərqlərin olduğunu və bunlardan birinin məsələn, Sov.İKP MK-nın növbəti plenumunda rayonlardan birinin rayon soveti tərəfindən otlaq sahələrini qonşu respublikanın rayonuna verməsi nəticəsində yarandığını deyib. “Araşdırmalarımız göstərdi ki, bu cür proseslər daimi xarakter daşıyırdı. Lakin bu dəyişikliklər kiçik şəhər qərarları olduğundan in heç bir hüquqi əsası yox idi. Onlar dövlətlərarası səviyyə məntiqində qiymətləndirilməlidir. Yəni biz bu və ya digər sovet xəritələrinin istifadəsi haqqında danışarkən, o xəritələrin hansı hüquqi əsasa malik olduğunu anlamaq lazımdır”.

Xatırladaq ki, Vladimir Putin Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin həllinin qarşılıqlı kompromislər tələb etdiyini qeyd edib. “Orada elə şeylər var ki, onlar da qarşılıqlı kompromislər tələb edir: haradasa nəyisə uyğunlaşdırmaq, haradasa nəyisə mübadilə etmək. Bunun yalnız hər iki tərəf üçün faydalı olduğu aydın olduqda tanınıb qəbul edilə bilər”,-Rusiya Prezidenti belə deyib.

Nikol Paşinyanın açıqlamasında diqqəti cəlb edən bir neçə mühüm məqam var. O, ilk növbədə, Putinin danışdığı xəritələrin Ermənistan qanunvericiliyi ilə 99 faiz üst-üstə düşdüyünü iddia edir. Bununla da Paşinyan Rusiyanın təqdim etdiyi xəritələrin həqiqiliyini şübhə altına alır. Valday klubunda çıxışı zamanı Prezident Putin bildirib ki, sərhədlərin müəyyənləşməsi prosesində əsas vasitəçi tərəf kimi Rusiya çıxış etməlidir. O, delimitasiya və demarkasiya işlərinin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanan xəritələr əsasında aparılmalı olduğunu bildirib. Ancaq Paşinyan rayon sovetlərinin qərarı ilə rayonların otlaq sahələrinin qonşu respublikaya verilməsi barədə qərarın hüquqi əsasının olmadığını bəyan edir.

Eyni zamanda, o, Putinin barəsində danışdığı xəritələrin Ermənistan qanunvericiliyi ilə tam üst-üstə düşmədiyini dilə gətirməklə SSRİ dövründə tərtib edilmiş xəritələrin hüquqazidd olduğunu göstərməyə çalışır. Çox güman ki, Paşinyan ilk növbədə, SSRİ dövründə rayon sovetlərinin və SOV.İKP Plenumunun qərarı ilə Azərbaycan SSR-nin Ermənistana verilmiş örüş sahələrinin demarkasiya prosesində geri istənilməsindən ehtiyatlanır. Ona görə də xəritələrin “hüquqi əsası yoxdur” deməklə bu prosesdə Ermənistanın maraqlarının nəzərə alınmasının vacibliyinə işarə edir. Lakin hökumət başçısı sərhədlərin müəyyənləşməsi zamanı Rusiyanın Ermənistana təzyiq göstərə biləcəyini nəzərə alır. Bu səbəbdən də Rusiyanın prosesdə ATƏT-in Minsk Qrupunun həmsədri kimi iştirakının vacibliyini vurğulamaqla Moskvanı neytral mövqe tutmağa çağırır.

Paşinyanın Minsk Qrupundan söz açması həm də ABŞ-ı və Fransanı sərhədlərin demarkasiyasına cəlb etmək cəhdi kimi də başa düşülə bilər.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi “Cümhuriyət” qəzetinə bildirib ki, ermənilər Sovet dövründə otlaq sahələrindən istifadə etmək adı altında Azərbaycanın xeyli ərazisini ələ keçiriblər.

Sonra da bunu qanuniləşdirmək üçün saxta xəritələr tərtib ediblər. Ona görə də sərhədlərin delimitasiyası və demarkasiyası zamanı Ermənistanın həmin xəritələri masaya çıxaracağı istisna edilmir:

“Ermənilər Sovet dövründə Zəngəzur zonasından ata malı kimi istifadə edərək mal-qaranı otarmaq adı ilə məskunlaşıblar. Sonra orada yaşayış obyeklərini tikiblər. O zaman Mikoyan hakimiyyətdə olduğuna görə onlara heç kim mane olmurdu. Ermənilər də yalandan özlərini dost kimi qələmə verib torpaqlarımızı zəbt ediblər. İkinci Qarabağ müharibəsinin ən uğurlu nəticələrindən biri Ermənistan ərazisinə qatılmış torpaqların geri qaytarılması məsələsinin qaldırmaq oldu. Bu, həm də Cənab Prezidentin nailiyyətidir. Ermənilərin ağlına gəlmirdi ki, Azərbaycan rəhbərliyi Qarabağ müharibəsindən sonra belə bir məsələni qaldıra bilər. Bundan başqa, ermənilər 1960-cı illərdə Qazax rayonuna məxsus bir sıra torpaq sahələrini kənd təsərrüfatı məqsədilə istifadə etmək adı altında mənimsədilər. 1990-1992-ci illərdə də Qazax rayonunun yeddi kəndini işğal etdilər.

Mənim doğma yurdum olan Ağbaba zonasında 1970-ci illərdə ermənilər Amasiya rayonundan gəlib pulunu ödəyib heyvandarlıq məqsədilə yem, ot alırdılar. 1969-1970-ci illərdə Mikoyanın göstərişi ilə bizim əkin sahələrinin bir hissəsini ermənilərə verdilər. Ona görə də azərbaycanlılarla ermənilər arasında bir neçə dəfə toqquşma baş vermişdi. Sonradan da həmin torpaqlar onlara qaldı. Onlar şirin dillə torpaqlarımıza nüfuz etdilər. İstər Zəngəzurda, istər Naxçıvan tərəfdə, yaxud Qazaxda xeyli torpaqlarımızı ilhaq etdilər. Hər dəfə də saxta xəritələr tərtib edirlər. Bir neçə gün bundan əvvəl Putinin təklif etdiyi bir xəritə var. Həmin topoqrafik xəritə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında saxlanılır. Ermənilər də qorxur ki, Putin həmin xəritə əsasında delimitasiya və demarkasiya məsələsini özü həll etsin.

Biz buna razıyıq. Paşinyan da razıdır. Amma ermənilər son günlər küçələrə tökülüb Paşinyana qarşı etiraz aksiyaları təşkil edib. Mənə elə gəlir ki, Putin öz sözünün üstündə dayanacaq və həmin xəritə əsasında ərazilər müəyyənləşəcək. Ermənistanda yaşlı, ahıl adamları telekanallara çıxarırlar. Onlar da uydurma xəritələr tapıb çıxarırlar və yalandan deyirlər ki, bu ərazilər onlara məxsusdur. Yəni Ermənistanı Paşinyana qarşı qaldırmaq üçün belə əsassız iddialar ortaya qoyurlar. Çox güman ki, sərhədlərin müəyyənləşməsi Putinin təqdim etdiyi xəritə əsasında həyata keçiriləcək”.

Ekspert bildirib ki, Paşinyanın xəritələrin hüquqiliyini şübhə altına alması, bəzi şərtlər irəli sürməsi erməni ictimaiyyəti qarşısında özünü siyasi cəhətdən sığortalamağa xidmət edir. Amma onun Rusiyanın təklifindən imtina edə biləcəyi inandırıcı görünmür: “Ola bilsin ki, orada yalvarıb-yaxarsın ki, bəzi yerlər qalsın, orada erməni əhalisi çoxdur. Belə təkliflər etməsi mümkündür. Amma Rusiya Baş Qərargahında saxlanılan xəritə əsasında sərhədlərin delimitasiyası və demarkasiyası məsələsi həll olunacaq. Ermənilər bunu ikinci kapitulyasiya aktı kimi qəbul edirlər və hiss edirlər ki, onlara növbəti zərbə dəyəcək. Çalışırlar ki, Paşinyan çox güzəştə getməsin”.

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Həsən Əliyev adına Coğrafiya institunun Landşaftşünaslıq və Landşaft Planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov hesab edir ki, sərhədlərin təyin edilməsində xeyli əvvəlki illərin xəritələrindən istifadə mübahisələr yaradacaq. Ona görə də SSRİ dövründə tərtib edilmiş və mümkün qədər yaxın tarixə aid xəritələr əsas götürülməlidir:

“Bu məsələdə reallıqdan çıxış etmək lazımdır. Yəni müstəqil Azərbaycan Respublikası hansı ərazilər daxilində formalaşıb. Mən də bilirəm ki, Zəngilan, Qubadlı, Cəbrayıl rayonlarının işğala qədər Ermənistan ərazisində böyük yay otlaq sahələri olub. Laçınlıların da Ermənistan ərazisində yaylaqları olub. Məlum olduğu kimi, Azərbaycanda yaylaq-qışlaq təsərrüfat sistemindən istifadə olunurdu. Yay aylarında örüş sahələri quruduğna görə, onlar Zəngəzur ərazisinə üz tuturdular. Zəngəzurda da böyük yaylaq sahələri var idi. Bəzi otlaq sahələri Naxçıvanla sərhəddə yerləşən, bir yamacı Ermənistana baxan Zəngəzur dağının ətəklərinə qədər gedib çıxırdı. Yəni Zəngəzur, Qarabağ tarixi coğrafi ərazilərinə sadə məsələ kimi yanaşmaq lazım deyil. İllər ərzində bu bölgənin yerli əhalisi olan Azərbaycan xalqının təbiətlə təması nəticəsində tarixən bütöv antropogen sistem formalaşıb. Sonradan Zəngəzurun bir hissəsinin Ermənistana verilməsi nəticəsində bu sistem pozuldu. Sovet hökuməti dövründə kolxozlar və sovxozlar Ermənistan ərazisindən yaylaq kimi istifadə edirdilər. Yəni xalqımız həmin torpaqlardan min illərlıə istifadə edib. Bu da azərbaycanlıların psixologiyasında dərin izlər buraxıb”.

Mirnuh İsmayılov hesab edir ki, Azərbaycan rayonlarının sonradan otlaq sahələrindən məhrum edilməsi faktları araşdırılmalı, arxiv sənədlərinə baxılmalıdır:

“1974-cü ilə qədər Zəngilan rayonunun bəzi kolxoz və sovxozlarının heyvan sürüləri Zəngəzur dağının Yağlıdərə, Vişlan düzü kimi yaylarında heyvan otarılırdı. 1970-ci illərdə onlar həmin ərazilərdən istifadədən məhrum edildilər. İndi arxivləri axtarmaq lazımdır. Bunu kim edib? Özbaşınamı qərar çıxarıblar? SSRİ Ali Sovetinin, Nazirlər Kabinetinin bu barədə qərarları varmı? Təbii ki, müəyyən tarixi əsas olmasa, bu problemi həll etmək mümkün deyil. Amma sərhədlərin delimitasiyası və demarkasiyası zamanı tarixə mənbələrə meyillərin güclənməsi bu prosesə böyük maneə yarada bilər. Hazırda həm Rusiya, həm Azərbaycan, eyni zamanda Ermənistanın əlində müəyyən topoqrafik xəritələr var. 1970-1980-ci illərdə tərtib olunmuş bu xəritələr 1:100 000, 1:25 000, 1:50 000 miqyasda xəritələr var. Hazırda orta məktəbdə oxuyan uşaqlar Azərbaycanın sərhədlərini həmin xəritələr əsasında öyrənirlər.

Bu sərhədlərimizi bərpa edə bilsək, böyük şeydir. Lakin Azərbaycanın Ermənistan ərazisində olan və işğal edilmiş anklavlar var. Onlar Ermənistana verilə bilməz. Biz onları xəritələrdə də göstəririk. Kütləvi istifadədə olmayan məxfi topoqrafik xəritələrdə də Sədərək rayonunun Kərki kəndi, Qazax rayonunun yeddi kəndi işğal olunmuş ərazilər kimi göstərilib. Azərbaycan SSRİ Kartoqrafiya və Geodeziya İdarəsində qeyd olunmadan xəritə tərtib etməyib. Xəritəni Moskvada istehsal edirdilər. Həmin xəritələr hüquqi əsasa malikdir. Biz indi də xəritələri o qaydalara uyğun istehsal edirik. Topoqrafik xəritələrdə Azərbaycanın sərhədləri göstərilib. Topoqrafik xəritələr 1948-ci ilə qədər çəkilib və yekunlaşıb. Ondan sonrakı illərdə xəritələr yalnız ərazilərdə aparılan dəyişikliklərlə bağlı yenilənib. Bu dəyişikliklər əsasən kəndlərin böyüməsi, yolların çəkilməsi ilə bağlı idi. Yəni bundan istifadə edib sərhədləri təyin etmək mümkündür.

Paşinyan fikirlərini daha çox kütlə üçün deyir. Bu sərhədlər müəyyənləşəndə, üçüncü tərəf iştirak etməlidir. Tarixə getdikcə xeyli mübahisəli məqamlar ortaya çıxacaq. 1970-1980-ci illərdə Tovuz-Qazax istiqamətində xeyli torpaq sahələri, meşə sahələri Ermənistana verilib. Onlar qanunsuz verildiyinə görə geri qaytarmaq lazımdır. Topoqrafik xəritələrə əsaslansaq, bunu etmək mümkündür. Prezidentimiz də dəfələrlə deyib ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur. Sadəcə ermənilərin ərazi iddiası ilə çıxış etməsi delimitasiya və demarkasiyanın aparılmasına çətinlik yaradır”.

M.İsmayılov bildirdi ki, Rusiyanın vasitəçiliyi ilə sərhədlərin müəyyənləşməsi prosesinə AMEA Coğrafiya institunun mütəxəssisləri kömək etməyə hazırdır: “Mən hesab edirəm ki, 1970-ci illərin xəritələri əsas götürülməlidir. 1990-cı illərdən sonra Ermənistan bəzi topoqrafik xəritələr istehsal edib ki, biz onu qəbul edə bilmərik. Azərbaycanın və Ermənistanın müstəqillik dövrünə qədər olan xəritələri əsas götürülsə, daha yaxşı olar”.
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?
Dünən, 12:28
Sülhməramlıları yolasalma mərasimindən görüntülər - VİDEO
Dünən, 12:24
Bu fransızlarla NƏ EDƏK?.. - İNCƏLƏMƏ
Dünən, 12:22
İlham Əliyevlə Lukaşenko arasında təkbətək görüş başlayıb