Ərdoğanın ikinci Qarabağ səfəri və iki strateji hədəf - ŞƏRH
Siyaset
Oxunub: 234
26 okt 2021 | 11:10
Ərdoğanın ikinci Qarabağ səfəri və iki strateji hədəf - ŞƏRH


"Ərdoğan Füzuliyə gəlir. İkinci Qarabağ səfərinin iki ana hədəfi var".

Bunu Ölkə.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib. O bildirib ki, birinci hədəf – Türkiyə Şuşa Bəyannaməsi çərçivəsində Qarabağda ilk praktiki mesajı verir:

"- Ərdoğanın Qarabağa ilk səfərində (15 iyun) müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi imzalandı və bəyannamə Türkiyənin Naxçıvanın qarantı olduğu kimi, Qarabağın da qarantı - bölgədə Azərbaycanın təhlükəsizliyinin zamini olması idi;
- Şuşa Bəyannaməsinin regionda güc balansını dəyişməsinin ardınca Əliyev 7 iyul Fərmanı ilə Qarabağ iqtisadi rayonunu (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları) yaratdı: bu, ermənilərin yaşadığı ərazilərin Azərbaycan suverenliyi tərkibində gələcəyini müəyyənləşdirən qərardır;
- Türkiyə lideri Xankəndinin də daxil olduğu Qarabağ iqtisadi rayonuna ilk səfəri ilə bu ərazilərdə Azərbaycan idarəçiliyinin bərpa edilməsinin alternativi olmadığını və bu prosesdə Ankaranın Bakının yanında olduğunu nümayiş etdirir: mümkün sülh sazişi masasının qurulmasından öncə bu addım Bakının əlini gücləndirəcək məqamdır. Eyni zamanda, təkcə bölgədə sülhməramlı kontingentə sahib olan Rusiya üçün yox, həm də “status” məsələsini diriltmək istəyən bütün tərəflərə mesajdır".

A.Nərimanlının sözlərinə görə, ikinci hədəf isə nəqliyyat dəhlizləri uğrunda mübarizədir:

"Füzuli Beynəlxalq Hava Limanının inşası Zəngəzur dəhlizinin əhəmiyyətini artıran əsas addımlardan biridir. Zəngəzur dəhlizi açıldıqdan sonra:

Yüklər hava limanına daha rahat şəkildə gətirilə və dəhliz vasitəsilə Türkiyəyə, o cümlədən, əks-marşrut üzrə daşına biləcək;

Zəngəzur dəhlizi Avropa və Asiyanı əhatə edən “Bir kəmər, bir yol” layihəsinin Orta Dəhlizi üzrə əhəmiyyətli marşrutdur: dəhlizin açılması Ankara və Bakının təkcə regionda yox, Avrasiyakı geosiyasi dəyişiklikdə əlini gücləndirəcək; Və Füzuli hava limanının istifadəyə verilməsi Orta Dəhlizdə Bakı və Ankaranın həyata keçirdiyi vacib “ev tapşırığı” hesab oluna bilər; Ərdoğanın birbaşa təyyarə ilə hava limanına enişi bunun praktiki nümayişidir;

Ərdoğan və Əliyev Orta Dəhliz üzərində vacib “ev tapşırığı”nın icrası ilə Zəngəzur dəhlizinin reallaşmasında beynəlxalq mövqelərini də gücləndirir: səfərin Soçidə Ərdoğan-Putin görüşündən sonra olması da təsadüfi deyil;

A.Nərimanlı son olaraq bildirib ki, Türkiyə liderinin birbaşa Füzuliyə - hava limanına gəlişi İrana sərhəddən verilən açıq mesaj xarakteri daşıyır:

-" Tehranın Zəngəzur dəhlizinin qarşısını almaq istəyinə və alternativ layihələrinə imkan verilməyəcək;

- Azərbaycana qarşı təhdid Türkiyəyə qarşı təhdiddir;

Türkiyə liderinin təyyarə ilə Füzuliyə gəlişi dünyaya müharibənin başa çatdığı reallığını göstərilməsi və təhlükəsizlik faktoruna önəm verən xarici sərmayələrin bölgəyə cəlb edilməsi baxımından da əhəmiyyətlidir".
Bu gün, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Bu gün, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Bu gün, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Bu gün, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Bu gün, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Bu gün, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Bu gün, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Bu gün, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Bu gün, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Bu gün, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Bu gün, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Bu gün, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Bu gün, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Bu gün, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Bu gün, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Bu gün, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Bu gün, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Bu gün, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
Dünən, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
Dünən, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
Dünən, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
Dünən, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
Dünən, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
Dünən, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
Dünən, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"