Əliyev-Paşinyan görüşü: Moskva danışıqları bölgəyə sülh gətirəcəkmi? - AKTUAL
Siyaset
Oxunub: 218
25 okt 2021 | 20:22
Əliyev-Paşinyan görüşü: Moskva danışıqları bölgəyə sülh gətirəcəkmi? - AKTUAL


“Azərbaycan ölkəmizdə saxlanılan erməni diversantlarından daha bir neçəsini Ermənistana qaytardı. Bundan əvvəl də Azərbaycan humanizm nümayiş etdirərək belə addımlar atıb. Bütün bunlar göstərir ki, tərəflər arasında uzlaşma olacaq”.

Bunu Reyting.az-a siyasi ekspert Elman Vəliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan sülhə hazırdır, Ermənistan isə buna məcburdur.
Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan tərəfinin əsirləri qaytaracağı təqdirdə minalanmış ərazilərin xəritələrini təqdim edəcəyi ilə bağlı dediklərini də xatırladan siyasi ekspertin fikrincə, tərəflər eyni masa arxasında əyləşəcəksə, Ermənistan minalanmış ərazilərin xəritəsini verəcək.

E. Vəliyev qeyd edib ki, digər vacib bir məqam Rusiya prezidenti Vladimir Putinin çıxışıdır: “Putin dedi ki, tərəflərin uzlaşmasına tərəfdardır. Hər iki tərəf arasında delimitasiya və demarkasiya məsələsi müzakirə ediləcək. Zənn edirəm ki, bu proses SSRİ-nin dağılması ərəfəsində olan xəritələrə deyil, Sovet Rusiyasının sərhəd xəritələrinə əsasən aparılacaq. Çünki SSRİ-nin dağılması ərəfəsində artıq Ermənistan Azərbaycanın bir çox ərazilərini işğal etmişdi”.

Ekspert əlavə edib ki, tərəflər Zəngəzur dəhlizi məsələsini də müzakirə edəcəklər:

“Dəhlizin açılacağına şübhəm yoxdur. Çünki Rusiya da bu məsələyə müsbət yanaşır. Rusiyanın dəhlizdə marağı olmasaydı, açılmasını istəməzdi. Ola bilər ki, dəhlizin mühafizəsini Rusiya öz üzərinə götürsün.

Xülasə, üçtərəfli görüş olacaq. Düşünürəm ki, Rusiya tərəflərə qarşılıqlı kompromis təklif edəcək. Azərbaycan tərəfinin güzəşti ölkəmizdə saxlanılan erməni hərbçilərin qaytarılması, Qarabağda ermənilərin də yaşamasına icazə verməsi olacaq. Ən əsası, Qarabağda qondarma rejimin ordusu olmayacaq, "Artsax”ın müstəqilliyi Ermənistan üçün sinə yarası olaraq qalacaq. Ermənistana da sərf edən elə bu variantdır”.

E. Vəliyev bildirib ki, Ermənistan Azərbaycanla uzlaşdıqdan sonra Türkiyə ilə də uzlaşmalar başlayacaq.

Onu da qeyd edək ki, erməni saytı “Aliq Media”nın yaydığı məlumata görə, noyabrın 9-da Moskvada Azərbaycan və Ermənistan liderləri arasında iki yeni sənədin imzalanacağı gözlənilir. Birinci sənəd Azərbaycan və Ermənistanın dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını əhatə edir. Sənəd, V. Putinin də vurğuladığı kimi, Bakı və İrəvan arasında bir-birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıdıqlarını göstərən SSRİ-nin Müdafiə Nazirliyinin Baş Qərargahının 1920-ci il xəritələrinə əsaslanır.

İkinci sənəd regionda kommunikasiyanın açılması, xüsusən dəhliz yolunun, eləcə də Azərbaycan və Naxçıvan arasında yolun açılmasını əhatə edəcək.

İmzalanacaq sənədin bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlandığı bildirilir.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"