YENİ SƏNƏD: Azərbaycanlıların Xankəndiyə köçü təmin olunur?! – STM rəsmisindən İZAH
Siyaset
Oxunub: 537
15 okt 2021 | 19:19
YENİ SƏNƏD: Azərbaycanlıların Xankəndiyə köçü təmin olunur?! – STM rəsmisindən İZAH


Azərbaycanlıların və ermənilərin Qarabağın dağlıq rayonlarında yenə də birlikdə dinc yaşayışını təmin etmək üçün prezident İlham Əliyevin dövlət proqramı imzalayacağı gözlənir. Bu haqda Milli Məclisin İnsan Haqları Komitəsinin sədri Zahid Oruc məlumat verib. O, deyib ki, 10 noyabr atəşkəs bəyanatı Azərbaycan və Ermənistan üzərinə məcburi köçkünlərin öz evlərinə qayıtması ilə bağlı öhdəlik qoyur və elə imzalanması gözlənən dövlət proqramı da həmin bəyanat əsasında hazırlanıb:

“Amma bütün bunları hamısı- ermənilərin Azərbaycanın vətəndaşlığını qəbul etməsi və birgəyaşayışın üzərində məsələ, inteqrasiya və birgəyaşayış kimi nəzərdə tutulub. Yəni, son olaraq dövlətin siyasi sənədi kimi ölkə rəhbərliyi tərəfindən imzalanacaq sənədin adı fərqli ola bilər, amma hazırkı dövr konseptual sənəd dediyimiz səpgidə işlənib və bir çox peşəkar mütəxəssislər ora cəlb olunub”.

Azərbaycan tərəfi ermənilərin inteqrasiyasını planlaşdırsa da, reallıqda hələ ki, ermənilərin yaşadığı ərazilərə nəzarət etmir, Qarabağın dağlıq rayonları Şuşa və Hadrut qəsəbəsi xaric müharibədən sonra gəlmiş rusiya sülhməramlılarının nəzarətindədir.

Yerevanda Regional Araşdırmalar İnstitutunun rəhbəri Riçard Giraqosyan isə deyib ki, indidən ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasından danışmaq tezdir. O deyir ki, erməni icmasının Azərbaycan tərəfə ciddi inamsızlığı var: “Müharibədən ötən bir ildə həmin ermənilər daha çox narahatdırlar, nəinki Ermənistandakı ermənilər. Onlar öz təhlükəsizliklərinin təminatını heç Ermənistanda da yox, Rusiyada axtarırlar. Qarabağ erməniləri qeyri-müəyyənlik içindədirlər və özlərini təhlükədə hiss edirlər. Onlar Azərbaycanın heç bir vədinə və təklifinə inanmırlar. Odur ki, Qarabağdakı erməniləri Rusiyanın onları Azərbaycandan qoruyacağına inanırlar. Heç Ermənistan Respublikasından belə gözləntiləri yoxdur”.

Deputat Zahid Oruc vurğulayıb ki, Qarabağdakı ermənilər arasında Azərbaycana qarşı neqativ münasibətin müharibədən sonra da eyni səviyyədə qalıb-qalmadığını demək çətindir. O, ümid edir ki, ötən bir ildə münasibətlərdə dəyişiklik var: “Hərçənd ki, bu ilin fevralında, müharibədən bir neçə ay sonra Qarabağdakı ermənilər, 33 il əvvəl Qarabağda separatçılığın əsasını qoyan qərarın qəbulunun ildönümünü qeyd ediblər. Həmin vaxt Azərbaycan SSR DQMV-nın (Dağlıq Qarabağ Muxtar Vilayəti) xalq deputatları sovetinin erməniəsilli deputatları növbədənkənar sessiya çağırıb, vilayətin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında təklifin leyhinə səs verib”.

Parlament üzvü hesab edir ki, ordakı rejimin separatçılıq cəhdlərinin davam etməsinin qarşısını almaq mümkün olacaq:

“Bunlar əlbəttə ki, Azərbaycan Konstitusiyasına ziddir. Ancaq bunu Azərbaycan tankla, topla, dronlarla deyil, sırf siyasi vasitələrlə həll edəcək. Beynəlxalq hüquqda hər məsələ güclə həll olunmur”.
Azərbaycanla Ermənistan arasında keçən il 44 günlük müharibədə Azərbaycan 90-cı illərin əvvəlində itirdiyi torpaqların çoxunu geri qaytarıb. Tərəflər atəşkəs bəyanatı imzalasa da, Qarabağ ermənilərinin statusu, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi, Naxçıvana kommunikasiya xətlərinin açılması kimi məsələlər açıq qalır.

Yeni sənədlə bağlı “Sherg.az”a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli bildirib ki, 10 noyabr razılaşması Ermənistan ordusu məğlub olduğu üçün imzalandı və müharibənin bitdiyini qəbul etdilər:

“Ancaq Xankəndidə erməni mülki şəxsləri qalıb və onları oradan çıxarmaq lazımdır. Daha doğrusu onlar Azərbaycan vətəndaşlarıdır və Xankəndidə qaldılar. Ermənilərin isə əsas niyyəti bu idi ki, Xankəndiyə girib mülki şəxslərə müharibədən kənar məqsədlərlə yanaşsınlar. Nəticədə qələbəmizə kölgə düşsün. Ona görə də ölkə başçısı düzgün adım atdı. 1960 sülhməramlıdan ibarət kontingent formalaşdırıldı və onlar birgə yaşayış dönəminə qədərki dövrə nəzarət etməyə başladılar. Məlumdur ki, Prezident Qarabağ iqtisadi rayonunu yaratdı. Bu, hüquqi baxımdan “Dağlıq Qarabağ” ifadəsninin “dəfn olunması” və Azərbaycanın ərazi bütövlüyünün konstitusion bərpası idi. Bundan sonra bölgədə yaşayan əhalimizin Azərbaycana inteqrasiyasını başlatmaq lazım idi. Bu baxımdan Prezidentin gözlənilən sənədi imzalaması mümkündür”.

“Sənəddə nələr öz əksini tapa bilər?!” sualına gəlincə, Ə.Əlibəyli vurğulayıb ki, birgə yaşayışın prinsip və qaydaları, təhlükəsizlik məsələsi, toplumların inkişafı və bölgəyə inteqrasiyası ilə bağlı məqamlar sənəddə qeyd olunacaq:

“Yəni azərbaycanlıların Xankəndiyə köçməsi təmin olunmalıdır. Eyni zamanda burada humanitar və təhsil məsələləri, Azərbaycanın xidmət sahələrinin oradakı fəaliyyəti və nəhayət Azərbaycanın güc strukturları tərəfindən Xankəndinin idarə olunması vacibdir. Yəqin ki, ölkə başçısı bütün bunların yerinə yetirilməsi üçün qanun layihəsini hazırlatdırır. Bu layihədə yuxarıda qeyd etdiyim məsələlər öz əksini tapa bilər. Bu sənədlə ermənilərin iddialarına son verilməli, onların Xankəndidəki hərbi qüvvələrinin silahsızlaşdırılması həyata keçirilməli, bölgədə olan terrorçular çıxarılmalıdır.

Xankəndidəki şəxslərə imkan verməlidir ki, onlar Azərbaycanın qanunvericiliyinə uyğun vətəndaşlığı qəbul etsinlər. Bunun üçün ərazi bütövlüyümüzü tanımalıdırlar. Hesab edirəm ki, ermənilərə müəyyən təkliflər, humanitar güzəştlər ola bilər. Məsələn, vergi sistemi və müəyyən xərclər sahəsində həvəsləndirici təkliflərin edilməsi mümkündür. Əsas məsələ onların kollektiv şəkildə Azərbaycana inteqrasiyasına nail ola bilməkdir.

Fikrimcə, indi dünya gündəmini heç də Qarabağ maraqlandırmır. Ərazi bütövlüyümüzü təmin etmişik, yalnız inteqrasiya məsələsi qalıb. Buna da mane olacaq heç bir detal yoxdur”.
Dünən, 16:00
Almatı görüşü nəticə verəcəkmi? - İNCƏLƏMƏ
Dünən, 15:30
İrəvandan yekun “Putin NATO”su qərarı - Kremlin cavabı necə olacaq...
Dünən, 14:22
Bakı və İrəvan özlərini Moskvadan qorumalıdırlar - HƏQİQƏTƏN DƏ...
Dünən, 14:00
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı təsdiqlənib
Dünən, 13:39
Yeni qərar qiymət artımına təsir edəcək? - AÇIQLAMA
Dünən, 13:11
İlham Əliyev Leonid Kalaşnikovu qəbul edib
Dünən, 12:06
İlin sonuna kimi bütün işğaldan azad edilmiş rayonlara qayıdış başlayacaq
Dünən, 11:59
Sanksiya siyahısında Azərbaycanın da adı yer aldı - ABŞ elan etdi
Dünən, 11:26
Şuşada sərnişindaşımaya icazə qaydası müəyyənləşdi
Dünən, 11:17
Prezident BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Dünən, 10:59
Azərbaycan Ordusunda döyüş hazırlığı - VİDEO
Dünən, 10:48
Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
Dünən, 10:44
Bakıda sənədsiz evlər kütləvi satışa ÇIXARILIR? – AÇIQLAMA
Dünən, 10:39
31 nəfər saxlanıldı, erməni qüvvələr "türk" adlandırıldı - Sərhəddə son vəziyyət - VİDEO
Dünən, 10:20
Yeni peyvənd qərarı: nazirlik bəyan etdi
Dünən, 09:20
Paşinyan: Azərbaycanla vəzifəmiz budur, çünki risk var
Dünən, 09:14
"Fransa Ermənistandan öz marginal maraqları üçün istifadə edir"
Dünən, 09:11
Paşinyan: Azərbaycanla delimitasiya olunmuş ərazilərə sərhəd qoşunları yerləşdiriləcək
Dünən, 09:08
Hansı ölkələr Latviyadan Rusiyaya zərbələr endirə bilər? - Zaxarova siyahını tələb etdi
Dünən, 09:00
Əliyev Qafqazı qarışdıranlara sərt mesaj verdi: Bakı məkrli planlara şans tanımayacaq
1-05-2024, 16:00
Ermənipərəst Solovyova Ermənistandan qadağa
1-05-2024, 15:30
Qiymət artımı ilə bağlı NİKBİN PROQNOZ
1-05-2024, 13:51
Azərbaycanda kredit faizləri artacaq - AÇIQLAMA
1-05-2024, 13:46
Gürcüstanda müxalifət lideri döyülüb - FOTO
1-05-2024, 13:36
İlham Əliyev dini rəhbərlərdən ibarət nümayəndə heyətini qəbul edib
1-05-2024, 13:20
Bakı maksimum yararlanacaq: Yeni dünya layihəsi və böyük oyun
1-05-2024, 13:14
Paşinyan Kremli qəzəbləndirib: "Rüsvayçılıqdır, iyrəncdir"