İrana daha bir zərbə Paşinyandan gəldi: Tiflisə aparılan "çantada nə var idi?" - TƏHLİL
Siyaset
Oxunub: 251
11 okt 2021 | 11:08
İrana daha bir zərbə Paşinyandan gəldi: Tiflisə aparılan "çantada nə var idi?" - TƏHLİL


İran Zəngəzur dəhlizinə alternativ layihədə iştirak etmək niyyətini açıqlayıb.
“Qafqaz dəhlizi”: İranın Ermənistan vasitəsilə Gürcüstan limanlarına çıxışı, başqa adla Fars körfəzi – Qara dəniz marşrutu;

Bu layihə əvvəldən mövcud idi, lakin İran bahalı işə pul yatırmaq istəmirdi. İndi rentabelli olmasa belə dəstək verməyə hazırlaşır.

İranın yol və şəhərsalma naziri Xeyrullah Hatəmi deyir ki, “Tehran Ermənistandan keçən və Gürcüstana qədər uzanan yeni tranzit yolunun çəkilməsində iştirak etməyə hazırdır”.

Bununla yanaşı, Gorus-Qafan yoluna alternativ marşrutun açılması istiqatində işləyirlər.

“Mümkün olduğu qədər tez bir zamanda Azərbaycan ərazisindən keçməyən alternativ yol yaradılmalıdır. Bu, ermənilərin maraqları üçün də vacibdir”, - Hatəmi deyir və bununla İran-Ermənistan maraqlarının ortaq olduğunu, Tehranın Bakıya qarşı oynadığını açıq şəkildə ifadə edir.

İranın bununla nail olmaq istədiyi bir neçə hədəfi var:

- Alternativ təqdim etməklə Ermənistanın Zəngəzur dəhlizinə qarşı əlini gücləndirir və razılaşmamasını təmin etməyə çalışır;
- Bölgədə Moskva və Ankaranın qarantı olduğu şərtləri dəyişdirə biləcəyini düşünür;
- Avropaya çıxışda Türkiyə marşrutundan xilas olmaq istəyir;

Avqustda Tehrana səfər edən Paşinyanın sentyabrda Tiflisə apardığı təklif də bu idi, lakin Gürcüstanın siyasi addımları və sərgilədiyi mövqe İranın istəyinə isti baxmadığını deməyə əsas verir.

Bu prosesdə Paşinyanın Tehranı necə aldatdığı aydın görünür: Ermənistan Tehranın düşdüyü vəziyyətdən istifadə edərək, daxili Şimal-Cənub magistral xəttini (Gorus-Qafan yoluna alternativ) iranlıların pulu ilə həll etmək istəyir, hərçənd, Zəngəzur dəhlizinin açılmasına məcbur olduğunu özü də anlayır.

Paşinyanın oktyabrın 12-də Moskvada Putinlə görüşündə də bu məsələ üzərində həlledici qərarın veriləcəyi gözləniləndir: Putin Nikolu Soçi görüşündə Ərdoğanla anlaşmanın icrası üçün dəvət edir;

İranda da proseslərin inkişafını anlayanların olması şübhəsizdir, buna rəğmən, “va-bank” gedirlər: Bakıya qarşı hər şey mübahdır prinsipi...
Bu gün, 12:32
Prezidentlərin iştirakı ilə açılış mərasimi keçirilir - FOTOLAR - YENİLƏNİB
Dünən, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Dünən, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Dünən, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Dünən, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Dünən, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Dünən, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Dünən, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
17-05-2024, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
17-05-2024, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
17-05-2024, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
17-05-2024, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
17-05-2024, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
17-05-2024, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
17-05-2024, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
17-05-2024, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
17-05-2024, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
17-05-2024, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
17-05-2024, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
17-05-2024, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
17-05-2024, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
17-05-2024, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
17-05-2024, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
17-05-2024, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
17-05-2024, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
17-05-2024, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
17-05-2024, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi